HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Mətbuatda yayılan məlumata görə artıq Qarabağ qaziləri Göy Məscidin qarşısa toplaşıblar. İctimai fəallar da məscidin önünə gəlməkdədirlər. Məscidin qarşısına polislər cəlb olunub.
Qarabağ qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov bildirib ki, Zaur Həsənovun nəşi yaşadığı Lokbatan qəsəbəsinə aparılır. Sabah saat 14.30-da Zaur Həənov Bibi Heybətdə dəfn olunacaq.
Vəkil Aslan İsmayılov bildirib ki, konkret cinəyət hadisəsi baş verib və bu hadisədə təqsiri olanların cəzalandırılması tələb olunmalıdır.
Özünü yandıran Qarabağ qazisi Zaur Həsənov dünyasını dəyişdi. Bu barədə məlumatı başqa bir Qarabağ qazisi Rey Kərimoğlu “Facebook” səhifəsində yazıb.
Qeyd edək ki, Həmkarlar İttifaqının sədri, deputat Səttar Mehbalıyevin onun əmlakını əlindən alınmasına etiraz olaraq özünü yandıran Zaur Həsənov süni nəfəs aparatına qoşulmuşdu. Bir neçə dəqiqə bundan öncə 5 saylı xəstəxanada dünyasını dəyişib. Hazırda mərhum cənazəsi Göy məsçidə aparılıb.
Z.Həsənovun ölüm xəbəri yayılandan sonra xəstəxanaya gedən jurnalistlərə bir müddət bu barədə məlumat verilməyib. Təxminən bir saat ölüm faktı açıqlanmayıb, hətta Səhiyyə Nazirliyi məlumatı təkzib edib.
Allah rəhmət eləsin!