Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Milli Şuranın möhtəşəm mitinqi


xtx1
Mitinq iştirakçılarından hakimiyyətə mesaj: “İlham bəsdir! CƏMİL GƏLİR!”

 

 

Milli Şura Bakıda Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (M.Seyidov küçəsi, 3155-ci məhəllə) mitinq keçirir. Meydana minlərlə insanlar toblaçıb. Polis mitinqdə iştirak edənləri yoxladıqdan sonra əraziyə buraxıb. Prosesə Bakı şəhər baş polis idarəsinin rəis müavini Səhlab Bağırovun başçılıq edib.
Cəmil Həsənlinin mitinqə gəlişi böyük coşqu ilə qarşılanıb. Mitinq Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə başlanıb.
Aparıcı bildirdi ki, mitinqin başlıca şüarı “İlham, bəsdir!”dir. O, siyasi məhbusların adlarını çəkərək onlara azadlıq tələb etdi.

Meydan “İlham, bəsdir” deyə qarşılıq verdi.

***

Əli Kərimli: ” Cəmil Həsənli ardıcıl və sərrast zərbələri ilə 20 ildir Azərbaycanı əsarətdə saxlayan Əliyevlər rejimini artıq sarsıdıb “

Mitinqdə ilk çıxış edən AXCP sədri Əli Kərimli oldu: Artıq bir neçə gündür ki, xalqımızın gələcəyi uğrunda İctimai Televiziyada bir döyüş gedir. Bu döyüşdə sizin namizəd Cəmil Həsənli ardıcıl və sərrast zərbələri ilə 20 ildir Azərbaycanı əsarətdə saxlayan Əliyevlər rejimini artıq sarsıdıb. Qələbə yaxındadır, qələbə mütləq olacaq, qələbə Cəmil Həsənli ilə gələcək. Cəmil Həsənli cəmi 12 dəqiqəlik çıxışı ilə İlham Əliyevin 10 illik hakimiyyətini necə sarsıtdı. Cəmil Həsənli təkcə hakimiyyəti ifşa etmədi. Həmdə Azərbaycan xalqına ciddi mesajlar verdi. Mesaj verdi ki, illərdir sizdən oğurlanan milyardlar ofşor hesablarda, xarici banklardadır. Gəlin, sərvətlərinizə sahib çıxın. Cəmil Həsənli Azərbaycan gəncliyinə mesaj verdi ki, keyfiyyətli təhsil ala bilməyəndə, özünüzə iş, ailə qura bilməyəndə haqqınız olan neftin pulları hakim ailənin sizin yaşıdlarınız olan övladlarının adlarına mülklər almağa sərf olunub. Gəlin, sizə çatası sərvətlərə sahib çıxın, gələcəyinizi xilas edin. 9 sentyabrda Azərbaycan xalqının seçimi çətin olmayacaq. Bir tərəfdə korrupsioner rejimin başçısı, o biri tərəfdə şəffaf həyat yaşayan, hər zaman xalqı düşünən Cəmil Həsənli var. Belədə əlbbətə ki, seçim çətin olmayacaq.
Bir tərəfdə Qarabağı almaq bir tərəfə, atəşkəsə qədər Azərbaycana gəlməyən, hər zaman polisin arxasında gizlənən İlham Əliyev, o biri tərəfdə şahın üzünə onun əməllərini cəsarətlə ittiham kimi deyən Cəmil Həsənli var. Deməli seçim çox asandır. Gəlin, oğrunun yox, doğrunun yanında olaq və deyək ki, zalımdan qurtulmağı biz də bacardıq.

 

***
Aslan İsmayılov: “Biz göstərməliyik ki, haqqımızı müdafiə edə bilirik. Kimsəsiz, qorxaq deyilik “
İkinci çıxışçı tanınmış hüquqşünas Aslan İsmayılov oldu. Bizim hər birimizin həmin debatlarda qürurumuzu, ləyaqətimizi, əxlaqi-mənəvi dəyərlərimizi tapdaladılar. Göstərdilər ki, guya bizi hafizlər, zahidlər təmsil edir. Həmin debatda həyatı ilə Azərbaycana xidmət edən, onu canı qədər sevən Cəmil Həsənlinin qismində bütün xalqımızı təhqir etdilər. İllərdir deyirdilər ki, müxalifət birləşə bilmir. Müxalifət birləşdi. İllərdir deyirdilər ki, lideriniz yoxdur. Bu gün biz liderimizi görürük. Əxlaqlı, savadlı, qeyrətli, vətənini, xalqını sevən, onun səsini və hüququnu qorumaq qüdrətini nümayiş etdirən Cəmil Həsənli…
Biz göstərməliyik ki, haqqımızı müdafiə edə bilirik. Kimsəsiz, qorxaq deyilik. Bura siyasətçi kimi yox, vətəndaş kimi gəlmişəm. Vətənim, balalarım, şərəfim üçün gəlmişəm.Hər məhkəmə prosesindən sonra qulağıma “Biz nə edə bilərik, bacarmırıq, sənin kimi ola bilmirik” deyən hakimlərə, prokurorlara müraciət edirəm. Bu rəzilliyə, alçaldılan həyata dözməyin, siz də bizim kimi olun.

 

İsgəndər Həmidovdan İlham Əliyevə mesaj: “Ya sən istefa ver, ya da biz səni istefaya göndərəcəyik”
Aparıcı bildirdi ki, hakimiyyət üçün ən böyük dəyər bu dövlətin srvətəti, qızılı, neftidir. Amma ən böyük dəyər bu dövlətin insanlarıdır. Dövlət də, onun sərvətləri də insanımız üçün olmalıdır.
Sonra Eldar Namazov çıxış etdi. Dedi ki, Mlli Şuranın regionlarda da kampaniyası artıq başlayıb. O, bu məsələ ilə bağlı Ağstafada olduğunu dedi və o bölgənin salamanı çatdırdı. “Bölgə insanlarımızın bu seçki ilə bağlı mesajlarını ümumiləşdirilmiş şəkildə belə ifadə etmək olar: “İlham, bəsdir!”, – deyə o bildirdi.
Aparıcı Milli Şuranı Rusiyaya bağlamaq istəyənlərə cavab verdi. Dedi ki, bu ittihamları səsləndirənlər zamanında Azərbaycanın müstəqilliyinə qarşı çıxanlardır. “Milli Şurada cəmlənən qüvvələr isə Azərbaycanın müstəqilliyi uğrunda meydanlarda savaş veriblər. İndi mübarizənin növbəti mərhələsi yaşanır. Müstəqilliyinə nail olduğumuz Azərbaycanın sərvətlərinin ədalətli bölgüsünə, xalqa çatmasına nail olmalıyıq və olacağıq”, -deyə o bildirdi.
Sonra söz keçmiş vicdan məhbusu Tural Abbaslı çıxış etdi.
Ondan sonra İsgəndər Həmidov danışdı. O, bildirdi ki, hakimiyyət istədi0istəmədi, bu seçkinin qalibi Cəmil Həsənlidir.. İsgəndər Həmidov meydana “İstefa” şüarı təklif etdi. “İstefa, İstefa” şüarından sonra sabiq daxili işlər naziri İlham Əliyevə üz tutdu: “Ya sən istefa ver, ya da biz səni istefaya göndərəcəyik”

 

***
 Meydan “İlham debata gəl üzünü görək” şüarı səsləndirdi
***
İsa Qəmbər: “İlham, namizədliyinni geri götür. Azərbaycan xalqı naminə, xalqı nəzərə almırsansa, özünü düşünərək, namizədliyini geri götür “
Növbəti çıxışçı Müsavat başqanı İsa Qəmbər oldu:
Heç bir qüvvə xalqın qarşısını kəsə bilməz. Biz mütləq qalib gələcəyik. Bizi ittiham edirdilər ki, iddialarından əl çəkə, başqasəna gözəştə gedə bilmirdilər. İndi isə deyirlər ki, niyə özləri iddia ortaya qoymurlar, ziyalı bir şəxsin arxasında gizləniblər.
Bu tamamilə əsassız fikirdir. Biz iddiamızdan geri çəkilməmişik. Bizim iddiamız vəzifə, prezidentlik iddiası deyil. Azərbaycanın azad, demokratik ölkə olması, sərvətlərimizin xalqımıza çatması, Qarabağın azadlığıdır. Biz bu iddialarımızdan heç vaxt geri çəkilməyəcəyik.
Biz Cəmil bəyin arxasında gizlənməmişik. Biz Cəmil bəyin yanındayıq, ona olan hücumların qarşısındayıq. Bunu İlham Əliyev və ətrafındakılar yaxşı bilsin.
Debatlarda gördünüz ki, əksər namizədlərin hədəfi Cəmil bəydir. Onlar hətta ləyaqətsizcəsinə, Cəmil bəyin ailə məsələlərinə qarışdılar. Amma Cəmil bəy adekvat cavab verməyib, çox sərrast şəkildə Əliyevlər ailəsinin xalqdan oğurladıqları hesabına qurduqları biznesindən danışdı.
Bütün həqiqətlər açıqlanmalıdır. Bizim namizədin, bizim tələbimizlə bütün həqiqətlər açılacaq.
İsa Qəmbər siyasi məhbusların adlarını çəkib, onları salamladı. Bildirdi ki, onların azadlığa çıxmasına az qalıb.
Müsavat başqanı İlham Əliyevi prezidentliyə namizədliyini geri götürməyə çağırdı: “Bilirik ki, Cəmil bəy bütün xalqın, o cümlədən İlham Əliyevin prezidenti olacaq. Həmişə Heydər və İlham Əliyevlərin istefasını tələb etmişəm. Bu gün isə İlham Əliyvə təklif edirəm ki, prezidentliyə namizədlikdən istefa versin, namizədliyini geri götürsün. Tam ciddi deyirəm, İlham, namizədliyinni geri götür. Azərbaycan xalqı naminə, xalqı nəzərə almırsansa, özünü düşünərək, namizədliyini geri götür”..
***
Cəmil Həsənli: “Ey, şərəfli millətin şərəfli varisləri. Səsinizlə tarix yaradın. Vətənimizi və özünüzün qurtuluş haqqına sahib çıxın “
 
Sonda Milli Şuranın vahid namizədi Cəmil Həsənnli çıxış etdi:

Ey uca millətim! Ey 1918-ci ildə cümhuriyyət yaratmış qurucu babaların şərəfli nəvələri.
Biz Milli Şuramızın müəyyən etdiyi yolla gedirik. Əmin ola bilərsiniz ki, yurdumuzu sarmış bu zülm və istibdad rejimin axırına çıxacağıq.
Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Yaşa, ey sevgili millət, yaşa, var ol.
Milli Şuranın müəyyən etdiyi yol, milli birlik yoludur. Bu kriminal rejim bizi vaxtından əvvəl dəfn etmək istəyirdi. Sizlər bu meydana toplaşıb mesaj verdiniz ki, biz diriyik, gəlirik. Ey azadlığa təşnə olan vətəndaşlarımız, ey Azərbaycan demokratiyasının körpə fidanı olan gənclərimiz, gözü yaşlı əsgər anaları, əmin olun ki, ədalət bərpa olunacaq, hər kəsin haqqı özünə qaytarılacaq. And olsun şərəfimə. Qara günlü millətin ziyalısı ağ kəfəndə dəfn oluna bilməz. Biz bu zülmün qarşısında dayanmalıyıq. Həzrət Əlinin bir söz var: Zülmü görüb ona etiraz etməmək, zalımın yanında olmaqdır.
Millət qəddini düzəldib göstərməlidir ki, bu vətənin sahibi mənəm.  Millətimiz yaşlaşdıqca həbsdə olan siyasilərimiz cavanlaşır.Bu adamların günahı nədir? Allah sevgisi. Allah sevgisinə vətən sevgisini qatmaqdır. Bu hökumət narkotikaya o qədər uyub ki, narkotik itithamı bunların hüquq sisteminin əsasına çevrilib.
Gəlsin mənimlə debata, izah etsin ki, 10 ildə bu torpağın 1 qarışı niyə azad olunamdı? Korrupsionerin vətən-torpaq sevgisi ola bilməz. Bunlar Qarabağ problemmini də hakimiyyətdə qalmaq üçün alver predmetinə çeviriblər. Bu seçki deyil, seçki görüntüsüdür, xalqın haqqına, hüququna həqarətdir.
Qoy onlar öz əməllərindən, xalqın fəlakətləri üzərində sərvət toplamalarından utansınlar. Bunlar mif yaradırdılar ki, Azərbaycanın sülalə hakimiyyətindən başqa yolu yoxdur. Heç kəs bu ölkəni Şimali Koreyaya döndərə bilməz. Ey, şərəfli millətin şərəfli varisləri. Səsinizlə tarix yaradın. Vətənimizi və özünüzün qurtuluş haqqına sahib çıxın. Millətin içindəki ortada olmalıdır. Haqq uğrunda, ləyaqətli həyat uğrunda mübarizə milli mücadiləmizin əsasını təşkil edir.
Sonda mitinq qətnamənin oxunması ilə başa çatdı.

 

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 22.09.2013 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: