HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Sentyabrın 27-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin hökmü ilə «Tolışi sədo» qəzetinin redaktoru Hilal Məmmədov təqsirli bilinib, 5 il müddətinə azadlıqdan məhrum edilib.
Ona dövlətə xəyanət, milli ayrı-seçkilik salmaq və narkotik ticarət ittihamı irəli sürülmüşdür.
Hakim hökmü oxuyarkən zaldakılar məhkəmənin ünvanına lənət yağdırmağa başlayıblar.
Hilal Məmmədov əfv üçün müraciət etməyəcəyini deyib.
Vəkillər hökmün ədalətsiz olduğunu bildiriblər.
https://www.youtube.com/watch?feature=player_embedded&v=9PihyPqOQ5g
Hilal Məmmədov 2012-ci ilin iyununda həbs edilib. Məhkəmə bir neçə aydır davam edir.
Dövlət ittihamçısı məhkəmədən Hilal Məmmədovu 6 il müddətinə azadlıqdan məhrum etməyi istəmişdi.
Məhkəməni Avropa İttifaqı, ATƏT, ABŞ, Almaniya, Fransa, Norveç səfirliyinin nümayəndələri müşahidə ediblər.