Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Daxili Işlər Nazirliyinin məktubuna cavab

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “cumhuriyyet.az” saytında dərc olunan “Keçmiş polis zabitinin Ramil Usubova ittihamlar” (http://cumhuriyyet.az/manset/2410-kechmish-polis-zabitinden-ramil-usubova-ittihamlar.html) başlıqlı məqaləmə rəsmi mövqe bildirmişdilər. Lakin ona rəsmi demək olmazdı, onların dilində rəsmi mövqeydi, əslində bu mənə qarşı şər, böhtan və şantaj xarakterli bir məktub idi. (http://cumhuriyyet.az/cemiyyet/2453-dn-den-yazdiqlarimiza-cavab-geldi.html)

Məndə öz mövqeyimdə həmin məktuba öz fikirlərimi bildirmək fikrinə düşdüm.images (5)Mənim yazmış olduğum məqalədə Ramil Usubovun istefasını gərəkdirən əsaslar gətirmişdim. Daxili İşlər Nazirliyi tərəfindən mənə cavab olaraq yazılan məktub ənənəvi olaraq şantaj xarakteri daşıyır. Belə ki, həmin məktubda DİN-i əsl mətləbdən yayınaraq, mənim ünvanıma böhtanlar yağdırmışdır. Bu Hakimiyyət konkret yönəlmiş sualları cavablandırmaq əvəzinə, hər zaman olduğu kimi şantaj yolunu seçir. Bir nümunə kimi keçmiş prezidentliyə namizəd Cəmil Həsənlinin İlham Əliyevə yönətdiyi sualları eyni bu məktubda ki, kimi şantaj yolu ilə cavablandırmışdılar. Cəmil Həsənlinin təqaüdə saxta yolla çıxması ilə şantaj edirdilər. Bunu mən eyni hal kimi dəyərləndirirəm.

1525011_424145567712671_1552505390_n

DİN-nin cavab məktubunda mənim xarici ölkədən sığınacaq almaq məqsədi ilə belə məzmunlu məqalələr dərc etdirməyimi əsas gətiriblər. Buna subut olaraq İsveç Krallığının Miqrasiya Məhkəməsinin qərarının sürətini əlavə edirəm ki, DİN-nə məlum olsun ki, mən ömürlük yaşayış hüququnu almışam.

герар

Eyni zamanda özləri cinayətkar ola-ola mənim cinayətkar kimi qələmə verib interpol xətti ilə axtarışa verərək, ekstradisiya etmək üçün İsveç Krallığına müraciət ünvanladan DİN-nin rəhbərliyinin nəzərinə çatdırmaq istəyirəm ki, öz məqsədlərinə nail ola bilmədilər. Azərbaycanı İnsan hüquqlarına hörmət etməyən, saxta ittihamlarla şəxsləri həbsə saxlayan, işgəncə verməklə, dünya qarşısında o qədər hörmətə minib ki, sizin müraciətlərinz eyni sizin əməllər kimi qiymətləndirilir!

DİN-dən xahiş edirəm Ramil Usubova qarşı irəli sürdüyüm iddialara rəsmi mövqe bildirsinlər, əsas mətləbdən yayınmasınlar.

Əlavə olaraq Ramil Usubovun DİN-ni ailə biznesinə çevirməsinə cavab versinlər. Belə ki, oğlu Emil Usubov Baş İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat İdarəsinin rəisi, digər oğlu Raul Usubov Baş Cinayət Axtarış İdarəsinin xırda Oğurluqla məşğul olanlar üzrə İdarəsinin rəisi, xalası oğlu Həsən Süleymanov Baş Yol Polis İdarəsinin İstintaq Təhqiqat İdarəsinin rəis muavini, qardaşı oğlu Hikmət Usubov 16-cı polis bölməsinin rəisi, doğma dayısı oğlu İdris Məhərrəmov Xətai rayonu Polis İdarəsinə şəxsi heyət uzrə rəis müavini, qaynı general-mayor Nüsrət Şirinov Nazirliyin Baş Katibliyinin rəisi vəzifələrini tuturlar.

Xatırlatmaq istəyirəm ki, Korrupsiya haqqında Qanunun 7-ci maddəsinə görə vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər. Bu maddənin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeçiliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.

Bu qanuna R.Usubov riayət etmir. Çünki bunlar şəxsi mənafelərini qanundan üstün tuturlar. Belə nazirin tabeçiliyində olan rəislərdən nə gözləmək olar? Atalar misalı var: “Balıq başdan iylənər”.

Buna hansı əsası gətirəcək möhtərəm nazirimiz? Öz gözündə tiri görməyərək başqasının gözündə tük axtarmağa öyrəşmiş mən deyiləm, Sizsiz!

Birinci məqaləmə rəsmi cavab gəlməsinə baxmayaraq, mənim bu məqaləmə DİN-i tərəfindən heç bir mövqe bildirilməyəcəyinə əminəm. Belə ki, bugünə kimi bu Hakimiyyətə yönələn, bu yöndə olan sualların hamısı cavabsız qalıb.

Tural Məhərrəmov

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 11.12.2013 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: