Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

İlham Əliyevin 85% səs toplaması rəvayət kimi adlandırıldı..

http://www.youtube.com/watch?feature=player_embedded&v=rsDCxnIPhNA#t=89

Amerikada televiziya şousunun aparıcısı Cenk Uygur Azərbaycanda prezident seçkilərini məsxərəyə qoyub.

Ilham_Aliyev_160412_albom_7Məlumatda qeyd olunur ki, «Gənc Türklər» proqramının aparıcısı İlham Əliyevin səsvermədə 85 faiz toplamasını qeyri-mümkün adlandıraraq bunun yalnız saxtakarlıq vasitəsilə həyata keçirilməsinin mümkün olduğunu deyib.

Cenk Uygur əvvəlcə Azərbaycan Mərkəzi Seçki Komissiyasının smartfon applikasiyasında nəticələri bir gün qabaqcadan açıqlaması haqda «Associated Press» agentliyinin məlumatını tamaşaçılarla paylaşıb.  Həmin nəticələrdə İlham Əliyevin 73 faizlə rəqiblərini məğlub etdiyi göstərilmişdi.

«Amma seçkilərdən sonra məlum oldu ki, İlham Əliyev əslində 85 faiz səs toplayıb.  Onun əsas rəqibi Cəmil Həsənli 6 faizdən az səs əldə edib. İsa peyğəmbər namizədliyini versəydi, Allah da göyü yarıb, bu mənim oğlumdur, səs verin desəydi, heç İsa peyğəmbər də 85 faiz yığa bilməzdi. Yəni 85 faiz nəticə saxtakarlıq göstəricisidir. Heç olmasa, bunu inandırıcı etmək üçün 57:43 etmək olardı. Lap belə parlaq qələbə istəsəydin, 65:35 yazdırardın», – deyə aparıcı 85 faizin ağlasığmaz rəqəm olduğunu vurğulayıb.

ATƏT-in seçkiləri «qüsurlu» dəyərləndirməsini şərh edən teleaparıcı beynəlxalq qurumun işlətdiyi termini lazım olduğundan xeyli yumşaq adlandırıb.

Teleaparıcı amerikalı tamaşaçılara Əliyevlər ailəsinin artıq on illərdir Azərbaycanı idarə etdiyini söyləyib. «Orada Azərbaycanda həqiqi seçki keçirilmir. Ən qiyaməti odur ki, biz (ABŞ) – demokratiyanın qoruyucuları Azərbaycan hökumətini sevirik», – deyə teleaparıcı ABŞ-ın Əliyev hökuməti ilə isti münasibətlərini tənqid edib. Jurnalist buna əsas səbəb kimi Azərbaycan hökumətinin təhlükəsizlik və enerji sahələrində ABŞ-la sıx əməkdaşlığını göstərib və bu üzdən də rəsmi Vaşinqtonun Azərbaycanda seçki saxtakarlıqlarına göz yumduğunu qeyd edib.

«Sən demə, Azərbaycan Korrupsiya İndeksinə görə 183 ölkə arasında 143-cü yeri tutur. İlahi, gör indi yerdə qalan 40 ölkə nə gündədir», – deyə Cenk Uygur fikrini tamamlayıb.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 13.10.2013 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: