Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Azərbaycanda olan vəziyyət ABŞ senatında müzakirə olunub

ggggNoyabrın sonlarında Vilnyusda keçiriləcək Aİ-nin “Şərq Tərəfdaşlığı” sammiti ərəfəsində ABŞ Senatında Amerika və Avropanın Avrasiya tərəfdaşlığı ilə bağlı dinləmələr keçirilib.

Müzakirə mövzularından biri Belarus və Azərbaycanla bağlı siyasət məsələsi olub.
Xüsusən, Amerika qanunvericiləri və ekspertləri “Şərq tərəfdaşlığı” sammiti ərəfəsində Amerika və Avropanın Azərbaycan və Belarus kimi ölkələrlə gələcək əməkdaşlığı ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Turan-ın Vaşinqton müxbirinin verdiyi məlumata görə, Senatın xarici əlaqələr komitəsinin Avropa işləri üzrə altkomitəsinin rəhbəri senator Kris Merfi Azərbaycanda siyasi məhbusları azad etməyə çağırıb. O, Azərbaycan hakimiyyətinə bu mesajı göndərərək, əlavə edib ki, “bu, Azərbaycanda seçkilərlə bağlı yaranmış məsələlər fonunda münasibətlərdə çox müsbət addım olardı”.
Müzakirələr zamanı əsasən tərəfdaşların sammitdə razılaşma əldə etmək üçün nələri etməli, nələri isə etməməli olduğu haqqında məsələ müzakirə olunub, belə ki, qərb diplomatları imzalana biləcək və ya imzalanmayacaq müxtəlif sazişlər üzərində işləyirlər.
Dinləmələrdə Rusiyanın sammit ərəfəsindəki hərəkətləri ilə bağlı narahatlıq ifadə olunub. Moskva “Şərq tərəfdaşlığı” ölkələrini (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) qorxutmaq və Brüssellə yeni ticari, iqtisadi və siyasi sazişlərin imzalanmasına mane olmaq üçün əlindən gələni edir.
2015-ci ildə və bundan bir müddət sonra Azərbaycan Aİ ilə sazişi paraflayarsa, Ermənistanın Gömrük İttifaqına qoşulmaq qərarı nə demək olacaq, deyə senator Merfi sual edib. O, əlavə edib ki, Azərbaycanı uzun yol gözləyir, xüsusən ölkədə bu yaxınlarda keçirilmiş prezident seçkiləri ilə bağlı hesabatlarla əlaqədar… amma ölkə, xüsusən öz enerji resursları ilə, etibarlı tərəfdaş ola bilər”.
Bu suala cavabda Atlantik şuranın vitse-prezidenti Deymon Vilson bildirib ki, Vilnyus sammiti Avropaya inteqrasiyanın növbəti fəsillərindən biri olardı və onlar “Belarus və Azərbaycanı bu fəslə daxil etmək” niyyətində deyillər.
“Biz ölkələri Avroatlantik təşkilata daxil olmağa məcbur etmirik – bu, bizim prinsiplərimizi əks etdirmir. Qərarları cəmiyyətlər, ölkələr və onların başçıları qəbul edir”, deyən Vilson əlavə edib ki, “Belarus prezidenti Lukaşenkonun ölkəni Avropaya aparacaq lider olmadığı göz önündədir”.
“Biz ən çətin vəziyyətlərdə demokratik müxalifəti dəstəkləmək üçün zəruri olan hər şeyi etməliyik”, deyə Vilson bildirib.
O, əlavə edib ki, Azərbaycanda “Qərblə əməkdaşlığa böyük maraq var”.
“Dəyərlərimizi və orada demokratiyanın inkişafı ilə bağlı narahatlığımızı qurban verməmək məqsədilə düzgün yol tapmaq üçün nə edə biləcəyimizi aydınlaşdırmaq çox vacibdir”, deyə Vilson bildirib.
Eyni zamanda, analitik əlavə edib ki, uzunmüddətli diplomatiya haqqında danışarkən “Aİ Belarus və Azərbaycanın Vilnyusdan kənarda qalmaması haqqında düşünməlidir”.
“Orta statistik azərbaycanlılar və belaruslar düşünürlər ki, onların ölkələri bu yolda Ukraynanın bu gün olduğu vəziyyətdən çox fərqlənmir. Biz bu perspektivi dəstəkləməliyik”, deyə o qeyd edib.
“İrs Fondu”nun analitiki Ariel Koen öz növbəsində qeyd edib ki, Azərbaycanda vəziyyət “mürəkkəbdir”, belə ki, Azərbaycan dünyəvi şiə dövlətidir və öz enerji resursları ilə Qərb siyasətinə əməl etməyə çalışır.
Azərbaycan və Avropa arasında assosiativ sazişin paraflanması problemi Aİ-nin Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəməməsi və prezident seçkiləri ilə əlaqədar narahatlıqla bağlıdır, deyə Koen əlavə edib. O, azərbaycanlıların və avropalıların bu fikir ayrılıqlarını nəzərə almaqla əməkdaşlıq etməyə razıdırlarsa və qanunun aliliyi və demokratiya nöqteyi-nəzərdən irəliləyiş əldə edərlərsə, bu, Aİ-nin, Azərbaycanın və ABŞ-ın maraqlarına uyğun olacaq. Bu, assosiativ saziş üzrə irəliləyiş əldə edilməsi üçün zəruridir, deyə ekspert vurğulayıb.
Dövlət katibinin köməkçisi Viktoriya Nuland öz nitqində bildirib ki, 6 “Şərq tərəfdaşlığı” ölkəsi Aİ-nin ümumi Avropa qurumlarına inteqrasiya məsələsi ilə bağlı təkliflərinə müxtəlif şəkildə cavab verdiyi üçün “Birləşmiş Ştatlar “Avropanı bütöv, azad və dinc” olaraq möhkəmləndirmək səylərimizdə əsas inqredient olan prosesə güclü dəstək göstərir.
Bu, 25 il əvvəl Berlin divarının yıxıldığı andan etibarən ABŞ və Aİ üzvü olan ölkələrin ortaq siyasətidir”.
Vaşinqton bu ölkələrin öz gələcəyini seçmək hüququnu dəstəkləyir, biz Aİ ilə sıx əməkdaşlığı dəstəkləyirik.
“Qeyd etmək istərdim ki, suveren ölkələrə Aİ-yə inteqrasiya ilə bağlı istənilən təzyiq formaları ATƏT-in Helsinki prinsipləri çərçivəsindəki öhdəliklərə və Paris Müqaviəsinə ziddir. Qonşu ölkələrə mesajımız ondan ibarətdir ki, yeni bazarlar açılmasına imkan verən, onları daha sabit və çiçəklənən ölkəyə çevirən qonşuluq bütün ölkələrin xeyrinədir”, deyə Nuland bildirib.
Ermənistanla bağlı prezident Sarkisyan bildirib ki, onun ölkəsi Rusiya, Qazaxıstan və Belarusun Avrasiya Gömrük İttifaqına qoşulacaq, “bu, assosiativ sazişin imzalanması ilə müqayisə oluna bilməz”. Lakin Aİ də, Ermənistan da dərin tərəfdaşlığa sadiq qalır və bu əməkdaşlığın davam etdirilməsi üçün yollar axtarır.
“Birləşmiş Ştatlar Ermənistanla avrointeqrasiya, o cümlədən iqtisadi sahə üzrə işi davam etdirir”, deyə Nuland bildirib.
Azərbaycana gəlincə, hazırda bu ölkə Aİ ilə əməkdaşlıq imkanlarını müzakirə edir. ABŞ “Azərbaycanı demokratik və iqtisadi institutlar qurulmasına və avroatlantik birliklə dərin əməkdaşlıq üçün zəruri olan islahatlar keçirilməsinə təşviq etməkdə davam edir”.
“Etiraf edirik ki, demokratik şəkildə çiçəklənən və dünyəvi Azərbaycan təkcə öz xalqına deyil, qonşularına da fayda gətirəcək”, deyə Nuland bildirib.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 15.11.2013 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: