Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

İqtidarın qəzeti seçki saxtakarlığını ifşa etdi..

5258fd23bae0dSeçki günün axşamı sosail şəbəkələrdə şok fotoşəkil yayıldı. Şəkil Prezidentin İşlər İdarəsinin orqanı olan “Xalq” qəzetinin 10 oktyabr tarixli nömrəsindən “Ölkəmizin bütün bölgələrində seçicilər yüksək fəallıq nümayiş etdirmişlər” başlıqlı “Sumqayıtlılar elliklə sabitliyə, tərəqqiyə və daha xoş günlərə səs verdilər” yarımnaşlıqlı yazı ilə bağlıdır.
Yüksək təmtəraqla yazılmış məqalədə seçki qutusuna bir bülliteni atan, digərinin isə əlində hazır saxlayan ahıl kişi əks olunub. Məqalədə isə qeyd olunur: “Oktyabrın 9-da payız Günəşinin zərrin şəfəqləri altında əsl bayram ovqatı yaşayan sumqayıtlılar dəstə-dəstə seçki məntəqələrinə yollanaraq ölkəmiz üçün taleyüklü əhəmiyyəti olan prezident seçkilərinə qatılmışlar. Şəhərdə fəaliyyət göstərən 132 seçki məntəqəsinin hamısında səsvermə mütəşəkkil şəraitdə başlanmış və eləcə də davam etmişdir. Vətəndaşlıq borclarını yerinə yetirən xoş əhvallı insanlar təəssüratlarını bölüşərək bildirdilər ki, növbəti beş il üçün Azərbaycan Prezidentini seçməklə respublikamızın çiçəklənməsinə və tərəqqisinə səs verirlər…”

Məqalədən bəlli olur ki, şəkil Sumqayıtda çəkilib. Məsələyə “Xalq” qəzetinin mövqeyini öyrənmək üçün bütün telefonlarına dəfələrlə zəng etsək də dəstəyi qaldıran olmadı. Sözügedən foto artıq qəzetin internet səhifəsindən yığışdırılıb.
Habelə “Xalq” qəzetindən savash.org-abildirilib ki, seçicinin digər əlindəki bülleten deyil, bülletenə bənzəyən kağızlardır. Amma şəkilin saytdan yığışdırılması deyilənlərlə ziddiyət yaradır.(bizimyol)

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 13.10.2013 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: