Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Elşad Abdullayevin 150-ci şikayəti

1002947_271110753027817_488102818_nAzərbaycan Respublukasının Prezidenti İlham Heydər oglu Əliyevə

Surəti:
MTN zabiti Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinə
YUNESKO-in xoş məramlı səfiri,Millət Vəkili Mehriban Əliyevaya
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədova
Azərbaycan Respublikası Ədliyyə Naziri Fikrət Əliyevə
Azərbaycn Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevə
Bakı Şəhəri Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə
Bakı Agır Cinayətlər Mhkəməsinin hakimi Əlövsət Abbasova
Azərbaycan Respublukası Baş Prokuroru Zakir Qaralova
Milli Şuranın sədri professor Cəmil Həsənliyə
Hüquq Müdafiəcilərinə
Kütləvi İnformasiya Vasitələrinə
Avropa İnsan Hüquqları Məhkəməsinə

Ş İ K A Y Ə T – 150-ci

Azərbaycanda məhkəmə-hüquq sistemi böhran vəziyyətindədir, bizim şikayətimizlə bağlı 30-a qədər qanunsuz məhkəmə hokum cıxarılıb, ancaq, azərbaycanda adam ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilat tərəfindən ogurlanmış Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin taleyi haqqında məlumat yoxdur, əvəzində zərərcəkimşi təhdid etməklə məşguldurlar

Yeni Müsavat , Azpolitika, Cümhuriyyət və s. KİV-də 30 dekabr 2013 il tarixili məqaləsində “Elşad Abdullayevin yaydığı videodakı şəxsə hökm oxunub» dair məhkəmə hökmünə etirazımı bildirirəm:

1. Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videoda görüntüsü olan Natiq Babaşov və ABU-ya işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən Mirsahib Məcidovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Hökmə əsasən, hər iki şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib.
Cavab olaraq bildirirəmki, istintaqa kömək etmək məqsədilə hər iki şəxslə bağlı gizli video görüntülər sosial şəbəkələrdə və KİV-də ictimailəşdirilmişdir. Ancaq, Mirsahib Məcidovun və Natiq Babaşov haqqında və Qarbacovun dəstəsinin Mahir Abdullayevin ogurluğunda bilavasitə iştirak edən diğər subyektləri haqqında məhkəmə hökmünü qanunsuz, əsassız, qeyri obyektiv, qərəzli və həqiqətə uyğun olmayan siyasi sifariş hesab edirəm.
Brincisi, bu höküm siyasi sifarişdir. Mənim söhbətim vdioe görüntülərdən göründüyü kimi yalnız ogurlanmış MTN zabiti Mahir Abdullayevin geriyə qaytarılması haqqında olubdur. Ancaq, siyasi sifarişi yerinə yetirən məhkəmə isə özü bilə-bilə əsas məsələdən yan kecir, MTN zabiti Mahir Abdullayevin tapılıb ailəsinə qaytarılması ücün qanunu borcunu yerinə yetirmir. Cinayət işinin əsas məqsədi MTN zabiti Mahir Abdullayevin geri qaytarılmasıdır. Əksinə, azərbaycan məhkəmə sistemi azərbaycanda adam ogurluğu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatı gizlətməklə özü birbaşa cinayət edir. Mahir Abdullayevin taleyinə aydınlıq gətirmir, onu ört-basdır edir. O, Avropa İnsan Hüquqlarını Mühafizəsi haqqında Konvensiyanı acıq-aşkar pozaraq vəzifə mövqeyindən sui-istifadə edərək ağır cinayət edir. Azərbaycan Məhkəmə sistemi azərbaycanda adam ogurluğu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatı ifşa etmək iqtidarında deyildir.
İkincisi, “Qarbacovun dəstəsi» MTN zabiti Mahir Abdullayevi geri qaytarmaq ücün 30 000 (otuz) min ABŞ doları avans almışlar. Onlar Mahiri mənə təhvil verdikdən sonra bir milyon ABŞ dolları tələb edirdilər. Dəstənin başcısı Mirsahib Məcidov və Natiq Babşova məhkəmə 7 il azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Ancaq, onların qanunvericiliyə görə cəzası daha ağırdır, dəstənin diğər əsas üzvüləri cinayət məsuliyyətindən kənarda qalmışdır. Deməli, dəstənin diğər üzvülərinin addam ogurlamaq haqqında lisenziyası olduqları ücün onlar məhkəmə məsuliyyətinə cəlb olunmurlar.
Ücüncüsü, məhkəmənin ədalətsizliyinə fikir verin deputat Gülər Əhmədova MTN zabiti Mahir Abdullayevin ogurlanması cinayətində iştirakına , ABU-nu məndən cinayətkarcasına tələb etdiyinə və mandat alverinə görə məndən 2 000 000 milyon ABŞ doları aldıgına görə ona az-yüngül cəza 3 il verilir .Halbuki, deputat Gülər Əhmədovanın vəzifə mövqeyinə görə onlardan fərqli olaraq daha ağır cəza təyin edilməli idi. Deputat Gülər Əhmədovaya ona görə az cəza təyin edilmişdirki,o, and icirki pulu PİA müdüri Ramiz Mehdiyevə təhvil verib, bunu video-görüntülərdə etiraf eənəsas şahid Sevinc Babayeva isə sifarişlə qətlə yetirilərək daha ağır cəza – ölüm cəzasına məhkum edilmişdir. Məhkəə hökmünün qərəzli olması burdan müəyyən edilir, ağır cinayətə görə deputat Gülər Əhmədovaya 3il, quyruq qulu olan Mirsahib Məcidiva və Natiq Babaşova isə sifarişli 7 il həbs cəzası təyin edilir. Bir hüquq professoru kimi deputat Gülər Əhmədovanın əməllərini ağır dövləti cinayət hesab edirəm.

Bu günə qədər Gülər Əhmədovanın cinayət əməllərinə prokurorluq və məhkəmə orqanlarındə düzgün hüquqi qiymət verilməmişdir. Gülər Əhmədova Azərbaycan Respublikası CM-nin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub, 3 il azadliqdan məhrum edilibdir, şəxsən mən bir hüquqşünas kimi, zərərcəkmiş kimi Gülər Əhmədovanın cinayət əməllərinə belə hüquqi qiymət verilməsi ilə razı eyiləm.
Hər şeydən əvvəl, mənim Gülər Əhmədova ilə əlaqəm qardaşım, Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin azərbaycanda adam ogurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat tərəfindən ogurlanması və onun geri qaytarılması müstəvisində aparılmışdır. Bizim Gülər Əhmədova ilə, hər şeydən öncə, apardıgım danışıqların predmeti qardaşım Mahir Abdullayevin geri qaytarılması olubdur. O, məni təhdid edərək Ramiz Mehdiyevə vermək adı ilə MTN zabiti Mahir Abdullayevi geri qaytarmaq ücün 1 milyon ABŞ $ (ABŞ doları) almışdır. Ramiz Mehdiyev vaxtı uzatdı və deputat seckiləri ərəfəsində qardaşım Mahir Abdullayevi geri qaytarmaq ücün 1 milyonda əlavə edin və deputat secildikdən sonra 2-3 günə qrdaşınız Mahir Abdullayevi də qaytaracayıq. Lakin, faktiki olaraq Gülər Əhmədova mənim deputat kecməyimə maneəcilik törətmişdir. Onların məqsədi məni fiziki cəhətdən aradan götürmək olduğunu müəyyən etdim.
2. Qeyd edək ki, E. Abdullayevin iyul ayında yaydığı videoda Natiq Babaşov özünü prezidentin mühafizə xidmətinin əməkdaşı kimi təqdim edir və Mahir Abdullayevi gətirməyə söz verir.
Cavab olaraq bildirirəmki, Qarbacovun dəstəsi kimi Məcidov Mirsahib və Natiq Bbaşov gizli videolarda MTN zabitləri İlqar və Fikrət Abbasovların mənə Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun vasitəci kimi təqdim etdikləri Mirsahib Məcidov (“Sahib müəllim”,”Qarbacov”, “Seyid” ləqəbli) müəllimlə 20 aprel 2004 il tarixində gizlin video görüntüləri 2013 il tarixində 10 %-i www.youtube.com və KIV-də ictimailəşdirilmişdir. Ərizəyə əlavə edirəm).

Sahib müəllim (Mirsahib Məcidov) MTN nazirinin vasitəcisi, bundan əvvəl yayımlanan 9-cu vidodakı Prezident Mühafizə Xidmətinin əməkdaşları Səfər Kələntərovun,Natiq Babaşovun, Yasirin, Şahinin Cəllabadskinin dəstəsi ilə mənimlə görüşərək Mahirin geri qaytarilmasının pul bazarlıgını aparan şəxslərdirdir.

Sahib müəllimi “dostları» arasında xüsusi əlamətlər oldugu ücün “ kəkillli», Qarbacov, seyid deyə cagrırdılar, ancaq pasport adı Mirsahob Mecidov idi. Mirsahib və Natiq Babşov 7 il azadlıqdan məhrum edilibdir:
1. Sahib müəllim, “Qarbacov” – MTNazirinin vasitəcisi, – 7 il məhkəmə məsuliyyətinə cəlb olunmuşlar;
2. Natiq Babaşov göycaylı – general Vaqif Axundovun Pezident Mühafizə Xidmətinin əməkdaşı, polkovnik, əvvəllər MTNaziri Namiq Abbasovun köməkcisi, Göycaylı, Novxanıda Hikmət Sabirabadskinin bag qonşusu – 7 il məhkəmə məsuliyyətinə cəlb olunmuşdur;

MTN zabiti Mahir Abdullayevin ogurluq cinyətini ğizlətmək məqsədilə mütəşəkkil cinayətkar təşkilatşn əsas fiqurantlarını cinayət məsuliyyətindən kənar saxlayırlar.
Qarbacovun dəstəsinin qalan əsas üzvüləri isə Ramiz Mehdiyevin əmri ilə müxtəlif bəhanələrlə məhkəmə qərəzli olaraq məsuliyyətindən yayındırmışlar:
1. Səftər – Səftər Kələntətov general Vaqif Axundovun Prezident Mühafizə Xidmətinin əməkdaşı, əvvəllər MTN əməkdaşı, Elşad müəllimlə dəfələrlə hərbi formada görüşübdür, Naxcvanlı, Nehrəmli ;
2. Yasir naxcıvanlı, mənimlə müntəzəm DİN-in Banditiym İdarəsinin yaxınlığında görüşən, Prezidentin əmisi oğlu İlqar Əliyevin adamı – Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıga Qarşı Mübarizə İdarəsibnin (Banditizm) mayoru, adadm ogurlugunda pul işlərinə baxır, ip ucu ələ verdiyi ucün eşşitdiyimə görə qətlə yetirilibdir;
3. Şahin “cəllabadski” – dövlətin “Vor Zakonu” , “killer”,Cəlilabad şəhər mərkəzində Orta Məktəblə üzbə-üz yaşayır, hamısı da qanunsuz silah daşıyır, onun həm MTN generalı Akif Covdarla və həmdə Arzu Kazımovla blavasitə əlaqələri var idi və Mahirin ogurluq işində əlbir fəaliyyət göstərirdilər;
4. Mirbaba(Akif Covdarov) banda ilə(Sahib müəllimlə) MTN tərəfindən danışıqlar aparanı vasitəcisi-MTN əməkdaşı-general ;
5. Mirsahib Mecidovun dəstəsi ilə Akif Covdarovun adı ilə danışıq aparan Qulu Cəfərov Mahirin dostu, Mahiri ələ verən, MTN generalı Akif Covdarovun qohumu, iş verəni;
6. Sənan İbrahimov Mahirin dostu , Mahiri ələ verən, MTN generalı Hilal Əsədovun qohumu , iş verəni və onların sifarişini yerinə yetirən müğənli Mətanət İsğəndərli.

3. M. Məcidov isə fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinə bir nəfəri işə düzəltmək adı ilə pul alıb və həmin şəxsin şikayəti əsasında axtarışa verilib. Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M. Məcidov tutulub.
Cavab olaraq bildirirəmki, bu ağ yalandır. İctimailəşmiş gizli-video görüntülər müəyyən edirki mənim Mirsahib Məcidov ilə kimisə Azərbaycan Beynəlxalq Universitetinə işə ğötürməmişəm, nədəki mənim onula hec ABU-ya tələbə qəbulu söhbətim belə olmamışdır. Mənim Mirsahib Məcidovla söhbətimizin predmeti yalnış MTN zabiti Mahir Abdullayevin sağ-salamat geri qaytarılması olmuşdur,umumiyyətıə, Qarbacovun dəstəsi ilə yalnız Mahirin ogurluq problemi olmuşdur.

Bu gün ona görə Mirsahib Mecidovu və Natiq Babaşovu məhkəmə qərəzli olaraq ABU-ya işə düzəltmək adı ilə cəmiyyətə həqiqətə uyğun olmayaraq təqdim edirlərki məni susdursunlar və mən Avropa Məhkəməsindən geri cəkilim.

4. Hər iki şəxs Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin müxtəlif bəndələrinə əsasən ittiham ediliblər.
Cavab olaraq bldirirəmki, adadm ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatın bütün subyektlərinin hüquqi baxımdan dələduz kimi qiymətləndirilməsi ilə razılaşmaq olmaz.
Nəzərə alınsa ki, Sahib müəllimin (Mirsahib Məidovun) və Qarbacovun cinayətkar dəstəsinin mənə qarşı MTN zabiti Mahir Abdullayevin ogurlanması AR MTNaziri Eldar Mahmudovun adı ilə məndən qorxutmaq və hədə qorxu ğəlmə kimi cnayət əməlləri təhdidetmə ilə xarakterizə olunması Qarbacovun dəstəsinin ağır cinayət əməllərinin dələduzluq cinayəti kimi tövsüf olunması ilə razılaşmaq olmaz. MTN zabitinin ogurlanması daha sosial təhlükəli ağır cinayət tərkibləridir. Bir hüquq professoru kimi hesab edirəm ki, onların əməlləriində hədə – qorxu gəlməklə rüşvət alma kimi cinayət tərkibi vardır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311 və 312-ci maddəsinin qeyd bəndi). Bu zaman, mütəşəkkl dəstənin əməllərində AR Cinayət Məcəlləsinin 31-35-ci maddələri qaydalrı əsasında cinayətdə iştirakcılıgı mövcuddur. Adam ogurluğu ilə məşğul olan mütəşəkkil dəstənin cinayət əməllərində Cinayət Məcəlləsinin 144-cü maddəsinin tərkibi-Adam ogurlugu və Cinayət Məcəlləsinin 110-cu maddəsinin tərkibi- İnsanları zorakılıqla yoxa cıxarma kimi cinayətlərdə iştirakcılığı öz əksini tapması hüquqi zərurətdir. Ancaq MTNaziri Eldar Mahmudovun adından vasitəcilik edən mütəşəkkil dəstənin əməlləri “İnsanları zorakılıqla yoxa cıxarma « cinayəti kimi hüquqi qiymət verilməlidir:

1. Mirsahib və onun mütəşəkkil dəstəsinin qanuna zidd əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 110-cu maddəsi insanları zorakılıqla yoxa cıxarmaya görə ağır cinayət məsuliyyəti müəyyən etmişdir – beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
2. Cinayət Məcəlləsinin 110-cu maddəsinə ğörə İnsanları zorakılıqla yoxa çıxarma dedikdə “Dövlətin və ya siyasi təşkilatın göstərişi, dəstəyi və ya razılığı ilə uzun müddət ərzində qanuni
müdafiədən kənarlaşdırmaq məqsədilə şəxsi tutma, həbs etmə və ya oğurlama və sonradan şəxsin azadlıqdan məhrum edilməsini danma və ya onun aqibəti və ya yeri barədə məlumat verməkdən imtina etmə— ” başa düşülür.
Hər şeydən əvvəl, azərbaycan məhkəmə sistemi və Bakı Ağır Cinayətlər Məhkəməsi siyasi sifrişlə azərbaycanda adam ogurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat kimi XXl əsrin ən ağır sosial təhlükəli cinayətini ört-basdır etmək məqsədi ilə MTN zabiti Mahir Abdullayevin ogurlanması cinayətini adıləşdirmək istəyir. Bu cinayət işini xalqa adi bir məişət cinayəti kimi təqdim olunur. Eyni zamanda da Ramiz Mehdiyevə, Əli Həsənova yaxınlığı ilə bilənən jurnalistlər və bəzi siyasi partiya funksionerləri xalqı caşıdırmaq ücün zərərcəkmişi müntəzəm olaraq təhdid etməklə məşguldur. Cinayət yolu tutmuş bu siyəsətbazlar və qəzetcilərdə Mahir Abdullayevin ogurlu işini adiləşdirmək siyasəti yürüdür və zərərcəkmişi suclamaqdan belə cəkinmirlər. Sarı qaəzetcilərdə siyasi sifarişlə bu cinayəti adiləşdirmək siyasəti aparırlar.
Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, qardaşım MTN zabiti Mahir Abdullayevin oğurlanması faktına görə başlanmış cinayət işi ilə əlaqədar bir sıra vəzifəli şəxslər mənə qarşı qanuna zidd əməl etdiyinə görə məsuliyyətə cəlb olunduqdan sonra Gülər Əhmədovanın, Arzu Kazımovun və adam ogurluğu ilə məşgul olan mütəşəkkil dəstənindiğər üzvülərinin işində oldugu kimi məni həmin işlər üzrə zərərçəkmiş şəxs kimi tanımayıblar . Belə ki, video faktları sosial şəbəkələrdə ictimailəşmiş AR Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun adından mənim ilə Mahir Abdullayevin geri qaytarılması ücün pul alıb danışıqlar aparan Mirsahib Məcidov (Qarbacov), Natiq Babaşov, Səfər Kələntərov, Yasir Banditizm, Şahin (Şaqo), Mirbaba (MTN generalı Akif Covdarov), Qulu Cəfərov (Akif Covdarovun sag əli, Sənan İbrahimov ( MTN generalı Hilal Əsədovun sağ əli) və MTN-in vasitəciləri İlqar Abbasov və Fuad Abbasovun, Şahin Mirzəyevin(MTN), Bəşir (PMX-i Vaqif Axundovun əməkdaşı), habelə müğənli MƏtanət İsğəndərlinin coxsaylı şikayətlər etməyimizə baxmayaraq cinayət əməllərinə huquqi qiymət verilməmişdir. Prokurorluq əsas cinayətkarları gizlətmək məqsədi ilə məsələni belə qoyublar ki, onlar mənə qarşı dələduzluq edib, mən isə guya yalvararaq zorla rüşvət verməyə cəhd etdiyim üçün zərərçəkən deyiləm. Belə cıxır ki, mən azərbaycanda adam ogutlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilata yalvararaq “könüllü” olaraq rüşvət vermişəm. Cinayətin bilə-bilə belə qiymətləndirilməsinin başlıca məqsədi əsas cinayətkarın cinayətin sifarişci İlqar Əliyevin və cinayətin rəhbəri Ramiz Mehdiyevin – “Maqnitski Aktında» qeyd olunan digər subyektlərinin ifşa olunmasının qarşısının alınması və azərbaycanda adadm ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatın-ölüm eskadronunun digər daha təhlükəli subyektlərini cinayət məsuliyyətindən yayındırmaqdır.
Ümumiyyətlə, müasir dünyada uzun illərin adam ogurlugu məhkəmə təcrübəsində pulun zərərcəkmişdən alınması hədə-qorxu gəlməklə və qarayaxma yolu ilə olur, məlumdurki adam ogurluğunda mütəsnaliq yoxdur. Sizin belə yanaşmanız Ali Məhkəmənin Plenum qərarlarına da ziddir.
5. Onu da qeyd edək ki, hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.
Cavab olaraq bildirirəmki, beynəlxalq diqqət mərkəzində böyük bir cinaət işi ortadadır, lakin, zərərcəkmiş yoxdur. Bu günə qədər məni zərərcəkmiş kimi tanınmamışam.
Təəssüf ki, mənim bu barədə verdiyim vəsatətlər qanunsuz olaraq təmin edilməyib və mən məcburiyyət qarşısında qalıb Beynəlxalq Məhkəməyə müraciət etmişəm. Sizdən bir daha tələb edirəm ki, mənim zərərçəkmiş şəxs kimi tanınmam barədə vəsatətimi qanuna müvafiq qaydada həll edəsiniz. Hüquqi böhran ondan ibarətdir ki, Gülər Əhmədova,Arzu Kazımov, Nəriman Ağayev, Nüşabə Mirzoyeva və s. haqqında AR Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq ittihamı irəli sürülür, iş məhkəməyə verilir, lakin, CM-in 87-ci maddəsinə görə onların dələduzlugundan ziyan cəkmiş hüquq professoru . Elşad Abdullayev zərərcəkmiş kimi tanınmır. Hec bir normal dövlətdə belə naqis və qəeəzli məhkəmə hakimiyyəti ola bilməz, belə hüquqi böhran və özbaşnalıq feodal Afrikasındada yoxdur.

Cənab Prezident…!!!
Azərbaycanda məhkəmə-hüquq sistemi böhran vəziyyətindədir, bizim şikayətimizlə bağlı 30-a qədər qanunsuz məhkəmə hokum cıxarılıb, ancaq, azərbaycanda adam ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilat tərəfindən ogurlanmış Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin taleyi haqqında məlumat yoxdur, əvəzində zərərcəkimşi təhdid etməklə məşguldurlar …
10 ildir MTN zabiti Mahir Abdullayevin acıq cinayət işi acılmır,hətta, Sizin sərancamınız ilə yaradılmış AR Baş Prokurorlugu yanında yaradılmış Müstəqil İstintaq Kommisiyassıda azərbaycanda adadm ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatı ifşa etmək iqtidarında deyildir və onlar ilə əlbir fəaliyyət gösrərək zərərcəkmişi susdurmaq ilə məşguldur. 2003- cü ilin 13 oktyabrından bu günə kimi Mahir Abdullayevin oğurlanması faktı ilə bağlı cinayət işinə 12 müstəntiq cəlb edilmiş, 2012- ci il 04 oktyabr ayından Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Müstəqil Təhqiqat Komissiyası yaradılmış, cinayətkarları ifşa edən çoxsaylı video və audio materiallar sosial şəbəkələrdə nümayiş olunub. MİK zərəcəkmişin təhlükəsizliyi ücün qarant olmaq əvəzinə azərbaycanda adam ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatla əlbir fəaliyyət olub MTN zabiti Mahir Abdullayevin adam ogurlugu cinayətini gizlətmək və bu cinayətdə günahsız adamları şərləməklə məşguldur.
Bütün bunlara baxmayaraq, hazıra qədər bizim şikayətizlə bağlı qanusuz olaraq 30 məhkəmə hökmü hökmü cıxarılıbdır. Ancaq, Mahir Abdullayevin oğurlanması cinayətində iştirak edən bir nəfər də olsun istintaqa və məsuliyyətə cəlb olunmayıb, zərərçəkənin ailəsi, yaxınları istintaq və məhkəmə tərəfindən zərərçəkən kimi tanınmayıb, əksinə onlara qarşı daim akademik Ziya Bünyadovun “Qırmızı terror” kitabında olduğu kimi 37-ci ilin təzyiq kampaniyası həyata keçirilib. Biz, Mahir Abdullayevin ailə üzvləriolaraq bir daha yerli və beynəlxalq ictimaiyyətin, eləcə də hüquq- mühafizə orqanlarının diqqətini 10 il bundan öncə azərbaycanda adadm ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilat zərərcəkmişə məlum cinayətkar şəbəkə tərəfindən oğurlanaraq, bu günə qədər taleyi qeyri- müəyyən olan Mahir Abdullayevlə bağlı baş vermiş cinayət hadisəsinə yönəldir, Azərbaycan hakimiyyətindən cinayətin açılmasını, cinayətkarların tapılıb cəzalandırılmasını tələb edirik.

İmza: hüquq professoru

Elşad Abdullayev
Fransa, Paris, 05.l.2014

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 05.01.2014 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: