Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Möhtəşəm etiraz mitinqi

xhvlYerli jurnalistlər, o cümlədən də mitinq meydanından yayın yapan BBC bildirilər ki, etiraz aksiyasında insanların sayı bundan əvvəlkilərdən xeyli çox olub. BBC bildirib ki, ilk dəfədir ki, Azərbaycan xalqı meydanı doldurub. Aksiya insidentsiz başa çatıb. Siz aşağıda musavat.com redaktorunun canlı yayım rejimində apardığı qeydlərlə tanış ola bilərsiniz. Sonradan bu tələsik qeydlər reportajla əvəz olunacaq.

***
17.20
Milli Şuranın 9 oktyabr seçkilərinin saxtalaşdırılmış nəticələrinə həsr olunmuş mitinqini qətnamə oxunması ilə başa çatıb. Qətnamənin oxunuşu zamanı minlərlə iştirakçı “istefa” şüarı səsləndirib. Daha sonra Üzeyir Hacıbəyovun “Koroğlu” üvertürasının sədaları səsləndirilib.
Mitinqdən hazırlanmış geniş reportaj “Yeni Müsavat” qəzetində dərc olunacaq.
17.10

Aparıcısözü Milli Şuranın namizədi Cəmil Həsənliyə verib. O, meydana toplaşanlar tərəfindən gurultulu, sürəkli alqışlarla qarşılanıb. Effektli və həcmli çıxış edən professor Cəmil Həsənli hakimiyyəti, prezident Əliyevi kəskin bir dillə tənqid edib.

C.Həsənli 9 oktyabrda baş verənləri oğurluq, kriminal xarakterli əməl adlandırıb. O deyib ki, bu seçkilər eyni zamanda Azərbaycan müxalifətinin böyük bir güc mərkəzi olduğunu göstərdi.

MilliŞuranın namzədi deyib ki, 9 oktyabrda hakimiyyətin mənimsənilməsi baş verdi vəbu, ən ağır cinayətdir, bunu edənlər isə ən ağır cinayətkardırlar.

C.Həsənli deyib ki, bu gün bütün dünyada Azərbaycan prezidentini Belorus diktatoru Lukaşenko ilə, ərəb şeyxləri ilə müqayisə edirlər.

“Bu hakimiyyət getməlidir və gedəcək”, deyən Cəmil Həsənli “Azərbaycan hakimiyyəti Avropa Şurasını kürüyətəslim edərək, natəmiz işlərə bulaşdırdı”, ittihamını da irəli sürüb. Cəmil Həsənli: “Sizi əmin edirəm ki, 9 oktyabrdan sonra Azərbaycan əvvəlki Azərbaycan olmayacaq” iddiasını da ortaya qoyub. Prezidentliyə namizəd: “İlhamƏliyev dünyanın heç bir diktatorun etmədiyi kimi ətrafındakı oğrularla xalqına sitəm edir”, ifadəsini də çıxışında səsləndirib.

Cəmil Həsənli məlumat verib ki, oktyabrın 14-də Avropaya, oradan döndükdən sonra isəABŞ-a səfər edəcək: “Bu səfərlərdə səs oğurluğu müzakirə ediləcək”.

Professor Həsənli daha sonra deyib: “Yeni Azərbaycan Partiyası seçkidə karusellə məşğul olub, biz də onları karusellə yola salacağıq”.

***
 
16.50.
Aparıcı sözü Milli Şuranın namizədi Cəmil Həsənliyə verib. O, meydana toplaşanlar tərəfindən gurultulu, sürəkli alqışlarla qarşılanıb.
C.Həsənli 9 oktyabrda baş verənləri oğurluq, kriminal xarakterli əməl adlandırıb. O deyib ki, bu seçkilər Azərbaycan müxalifətinin böyük bir güc mərkəzi olduğunu göstərdi.
Milli Şuranın namzədi deyib ki, 9 oktyabrda hakimiyyətin mənimsənilməsi baş verdi və bu, ən ağır cinayətdir, bunu edənlər isə ən ağır cinayətkardırlar.
C.Həsənli deyib ki, bu gün bütün dünyada Azərbaycan prezidentini Belorus diktatoru Lukaşenko ilə, ərəb şeyxləri ilə müqayisə edirlər.
19.45. “El” hərəkatının lideri Eldar Namazov öz çıxışına Cəmil Həsənlini salamlamaqla başlayıb. O deyib ki, xalq Cəmil Həsənliyə ölkədəki neqativ hallara son qoyulması üçün səs verib.
16.40.
 
KXCP sədri Mirmahmud Mirəlioğlu öz çıxışında bildirib ki, bu gün Azərbaycan xalqı həm daxili, həm də xarici düşmənlərinə qarşı mübarizə aparmaq zorundadır. KXCP sədri Milli Şuranın namizədi Cəmil Həsənlinin 9 oktyabr seçkilərinin qalibi saydığını bildirib.
M.Mirəlioğlu düzgün seçim edən və Cəmil Həsənliyə səs verən seçicilərə minnətdarlığını bildirib.
****
16.30.
Müsavat başqanı İsa Qəmbər öz çıxışı zamanı deyib:“Mən hər şeydən əvvəl 2013-cü il prezident seçkisinin qalibi Cəmil Həsənlini təbrik edirəm. Gənclərə, inanclılara, bütün fədakar insanlara bu qələbəni qazanmaqda yardım etdiyi üçün təşəkkür edirəm ”. Bundan sonra Müsavat başqanı: “…vaxtilə İlham Əliyevə mitinq tribunasından dedim ki, namizədliyini vermə, imkan ver xalq öz prezidentini seçsin, buna kömək elə, sənə də yaxşı olsun, xalqa da… Bunu etmədin…İndi İlham Əliyevə yaxın adamlardan biri mənə xəbər göndərib ki, o zaman təklifinizi dəyərləndirə bilmədik, indi nə edə bilərik…”, dedi.  Bu zaman meydan “istefa” deyə bağırdı. İsa Qəmbər “bunlar istefa sözünü eşidəndə birtəhər olurlar”, dedi… Müsavat başqanı olduqca kəskin bir dillə ölkə prezidentini tənqid etdi, onu xalqın və beynəlxalq ictimaiyyətin etimadsızlığını, nifrətini qazanmaqda suçladı.  İsa Qəmbər İlham Əliyevlə qiyabi söhbət janrında çıxışını davam etdirərək, ona xitabən dedi: “ATƏT-in hesabatındakı 58 faiz bilirsənmi nə deməkdir? O deməkdir ki, dünya sənin prezidentliyini tanımır, seçkilərin saxta olduğunu qəbul edir, sənin legitimliyin dünya tərəfindən tanınmayacaq”. Müsavat başqanının kəskin çıxışı meydanı çoşdurdu, istefa şüarlarının dəfələrlə səslənməsinə səbəb oldu.  İsa Qəmbər dedi ki, İlham Əliyev 3-cü dəfə prezidentliyə namizəd olmaqla bütün qırmızı xətləri keçib. İndi dünya ona qarşı gəlir.
****
Mitinqdə çıxış edən AXCP sədri Əli Kərimli “Uca millətim, sağ ol ki, səni aldada bilmədilər” xitabı ilə başladı. O dedi ki, bu seçkilər kimin oğru, kimin doğru olduğunu ortaya qoydu. Əli Kərimli, özündən əvvəlki natiqlər kimi, hakimiyyətin və prezident Əliyevin ünvanına olduqca kəskin ifadələr işlətdi. O da hakimiyyəti xalqın səsini oğurlamaqda suçladı. O dedi ki, ölkədə və dünyada bu iqtidar o adamları ala bildilər ki, onlar satılmaq istəyirlər. Azərbaycanda və dünyada namuslu insanlar var ki, onlar oğruya oğru deyirlər və bu iqtidarın əməllərini üzünə çırpırlar: “Artıq bütün dünya bunlara saxtakar deyir. Uca yaradan da bizimlədi. Görün nə gözəl hava var. Xalq da burda . Lider də burda… Biz bilirdik ki, bunlar halal seçki keçirməyəcəklər. Biz prosesdə iştirak etdik, səslərin çoxunu aldıq, bunları ifşa etdik, bundan sonra söz uca millətimizdədir”. Əli Kərimli dedi ki, Cəmil Həsənli ölkə prezidenti seçilib: “Son sözü xalqın birliyi deyəcək, Azərbaycan xalqı nə qərar versə, o da olacaq”, deyərək, sözünü bitirdi.
****
Adamlar Milli Şuranın mitinqinə gəlməkdə davam edir.
AzadlıqRadiosunun hadisə yerində olan müxbiri mitinqə gələnlərə hər hansı maneənin olmadığını bildirir. Hələ ki Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli və digər partiya liderləri mitinq keçirilən ünvana gəlməyiblər.
***
 
15.59
Demokratik Qüvvələrin Milli Şurasının Bakının Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda keçirəcəyi mitinq başlamaq üzrədir. Musavat.com-un əməkdaşları xəbər verir ki, 9 Oktyabr prezident seçkisinin nəticərinə etiraz əlaməti olaraq keçiriləcək icazəli mitinqə gələnlər stadionun girişində qurulmuş polis postundan keçirlər. Polis mitinqə gələnləri yoxladıqdan sonra meydana buraxır. Polis azyaşlıların mitinqdə iştirakına icazə vermir. Eyni zamanda müxtəlif şüarlar yazılmış pankartlar yoxlanılır.
Qeyd edək ki, bu mitinq eyni zamanda Cəmil Həsənlinin seçiləri ilə hesabat xarakterli görüşüdür.
 
***
 
15.40
Bu gün saat 16:00-da Milli Şuranın seçkidən sonra ilk mitinqi keçiriləcək. Müxalifət seçki saxtakarlıqlarına etiraz edəcək. Mitinq şəhər rəhbərliyi ilə razılaşdırılıb və “Məhsul” stadionunda keçiriləcək.
Əməkdaşlarımız artıq meydandadırlar. Musavat.com mitinqdən operativ xəbərləri, foto və video görüntüləri yaxın saatlar ərzində anbaan təqdim edəcək. Bizi izləyin.


























Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 12.10.2013 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: