Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Cəmil Həsənlidən növbəti möhtəşəm çıxış.

imagesCəmil Həsənli İctimai Televiziyada hakimiyyəti yenə darmadağın elədi

Əli Əhmədov Cəmil Həsənlini həbslə hədələdi..

«Mandat alverilə məşğul olan bir partiyanın, partiya sədrinin nə mənəvi haqqı var ki, yenidən prezidentliyə namizəd rolunda çıxış etsin?!»

Prezidentliyə namizədlərin təşviqat kampaniyası çərçivəsində dünən Ictimai Televiziyada beşinci çıxışlar oldu. Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli çıxışında “Gülərqeyt” qalmaqalından tutmuş, monopoliyaya qədər ən müxtəlif mövzulara toxundu. Cəmil Həsənlinin çıxışını təqdim edirik:

“Gəlin ”Qələbə”yə, birlikdə gedək Qələbəyə!”

Bu gün sizinlə yenidən görüşə gəlmişik. Sözümün əvvəlində sizi növbəti mitinqə – seçicilərlə görüşə dəvət edirəm. Belə bir görüş sentyabr ayının 28-də, saat 4-də “Inşaatçılar” metrosunun yanındakı, keçmiş “Qələbə” kinoteatrının arxasında baş verəcək. Gəlin “Qələbə”yə, birlikdə gedək Qələbəyə!
Burada Sərdar bəyin mənə görə ürəyi ağrıdı. Sərdar bəy, biz ərizə yazanda mitinq üçün 10 min adamla görüş istəmişdik. Təxminən 12 minə qədər adam ora toplaşmışdı. 100 min yazmamışdıq.
O ki qaldı mitinqdə şeir oxumağa, şeiri gərək biləsən ki, oxuyasan. Qüdrət bəy, sənin intellektin və ədəbi biliklərin yoxdur, ona görə də sən şeir oxumaq iddiasına düşmə.
Bir il siz Əli Kərimlinin qapısının ağzında oturmusunuz, köməkçi işləmisiniz, ona görə də daxilinizdə kompleks qalıb. Özünüzü bağışlaya bilmirsiniz o kompleksə görə.
Burada prezidentliyə namizəd mənəm, Əli Kərimli, Isa Qəmbər deyil. Nə sözünüz var, mənə deyin. Burada olmayan adamlar haqda niyə bu qədər həqarətli danışırsınız? Burada özünüzü prezidentliyə namizəd kimi yox, təxminən 5-6 nəfər Ilham Əliyevin vəkili rolunda çıxış edirsiz. Əgər vəkil idinizsə, daha bura niyə gəlirdiniz?

“Sənə görə Azərbaycan hökuməti cərimə ödəyib”

Zahid Oruc mənə sual verir. Zahid Oruc, sən hansı haqla mənə sual verirsən? Sənin mandatını Avropa Məhkəməsi ləğv edib. O mandat Nemət Əliyevə çatmalı idi. Sənə görə Azərbaycan hökuməti cərimə ödəyib. Bütün bunların müqabilində gəlib prezidentliyə namizəd kimi də millətin qarşısına çıxırsan?! Bir az bunları düşünmək lazımdır.

“İlham Əliyev parlament yerlərini ya peşkəş verib, ya da satıb”

Burada Əli Əhmədov da bəzi şeylər dedi. Birinci və ikinci çıxışlarımda müəyyən fikirlər səsləndirmişdim. Ümid edirdim ki, Əli Əhmədov son iki debata gəlmir, yəqin, o materialları toplayır, Əliyev ailəsinin 48 milyard vəsaiti ölkədən çıxarması haqda materialları toplayıb gətirəcək, bu millətə izah edəcək. Ancaq təəssüf ki, biz bunu görmədik. Ona görə də mən yeni bir məsələni qaldırmaq istəyirəm. Bu gün sentyabr ayının 26-dır. Həmin gündür ki, “Gülərqeyt” işə başladı. Açıldı “Gülərqeyt”. Diqqət yetirin, rüşvəti alan da Yeni Azərbaycan Partiyasının üzvüdür, verən də Yeni Azərbaycan Partiyasının üzvüdür. Əgər bir partiya, bir partiyanın sədri mandat alverilə məşğul olursa, onların nə mənəvi haqqı var ki, bu gün yenidən prezidentliyə namizəd rolunda çıxış etsin?!
Mandat alveri dövləti cinayətdir. Çünki burada siyasi postların satılmasından söhbət gedir. Konstitusiyaya görə, ən ağır cinayət siyasi postları satmaqdan ibarətdir. Bununla da faktlar açıldı. Yeni Azərbaycan Partiyası və onun rəhbəri Ilham Əliyev parlament yerlərini siyahı ilə ya peşkəş verib, ya da satıb.

“Sənin vücudun elə kompramatdır”

Siz burada insanların hansı tərbiyə sahibi olduğunu gördünüz. Araz Əlizadə deyir ki, onunla bağlı kompramat toplayırlar. Sənin elə vücudun kompramatdır da, sənin haqda daha nə kompramat toplanılacaq?
Bir neçə kəlmə monopoliya haqda danışmaq istəyirəm. Bütün vətəndaşların əziyyət çəkdiyi, insanların həyatına təsir edən monopoliya barədə danışmaq istəyirəm. Azərbaycan bir neçə nəfər tərəfindən icarəyə götürülmüş bir əraziyə bənzəyir. Monopoliya bu millətin belini qırıb, yaşayışına, həyatının təminatına çox ciddi zərbələr vurub. Bəzən deyirlər ki, monopolist filan nazirdir, o biri nazirdir, nə bilim Prezident Aparatındakı kimdir… Bu ölkədə bir monopolist var, bir baş monopolist var – o da Ilham Əliyevdir. Ilham Əliyev bu respublikanı məhz holdinq kimi idarə edir. Elə bil ki, ayrı-ayrı nazirlərə icarəyə verib.

“2-3-lə oxumuş adamlar müəllimin qədrini hardan biləcək”

Diqqət yetirin, Yeni Azərbaycan Partiyasının nümayəndələri Azərbaycanla işğal olunmuş ərazi, əhali ilə əsir götürülmüş millət kimi rəftar edir. Bu necə hakimiyyətdir? Hakimiyyətin məqsədi millətə xidmət etməkdən ibarətdir. Həkimin maaşına baxın. Burnu qanayandan tutmuş, barmağı qanayana qədər hamı müalicə üçün Irana qaçır. Niyə bu ölkənin səhiyyəsi belə etimadsız vəziyyətə düşdü? Çünki dərman monopoliyada, hətta cərahiyyə əməliyyatları da monopoliyadadır.
Hər il vətəndaşlara havayı dərman paylamaq üçün büdcədən 140 milyon vəsait ayrılır. Kim indiyə qədər bu hökumətdən havayı dərman alıb? Çıxarıb qoysunlar ortaya.
Müəllimin aldığı əməkhaqqına baxın. Yeni Azərbaycan Partiyasında təmsil olunan adamların müəyyən bir hissəsi iki-üçlə oxuyan adamlardır. Bunlar müəllimin qədrini haradan biləcək? Rusiyada müəllim alır 1000 dollar, Azərbaycanda alır 100-120 manat. Bununla təhsili inkişaf etdirmək olar?
Və yaxud, təqaüdlərə diqqət yetirin. Neft ölkəsində 100 manat təqaüd alırlar. Bunun hesabatını vermək lazımdır millətə…

azadlıq.info

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 27.09.2013 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: