Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Böyük Britaniya Parlamenti də Azərbaycanda keçirilən seçkiləri tanımadı

 parliament_britaiin_290813Avropa Şurası müsbət rəyinə görə ittiham edildi

Böyük Britaniya parlamentinin Aşağı Palatasında hakim Mühafizəkarlar və müxalifətdəki Leyboristlər partiyalarından olmaqla, iki deputatın təşəbbüsü ilə Azərbaycandakı son seçkilər müzakirəyə çıxarılıb.
Müzakirələr zamanı britaniyalı deputatlar Azərbaycandakı seçki zamanı yol verilmiş saxtakarlıqlardan, o cümlədən seçkinin nəticələrinin səsvermə başlamamışdan əvvəl yayılmasından dəhşətə gəldiklərini bildiriblər. Bu barədə məlumat Britaniya parlamentinin saytında yerləşdirilib.
Məlumatda qeyd olunur ki, parlamentarilər ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycandakı seçkiyə verdiyi qiyməti dəstəkləyir və bu qurumun prinsipial mövqeyini alqışlayır. ATƏT müşahidəçilərinin qeydə aldıqları pozuntulara diqqət yetirilib. Bildirilib ki, seçici siyahılarıyla manipulyasiya, bir namizədə verilmiş səslərin protokolda başqasının xeyrinə yazılması kimi halların şahidi olmuş ATƏT təmsilçiləri müşahidə apardıqları seçki məntəqələrinin 58 faizində səslərin sayılması prosesini pis və ya çox pis qiymətləndiriblər. Bundan başqa, seçki məntəqələrində açıq-aşkar topa-topa bülletenlərin qutulara atılmasını müşahidə ediblər.
Məlumatda xatırlanır ki, ABŞ Dövlət Departamenti də Azərbaycandakı seçkinin beynəlxalq standartlara cavab vermədiyini bəyan edib.
Eyni zamanda, britaniyalı parlamentarilər Avropa Şurası müşahidəçilərinin seçkiyə verdiyi qiymətdən təəccübləndiklərini bildiriblər: “Təəccüblüdür ki, Avropa Şurasının müşahidə missiyası bu seçki ilə bağlı rəyində hər hansı qanun pozuntusundan bəhs etməyib. Bu inanılmaz rəy insan hüquqlarının müdafiəçisi kimi tanınan bir təşkilatın – Avropa Şurasının nüfuzuna zərbədir”

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 26.10.2013 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: