Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Prezidentliyə namizədlər və kuklalar müəyyən edildi

img1491713Prezidentliyə namizədliyi irəli sürülən şəxslərin qeydiyyat prosesi  yekunlaşdı. Namizədliyi irəli sürülən 22 nəfərdən 10-u rəsmi namizəd oldu. Namizədlərimizi təqdim edirəm:
İlham Əliyev –  2003-cü ildən atası Heydər Əliyevdən təhfil alan, Bəşəriyyət tərəfindən Diktator adı qazanmış, hər iki seçkidə xalq tərəfindən deyil, saxtakarlıqla seçilmiş Azərbaycanın Prezidentidir. SSRİ dağıldıqdan sonra Azərbaycana heçnəsiz gələn, lakin bugün xalqın mülkini mənimsəyərək, Ofşor zonalarında milyardlarla investisiyası olan şirkətlər, dünyanın ən bahalı yerlərində (Dubay palma adası, Los Angeles, London, Paris və s.) milyardlarla pullar hesabına tikilmiş villaların sahibidir. Əliyevin Hakimiyyəti dövründə Azərbaycan xalqının üzləşdiyi: haqsızlıq, zorakılıq, şər-böhtan, hədə-qorxu, işsizlik və kasıbçılıq  olmuşdur. Milyonlarla insanlar ölkəni tərk edib, qürbətdə yaşamaq nə qədər çətin olsada, qürbətdə yaşamağı seçmişlər. Mətbuat orqanları, televiziyalar bağlanmaq qorxusundan, bu hakimiyyətin çirkin əməllərini ifşa etmir. Hansı mətbuat edirsə təziqlərlə, hədə-qorxularla üzləşir. Budurmu İlhamla gələcəyimiz?
Cəmil Həsənli – Milli Şura tərədindən prezidentliyə namizədliyi irəli sürülüb. Tarix elmləri doktoru, professordur. Amerika Orta Şərq Araşdırmaları Cəmiyyətinin üzvüdür. 10 monoqrafiyanın, 40-a yaxın kitabın və 1000-dən çox elmi məqalənin müəllifidir. Namizədlərin içərisində yeganə namizəddir ki, İlham Əliyevə qarşıdır.
Aşağıda adları çəkilənlər isə Hakimiyyətin kuklalarıdır, yəni prezidentliyə namizədlərin sayını artırmaq üçün seçilənlərdir.
Hafiz Hacıyev -hakimiyyətin söz tulası.
İqbal Ağazadə- özünü müxalifət kimi göstərməsinə baxmayaraq, iqtidar yönlüdür.
Qüdrət Həsənquliyev, İlyas İsmayılov, Zahid Oruc, Araz Əlizadə, Sərdar Cəlaloğlu, Fərəc Quliyev
Təbliğat-təşviqat kampaniyasına sentyabrın 16-sı start veriləcək.

Müəllif: Tural Məhərrəmov

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 15.09.2013 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: