Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Canlı efirdə: “Yeni Azərbaycan partiyası topuğuna qədər, İlham Əliyev hökuməti dizinə qədər, şəxsən İlham Əliyev isə xirtdəyinə qədər korrupsiyanın içindədir” (c) Cəmil Həsənli

Cemil-Hesenli-300x200Cinayətkar Hakimiyyət seçkiqabağı bütün şərəfsizliyə əl atır. Lakin Milli Şuranın vahid namizədi bütün şərəfsizlərin cavabını verdi….

Əliyevin vəkilləri Milli Şura namizədinin ifşaedici çıxışına dözmədi

“Azərbaycanda indiki kimi çirkaba batan hakimiyyət heç vaxt olmayıb”

Prezidentliyə namizədlərin təşviqat kampaniyası çərçivəsində dünən İctimai Televiziyada ikinci çıxışlar oldu. Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənlinin çıxışı ölkəni silkələdi. Çıxışlar zamanı İlham Əliyevin nümayəndəsi, YAP-ın icra katibi Əli Əhmədov ötən debatda Cəmil Həsənlinin gözündəki problemlə əlaqədar vaxtından əvvəl təqaüdə çıxması məsələsini bu dəfə də qaldırdı.

http://www.youtube.com/watch?feature=player_embedded&v=cL2rzYVQQkY
Bu səbəbdən Cəmil Həsənli çıxışına belə başladı:
– Hörmətli seçicilər, bu, bizim ikinci görüşümüzdür. Mənim Milli Şuranın namizədi kimi, sentyabrın 22-də gündüz saat 4-də keçmiş “Qələbə” kinoteatrının arxasındakı stadionda mitinqim olacaq. Bütün vətəndaşlarımızı – tələbələri, gəncləri, inanclı insanları, təqaüdçüləri – hamınızı ora dəvət edirəm. Əli müəllim (Əhmədov-red.) sual vermişdi. Mən Zərifə Əliyeva adına Oftolmologiya Mərkəzinin mənim haqqımda olan rəyini bura, stolun üstünə qoyuram. İstəsə, gəlib tanış ola bilər.
Bundan sonra Cəmil Həsənli çıxışını dayandırdı.

Çıxışının davamında isə Cəmil Həsənli ölkədəki korrupsiyadan bəhs etdi:
– 20 ildən artıqdır ki, Yeni Azərbaycan Partiyası bizim ölkəmizdə kriminal bir hakimiyyət, korrupsiya bataqlığı yaradıb. Kür-Zaqatala məsələsinə toxundum. Bu fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün 1 milyard 69 milyon vəsait ayrılıb. Yeri gəlmişkən, Van zəlzələsindən sonra Türkiyə bütün Van şəhərini 392 milyon manata bərpa etdi. Azərbaycanda isə ekspert yoxlamalarından sonra məlum oldu ki, ayrılan vəsaitlərin 65-70 faizi yeyilib. Ona görə də xalqın fəlakətləri üzərində gəlir götürən adamlar öz əməllərindən utanmalıdır.
Eyni zamanda mən Ilham Əliyevin üçüncü müddətə prezident seçkilərinə qatılması ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Ilham Əliyevin üçüncü dəfə prezidentliyə qatılmasına qanun icazə vermir. Bu anti-konstitusiondur, Seçki Məcəlləsi buna yol vermir. Çünki mövcud Konstitusiyaya görə, Ilham Əliyev iki dəfə prezident olub, Konstitusiyaya and içib. Yalnız ikinci dəfədən sonra referendum keçirilib, həmin referendumun Ilham Əliyevə heç bir aidiyyəti yoxdur. Ilham Əliyevin namizədliyi ləğv edilməlidir. Nəyə görə? Seçki Məcəlləsinə və Əsasnaməyə görə, gəlirlər haqqında deklorasiya verilməlidir, prezident olan, prezident olmaq istəyən adamlar şəffaf olmalıdırlar. Mərkəzi Seçki Komissiyası açıqlasın ki, kim nə deklorasiya verib. Mənə məlum olan odur ki, məndən başqa həyat yoldaşlarının gəlirləri haqda heç kim deklorasiya verməyib. Həmin deklorasiya ilk növbədə Ilham Əliyevə aiddir. Çünki qanunda göstərilir ki, nikah müddətində ər və arvadın birgə qazandığı vəsaitlər onların birgə mülkiyyətidir. Bu olsa, biz görərik ki, Dubaydan Vircin adalarına qədər, Malayziyadan Qətərə qədər olan bütün dünyanı bürümüş Əliyevlər ailəsinin şirkətləri barədə hansı sənədlər ortaya çıxar.
Bir də seçki qanununu cənab Ilham Əliyev pozub. Təbliğata start verilmədən televiziyalarda təbliğat aparıb. Bu səbəblərə görə onun namizədliyi ləğv olunmalıdır!

Bu yerdə Cəmil Həsənli yenə çıxışını dayandırdığını elan etdi.
Digər çıxışlar zamanı Hafiz Hacıyev Cəmil Həsənlinin qızının ingilislə ailə qurduğunu dedi və onu təhqir etdi.

Cəmil Həsənli çıxışında ünvanına səslənənlərə özünəməxsus şəkildə cavab verdi:
– Mən sənədi gətirdim. Indi soruşmaq istəyirəm, Əli Əhmədov Ilham Əliyevin ölkədən çıxartdığı 48 milyardın kağızını gətiribmi? 75 milyonluq Dubay mülklərinin sənədlərini gətiribmi? Nyu-York Məhkəməsinin təsdiqlədiyi, şəxsən Ilham Əliyevin aldığı rüşvətin kağızını gətiribmi? Dünyanın müxtəlif ölkələrində Əliyev ailəsinin bu ölkədən oğurladığı vəsaitlərlə aldığı mülklərin kağızını gətiribmi? Əgər gətirməyibsə, mən onların hamısını gətirmişəm, bank hesablarıyla birlikdə.
Mən tarixçiyəm. Azərbaycanda heç vaxt belə bir hakimiyyət olmayıb ki, indiki kimi çirkaba batsın. Azərbaycanda heç vaxt elə bir dövr olmayıb ki, bu qədər səviyyəsiz, intellektsiz, mədəniyyətdən və mənəviyyatdan uzaq adamlar eyni hakimiyyətdə təmsil olunsunlar.

Bu anda Hafiz Hacıyev Cəmil Həsənlinin sözünü kəsdi və vaxtının bitməsinə baxmayaraq, Milli Şuranın vahid namizədini, eləcə də müxalifət liderlərini özünə xas küçə söyüşlərilə təhqir etdi. Aparıcı isə yalnız xəbərdarlıq etməklə kifayətləndi. Cəmil Həsənli üçün ayrılmış ödənişsiz efir vaxtından istifadəyə Hafiz Hacıyev tərəfindən imkan verilməməsinə müdaxilə etmədi.

Belə olan halda, Cəmil Həsənli aparıcıya müraciət edərək, haqqını tələb etdi:
– Hörmətli aparıcı, siz qaydaya riayət edin! Vaxtımı əlavə edin, 25 saniyə vaxtımdan gedib. Elə indi də gedir. Vaxtımı dayandırın!

Aparıcı:
– Siz çıxış edirsiniz, vaxtınızdan gedir.

Cəmil Həsənli:
– Mən çıxış edə bilmirəm, Hafiz Hacıyev imkan vermir. Ilham Əliyev Hafiz Hacıyev düşüncəsində, əxlaqında və mənəviyyatında adamdır ki…

Hafiz Hacıyev yenə çıxışa müdaxilə etdi.
Aparıcı ona vaxtının bitidiyini xatırlatsa da, efiri pozduğunu desə də, xeyri olmadı.

Cəmil Həsənli:
– Aparıcı, mənim vaxtımı bərpa edin, mən bunu sizdən alacam onsuz da. Mənim qızımın günahı bir ingilisə ərə gedib, bir xristianı müsəlman etməkdir. Ilham Əliyevin qızları kimi bu ölkədən oğurluq etməyib.

Bu yerdə Hafiz Hacıyevlə yanaşı, Əli Əhmədov da Cəmil Həsənlini təhqir etməyə başladı. Cəmil Həsənli isə aparıcıya vaxtının getdiyini xatırlatdı. Bildirdi ki, çıxış etmək üçün ona imkan verilmir və vaxtın dayandırılmasını tələb edir.

Cəmil Həsənli:
– Yeni Azərbaycan Partiyası topuğuna qədər, Ilham Əliyev hökuməti dizinə qədər, şəxsən Ilham Əliyev isə xirtdəyinə qədər korrupsiyanın içərisindədir. Bundan utanın! Görün bu milləti nə günə salmısınız.

Bu dəfə müdaxiləyə ilk olaraq Əli Əhmədov başladı. Hafiz Hacıyev isə əlindəki su qabını Cəmil Həsənliyə tərəf atdı.
Aparıcı bu zaman Cəmil Həsənlinin vaxtının bitdiyini elan etdi.
Milli Şuranın vahid namizədi isə vaxtının bitmədiyini, ona danışmağa imkan verilmədiyini bildirdi. Aparıcı isə 6 dəqiqəlik vaxtın bitdiyini israr etdi.
Aparıcı çıxış üçün Əli Əhmədova söz verdi. Cəmil Həsənli isə bu məqamda yenə vaxtını tələb etdi. Studiyaya gələn mühafizəçilər Cəmil Həsənlidən zaldan çıxmasını xahiş etdilər. O isə vaxtının qaytarılmasını tələb etdi:
– Ya vaxtımı qaytarın, ya da məni buradan zorla çıxaracaqsınız!

Aparıcı isə heç bir halda vaxtın bərpa olunmayacığını söylədi və bunun üçün MSK-ya müraciət etməyi məqsədə müvafiq saydı.

Hakimiyyətin prezidentliyə namizəd kimi qeyd etdikləri kukla namizədlər iqtidarla döyüşmək əvəzinə müxalifəti hədəfə alıblar. Özləri kimi əxlağı yerində olmayan Hafiz Hacıyevi isə söz tulası kimi ortaya atıblar.

Müəllif : Tural Məhərrəmov

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 20.09.2013 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: