Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Avropa Şurası Azərbaycanda keçirilən prezident seçkilərini tanımadı

images (2)“9 oktyabr prezident seçkilərinin beynəlxalq standardlara cavab vermədiyini bəyan edirik”

Oktyabrın 23-də Strasburqda Avropa Parlamentinin plenar sessiyası keçirilib. Sessiyada Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı çərçivəsində saziş barədə qətnamə qəbul olunub.

Qətnamədə deyilir ki, Avropa Parlamenti rəsmi Bakının Şərq Tərəfdaşlığı ilə bağlı konkret siyasətinin olmaması səbəbindən məsələyə şübhəli yanaşır.

“Avropa Parlamenti iqtisadi əməkdaşlıqda əldə olunan inkişafa baxmayaraq, xüsusən insan haqlarının, demokratiyanın və fundamental azadlıqların boğulmasından, sərbəst toplaşmaq və ifadə azadlığı başda olmaqla, demokratik müxalifətin fəaliyyətinə yaradılan əngəllərdən dərin narahatlıq keçirdiyini və Azərbaycanla hər hansı bir sazişin bağlanmasının müxalifətin, jurnalistlərin, hüquq müdafiəçilərinin birdəfəlik rahat buraxılmasından, vətəndaşların və müxalifətin konstitusiya ilə təyin olunmuş azadlıqlarının toxunulmazlığından asılı olacağını bəyan edir.

Bundan əlavə, 9 oktyabr prezident seçkilərinin beynəlxalq standardlara cavab vermədiyini bəyan edərək, Tofiq Yaqublu və İlqar Məmmədov başda olmaqla bu il ərzində həbs edilmiş 14 siyasi məhbusun qeyd-şərtsiz və dərhal azad edilməsini tələb edir.

Avropa Parlamenti Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə etmiş ATƏT DTİHB-in rəyini bölüşür və  seçkilərin ATƏT standartlarına uyğun olmamasından dərin təəssüfünü bildirir. Avropa Parlamenti Azərbaycan hökumətini ATƏT DTİHB-in tövsiyələrini ən tez və ciddi şəkildə yerinə yetirməyə çağırır”, – deyə qətnamədə bildirilir.

Qətnamədə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı da müddəa yer alıb. Bildirilib ki, Şərq Tərəfdaşlığı proqramında iştirak edən bir dövlət tərəfindən digərinin ərazisinin işğal edilməsi Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərinin pozulmasıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsi və ATƏT-in Minsk Qrupunun baza prinsipləri əsasında həlli vacibdir.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 23.10.2013 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: