HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Bu gün Milli Məclisin növbəti plenar iclasında millət vəkillərinin saxtakarlıqları üzə çıxıb.
Virtualaz.org saytının əməkdaşının müşahidəsinə zamanı, millət vəkillərindən bir neçəsi digər həmkarlarının da əvəzinə səs verib.
Gündəlikdə olan 20 məsələnin müzakirəsi və qanunların qəbulu zamanı deputatların səs verməsi anından bir neçə maraqlı foto çəkilib. Həmin fotolardan da aydın görünür ki, qanunlar qəbul edilərkən millət vəkilləri zalda olmayan həmkarlarının da əvəzinə səs verirlər.
Bu Hakimiyyət hər sahədə belə saxtakarlıq edir. Seçkidə saxtakarlıqla seçilən, millət vəkilindən bundan artıq nə gözləmək olar?