Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Cinayətkar Hakimiyyət 6 dəqiqəyə ifşa olundu..

8Hər həftənin cüt günləri İctimai Televiziyanın canlı efirində prezidentliyə namizədlərin debatı olur. 28 sentyabr tarixindədə Debatda Milli Şuranın vahid namizədi Cəmil Həsənli, YAP-ın namizədi İlham Əliyevin nümayəndəsi Siyavuş Novruzov, Ümid partiyasının sədri İqbal Ağzadə, BAXCP sədri Qüdrət Həsənquliyev, deputat Fərəc Quliyev, Ədalət partiyasının sədri İlyas İsmaylovun nümayəndəsi Mayis Gülalıyev, ASDP sədri Araz Əlizadə, deputat Zahid Oruc, ADP sədri Sərdar Cəlaloğlu və Hafiz Hacıyev iştirak ediblər.
Bu dəfə həmişəki vaxtından tez başlayan debatda niyə namizəd olduğunu özü də bilməyən Zahid Oruc yenə mənasız, iqtidarı keyfiyyətsiz şəkildə müdafiə etməyə calışan bir çıxış etdi. Üzərində dayanmağa belə dəyməz!!

Siyavuş Novruzov isə bu debatda çox ağır zərbələr aldı. Öz çıxışına Cəmil Həsənlinin 2 il öncə Təhsil Nazirliyinin kollegiya iclasındakı çıxışından sitat oxumaqla başlayan Novruzov nə vaxtsa hakimiyyətin ünvanına xoş sözlər deməsini ona irad kimi tutmaq istədi. Bu çıxışla S.Novruzov bir daha subut etdi ki, özləri də bilirlər hakimiyyətin təriflənəsi heç nəyi yoxdur.

Cəmil Həsənlinin elmlər doktoru olan Siyavuş Novruzovun vaxtilə tarixdən kəsildiyini, coxlu xahiş-minnətdən sonra 4-cü dəfə tramvay altında qalmış “3″ aldığını söyləməsi isə, prezidentin müdafiəçisinə ağır zərbə oldu. Hər halda özünü itirdiyindən nə Cəmil Həsənliyə cavab verə bildi, nə də ondan sonra danışa bildi.
İqbal Ağazadə seçicilərə müraciət edərək dəyişikliyin labüd olduğunu bildirib, qeyd edib ki, “dəyişiklik olmamalıdır” deyən Əli Əhmədovdan fərqli olaraq o, ölkənin Qarabağsız günlərinin Qarabağlı günlərə dəyişməsini təklif edir. O, dəyişiklik istəyənləri Ümid Partiyasının namizədinə səs verməyə çağırıb.
İlyas İsmayılovun vəkili Mayis Gülalıyev əvvəlcə Qarabağ məsələsindən danışıb, sonra bir qədər iqtidarı tənqid etdi.
Fərəc Quliyev siyasi baxışlar sistemi qurmaq üçün elitanı dəyişməyin vacib olduğunu, insanları yox, prinsipləri dəyişməyin zəruri oldğundan danışıb və qeyd edib, prezident seçilərsə, bu işi edəcək.
Sərdar Cəlaloğlu ölkədəki sosial-iqtisadi durumdan danışıb, inkişaf etmiş Avropa ölkələrinin dövlət büdcəsinin göstəricilərini qeyd edərək Azərbaycanda yoxsulluq səviyyəsinin yuxarı olduğunu bildirib.
Hafiz Hacıyev və Araz Əlizadə həmişəki kimi öz tərbiyələrinə uyğun danışdılar.
Qüdrət Həsənquliyev də verilən tapşırığa uyğun olaraq vaxtını Cəmil Həsənliyə sualar vermək və bir də öz attestat və diplomlarını, fəxri fərmanlarını nümayiş etdirməklə başa vurdu.

Cəmil Həsənli çıxışlarında, həmişə olduğu kimi həm onun üzərinə hücum ücün göndərilən Əliyevin əl kuklalarını, həm də hakimiyyətin səlahiyyətli nümayəndəsini yerində oturtdu. Olduğu kimi sizə təqdim edirəm:

 

 

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 29.09.2013 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: