Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

ŞOK FAKTLAR- Hakimiyyətdə qalmağın əvəzinə müstəqilliyin peşkəş edilməsi

İsa_Sadıqov Bir haşiyə ilə başlamaq istəyirəm. Bir dəfə tanışlarımdan biri mənə yetkinlik yaşına çatmayan qızının iradəsindən kənar necə ərə verməsini nəql etmişdi. Yazıq qız birinci nigah axşamından necə qorxmuşdusa, ər evinin damında gizlənməyə məcbur olub. Sonra nələrin baş verməsini xatırlamıram. Bunu xatırlamaqda məqsədim odur ki, indiki hakimiyyətdə olanların yaxın gələcəkdə harada gizlənməsindən asılı olmayaraq nəzarətə götürüləcək, mütləq tapılıb, layiqli cəzalarını alacaqlar. Hakimiyyətinizi qorumaq naminə  ölkəmizin müstəqilliyini hətta təhlükə altına ataraq sərt müqavimət göstərməyinizi yaxşı anlayırıq. Siz indiyə kimi açılan və açılmayan başqa-başqa cinayətləri  törətdiyinizin yaxşı fərqindəsiniz və gözəl bilirsiniz ki, bu cinayətlərə görə Qanun qarşısında cavab verməli olacaqsınız. Necə ki, vaxtları çatanda Çauşevski, Səddam, Mübarək… cavab verdi. Qəddafini məhkəməyə qədər gətirmək heç mümkün olmadı. Bu talelərin hansısa biri sizi gözləyir, onu zaman göstərəcək. Bütün millət, ölkəmiz bir cinayətkar şəbəkənin girovuna çevrilib. Bu şəbəkə ölkədə vəziyyəti dəyişmək istəyən və özbaşnalığa qarşı çıxan hər kəsi dövlətin gücündən istifadə edərək qorxutmaq, sındırmaq, məhf etmək əzmindədir. Bütün bunların bir adı var: Terror.

     Bir anlıq diqqət edin. Artıq uzun illərdir ki, nəinki yerli, hətta xarici KİV-lər korrupsiya faktlarından, xalqın cibindən oğurlanmış milyardlardan, ofşor zonalarından, qeyri-qanuni tikintilərdən, insan ölümlərindən, adam oğurluqlarından və rejimin çoxsaylı digər cinayətlərdən yazır. Azərbaycanın hüquq mühafizə orqanları bu məlumatları tam sükütla qarşılayır. Əvəzində isə ictimai fəallar, müxalif siyasi xadimlər qondarma vasitələrlə şantaj edilir, təqiblərə məruz qalır. Çox vaxt da xırda xuliqanlıq, ictimai qaydanı pozma, polisə müqavimət və narkotika ittihamları ilə həbs olunurlar . Məqsəd birdir: yuxarıda qeyd etdiyim kimi hakimiyyətlərini saxlamaq, ömürlərini uzatmaq üçün insanları qorxutmaq, sındırmaq, məhf etmək. Siz hakimiyyətinizin ömrünü uzada bilərsiniz, lakin xalqın sizin cinayətlərinizə axıra kimi dözmək niyyəti yoxdur. Bu nəinki mərkəzdə, hətta uzun illər dişlərini qıcamaqla sizin cinayətlərinizə, özbaşnalıqlarınıza, bespredellərinizə dözən əyalətlərdə də artıq aydın şəkildə hiss olunur. Təəssüf ki, siz bunu bu gün görmək və eşitmək belə istəmirsiniz, qeyri-qanuni mənimsədiyiniz və talan etdiyiniz xalqın varidatı sizin gözlərinizi kör, qulaqlarınızı kar etmişdir. Görmək lazım idi, çünki sabah bu sizin üçün çox gec olacaq. Nədən siz əclaflar və qorxaqlar fikirləşirsiniz ki, bu vasitə ilə xalqı qoxudar, onu sındırarsız və ölkəmizi, onun sərvətlərini sökməkdə davam edəcəksiniz. Xeyr, biz qapalı dünyada yaşamırıq və bu dünyada nələrin baş verdiyini hər gün eşidirik. Xalqımız öz haqqını müdafiə etməyə qadirdir və O bunu edəcəkdir. Xalq onu uzun illər əsarətdə saxlayan, sökən, hörmətsizlik edən, həbsxanalara salan, sındıran nadürüstlərin cavabını mütləq verəcəkdir. Buna siz əmin ola bilərsiniz. Şəxsən mən buna əminəm. Sizi əmin edirəm ki, onda sizi heç kim, o cümlədən Putin də xilas edə bilməyəcək. Mən son hadisələrin bir sıra mühüm tərəfləri barədə yazıb, həmvətənlərimi xəbərdar etməyi özümə borc bildim.

      Çox təəssüf edirəm ki, xeyli hadisələr diqqətsiz ötüşdü və hamı sanki onları sakit qarşıladı və bunu cinayətkar hakimiyyətin özbaşnalığına buraxdı. Kifayət qədər ekspert və mütəxəsislərə malik olmağımıza baxmayaraq biz indiyə kimi Rusiya dövlətinin və Putinin hazırkı rejimlə yaxınlaşmasının, rejimə yenidən dəstək olmasının səbəblərinə aydınlıq gətirə bilməmişik. Hamıya məlumdur ki, son illər Rusiya ilə ölkəmiz, xüsusən də Putinlə Əliyev arasında münasibətlər neqativ notlar üzərində idi. Biz o faktları da bilirik ki, rejim dəfələrlə hətta müxtəlif rus çinovnikləri vasitəsi ilə Putinlə kontakta cəhd etmiş, hətta ora çamadanlarla pullar daşınmışdır. Lakin hər dəfə də yox cavabı alınmışdır. Ortada təkzibedilməz faktlar var. Məsələn, Əliyevin Moskvaya qeyri rəsmi səfərini misal göstərmək olar. Rejimin Rusiya hakimiyyətinə qarşı, güya Rusiyanın Bakıda dövlət çevrilişi etmək istəyi ilə bağlı bir müddət əvvəl başladığı kompaniyanı yəqin hamı xatırlayır. Bütün bunlar nəinki rejimin dili ilə, hətta Əliyev administrasiyasının sifarişi ilə qonşu dövlətin prezidenti Saakaşvilinin dili ilə də səsləndirilmişdi. Onların məsləhətilə hətta konkret adlar da çəkilmişdir. Elə isə sual olunur. Nə baş verdi ki, Putinlə Əliyevin Bakıda 14 avqustda baş tutan bir görüşü ilə bütün problemlər həll oldu, sülh sükütü bərqərar oldu və o cümlədən Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rusiyadan haqq etdiyi lazımı sənədləri vaxtında alıb, ölkəyə qayıda bilmədi. Təcrübədə adətən Rüstəm İbrahimbəyov kimi dünya şöhrətli insanların oxşar sənədləşmələrinə müstəsna hal kimi çox tez baxılır və qərar qəbul edilir. Bunu hamı, o cümlədən Azərbaycan xalqı səbrsizliklə gözləyirdi. Putin isə bunu etmədi. Və biz bir daha bildik ki, onların dostu yoxdur, onların mənafeləri var və bizim xalqımızın taleyi onları az maraqlandırır. Onların marağında başqa dəyərlərdir. Onları Səddam, Kəddafi və digər bu kimi rejimlər qane etdiyi kimi Əliyev rejimi də qane edir. Lakin biz Rusiyanın belə mövqeyinin nə ilə nəticələndiyinin şahidiyik. Rusiya həmin xalqlarda öz ehtimadının necə itirdisə, Azərbaycanda da o formada itirəcəkdir.

     Biz nəyin necə baş verdiyini anlayır və bilirik. Biz bunu həmişə xatırlayarıq. Nə baş verdi və Putin nədən çox asanlıqla barışığa getdi? Hansı müqavilələr, kontraktlar imzalandı? Bu müqavilələrin şərtləri nə idi və Azərbaycan nələrlə məsuliyyətləndirildi? Hazırkı rejimi bu müqavilələrə imza atmağa kim səlahiyyət verib və bu müqavilələrlə müəyyən edilən öhdəliklər kimlər tərəfindən nə vaxt müzakirə edilib. Nədən müqavilə şərtləri mətbuatdan gizlin saxlanılır? Niyə rejim məhz bu gün Rüstəm ibrahimbəyovun Bakıya qayıdışını hər vasitə ilə əngəlləmək üçün hər şeyə getdi? Heç kimə sirr deyil ki, rejim Milli Şuradan qorxur və qorxmaqda davam edir.

   Mən imzalanan müqavilələr içərisindi və az-çox baş çıxartdığım hərbi əməkdaşlıq və dörd milyard dəyərində rus silahının Azərbaycana tədarükü üstündə dayanmaq istəyirəm. Azərbaycanda kifayət qədər mütəxəsislər var ki, həmin müqavilələrə qiymət verib, onların Azərbaycanın müstəqilliyi və təhlükəsizliyi üçün nə qədər təhlükəli olduğuna izah verə bilər. Təəssüf ki, bütün bu hadisələr diqqətsiz ötüşdü və bu müqavilələr baş vermiş hadisələrin kölgəsində qaldı. Baxmayaraq ki, biz bütün sənədlərlə və onların maddələrilə bağlı izahat və konkretlik tələb edə bilərdik. Belə ki, müstəvidə bütövlükdə bizim təhlükəsizliyimiz, maraqlarımız və müstəqilliyimizdir. Beləliklə hərbi sferada bağlanan müqavilələrə və xüsusən də Azərbaycana dörd milyard həcmində silah ixracı haqqında bağlanan müqavilə üzərində dayanmaq istəyirəm.

      Əvvəla, bu müqavilələrə iki aspektdən baxmaq olar. Birincisi, bu Putinə Rüstəm İbrahimbəyovla bağlı verilmiş rüşvətdir. Bu Rüstəm İbrahimbəyovun Azərbaycana qayıdışını hər vasitə ilə əngəllənməyin qiyməti idi. İkinci aspekt üzərində isə mən geniş dayanmaq istəyirəm. Uzun illər ərzində böyük Əliyev, sonra isə onun oğlu (onu prezident adlandırmağa dilim gəlmir) ağızları köpüklənə-köpüklənə bütün dünyaya qışqıraraq bizi inandırmağa cəhd edirlər ki, bəs bizim böyük məbləğdə hərbi büdcəmiz var, bəs biz çoxlu miqdarda hərbi texnika və sursat alırıq, bəs biz hazırıq ki… və s. (Krılovun bir təmsilində olduğu kimi). Sonrasını hamı bilir. Noyabr 1990-cı il Vyana danışıqlarına görə adi silahlarla bağlı bu gün Azərbaycanın əldə edə biləcəyi müəyyənləşmiş kvotası var.

      Mən bir daha qeyd etmək istəyirəm. Söhbət adi silahlardan gedir. Bura taktiki və operativ-taktiki raketlər, nüvə silahı, strateji və digər xüsusi xərclər tələb edən silahlar daxil deyil. Bura yalnız və yalnız adi silahlar daxildir. Əgər kiçik Əliyevin idarəçilik illərini (axırıncı on il) götürsək büdcə rəqəmləri və kiçik Əliyevin özünün təsdiqinə görə orduya təxminən 25-30 milyard dollar həcmində vəsait ayrılıb. Bu məbləğin üçdə bir hissəsi (8-10 milyard dollar) kifayət edir ki, bizim ordu həçmində bir neçə ordunu silahladıra biləsən. Bunu mən tam məsuliyyətimlə deyirəm. Əgər nəzərə alsaq ki, keçən 19 il ərzində bizdə heç bir hərbi əməliyyat keçirilməyib, silahların məhf edilməsi və yararsızlaşdırılması baş verməyib, heç bir silah sıradan çıxarılmayıb, hərbi istifadədən kənarlaşdırılmayıb, bəs onda bu silahlar hara gedir? Rusiya ilə bağlanan müqavilədə 4 milyarddan söhbət gedir. Bu nə 4 milyondur, nə də 400 milyon. Bu 400 miyondan 10 dəfə böyük rəqəmdir. Əgər həmin müqaviləyə əsasən bir Rusiyadan ildə 400 milyonluq adi silah alsaq, həmən müqavilənin tem realizəsi üçün bizə 10 il vaxt lazımdır. Bu o deməkdir ki, biz yaxın 10 ildə tam Rusiyanın və rus silahının asılılığında olacağıq. Belə ki, bu yalnız silah-sursatı deyil, həm də texniki personal, ehtiyyat hissələr və digər məsələləri əhatə edir. Belə olan halda sual olunur. Bəs onda NATO standartlarına keçid haqqında, Avropa Birliyinə yaxınlaşma haqqında vədlər harada qaldı? Deməli yaxın 10 ildə biz Rusiyadan silah tədarükünün asılılığındayıq və bu hərbidə bir sikl hesab olunur.

     Biz bilirik ki, hər il hərbidə köhnə silahlar dövriyyədən çıxarılaraq yenisilə əvəz edilir. Biz isə bu müddət ərzində asılılıqda davam edirik. Bəs onda bizim müstəqil siyasət yürütməyimiz, təhlükəsizliyimiz harda qaldı?

     Mən dəfələrlə demişəm mi, biz bir millət, xalq və ölkə olaraq öz hakimiyyətlərini saxlamaqdan ötrü bizim bütün sərvətlərimizi qurban verməyə hazır olan bir cinayətkar bandanın girovundayıq. Bu banda, biz bir yerdə onu dayandırana qədər, öz cinayətlərini davam edəcək. Mənim üçün çox-çox ağırdır ki, hətta hərbi ekspertlər indiyə kimi bu hadisəyə qiymət verməyiblər. Onların xidmətdə, yaxud ehtiyatda olması fərq etmir. Vətənin müdafiəsində durmaq bizim Sizlərlə müqəddəs borcumuzdur və biz onun taleyi üçün məsuliyyət daşıyırıq. Məgər Siz görmür və anlamırsınız ki, nə baş verir? Tezliklə bu cinayətin bir ayı tamam olacaq və biz tam şəkildə hər tərəfdən asılılığın cəngində olacağıq. Bizim uzun illər getdiyimiz, mübarizə apardığımız, vuruşduğumuz müstəqillikdən heç bir şey qalmayacaq.

     Mən mütəxəsislərə təklif edirəm. Təklif edirəm ki, bizim yuxarıda qeyd etdiyim Vyana razılaşması ilə malik ola biləcəyimiz kvota ilə adi silahları və onlrın qiymətini hesablasınlar və fərqi görsünlər. Siz görəcəksiniz ki, bütün bunlar yalandır və bir məqsədlə törədilmişdir: Xalqın varidatını oğurlamaq və onun vasitəsilə özünün hakimiyyətdə qalmasını satın almaq. Onlar hər şeydən istifadə edir, onlar hər şeyə hazırdır. Belə ki, onlar Azərbaycanı özlərinin şəxsi mülkiyyəti hesab edir və xalqla hesablaşmadan Azərbaycanı istədikləri kimi xərcləyirlər.

      Daha bir maraqlı fakt. Bir müddət əvvəl mətbuatda rejimin Cənubi Koreyadan 3 miyard dollar həcmində silah alma niyyəti haqqında informasiya dərc edilmişdi. Bu informasiya Rusiyadan silah tədarükülə bağlı müqavilə imzalandıqdan sonra ortaya atılmışdı. Maraqlıdır, bu ordu ölçüsüzdürmü? Siz bu qədər silah hara yığacaqsınız? Bəlkə gündəlikdəki silahların yararsızlaşdırmasıdır, yoxsa rejimin növbəti milyadları mənimsəmə vasitəsi. Bəli, çox maraqlıdır. Buna görə də abiyevlər, arturlar və digərləri ölənə qədər postlarında qalacaqlar. Ölkədə hər şeyin başında ailə durur. O həll edir, nəyi alsın, neçəyə alsın. Axı biz onların mülkiyyətiyik.

      Və sonda. Mən daha bir şey, məncə ən vacibi haqqında, demək istəyirəm. Ölkə daxilində öz xalqına müharibə elan edən rejim bu müharibəni kənarda yaşayan və rejimə qarşı sərt mövqe tutan soydaşlarımıza qarşı olmaqla ölkə xaricinə çıxarmaq istəyir. Bu zaman o, kriminal elementlərdən tutmuş özünün diplomatlarına qədər hər şeydən yararlanmaq istəyir. Onlar hətta killer tutmağa cəhd edirlər. Mənə çox ciddi faktlar məlumdur və Həbib Müntəzir siyahıda tək deyildir. Sizin diplomat, səfir adlandırdıqlarınızın sıralarında hətta DTK generallarını da yaxşı tanıyırıq. Son vaxtlar onlardan biri bizim tərəflərə təyinat alıb. Bütün bunlar barədə Norveçin səlahiyyətli orqanları tərəfimdən məlumatlandırılıb. Sizi nəinki ölkədə, hətta ölkədən xaricdədə yaxşı tanıyırlar. Öz xalqına müharibə elan etməklə və DİN, prokurorluq, MTN və digər orqanlarla bu müharibəni aparmaqla siz “müəyyən uğurlara” da imza atmısız. Siz nəinki bizi, həm də ailələrimizi terror edirsiz. Biz – xaricdə olanlara müharibə elan etməklə siz qarışığını mütləq görəcəksiniz. Burada hüquq mühafizə orqanları var və qanunlar fəaliyyət göstərir. Onlar sizinlə bacara bilməsələr biz özümüz qoşulmaq məcburiyyətində qalacağıq. Sizin bacılarınızın, uşaqlarınızın, həyat yoldaşınızın, yaxın və doğmalarınızın harada olduğunu çox gözəl bilirik. Yoxsa siz fikirləşirsiniz ki, biz işsiz canlılarla siz hər cürə rəftar edə bilərsiniz? Sizi əmin edirəm ki, yox. Bizim burda itirməyə bir şeyimiz yoxdur. Və bir daha nəzərinizə çatdırırıq. Yaddan çıxartmayın ki, bizim də bığlarımız və gözlərimiz var və biz bilirik ki, kim nə işlə məşğuldur.

Müəllif: İsa Sadıqov

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 22.09.2013 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: