Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Polis Orqanlarında idarəçilik üsulları

daxili-ishlerBu məqaləmdə polis əməkdaşlarına rəhbərlik tərəfindən edilən daxili təziqlər, DİO-da gedən çirkin oyunlar  və onların haradan qaynaqlanması barədə açıqlama vermək istəyirəm.

Bildiyiniz kimi 3 il 6 ay DİO-da müxtəlif vəzifələrdə işləmişəm. Təyin olunduğum ilk gündən daxili işlər strukturu ədalətsiz, insanların hüquq və azadlığını pozan struktur kimi məndə təssəvür yaratdı. Belə ki, işə başladığım gün Tovuz rayon Polis Şöbəsinin rəisi Vaqif İsmayılovun qəbulunda olduqdan sonra əməliyyat müşavirəsinə (iclasa) girdik. Şöbənin rəisi polis zabitləri ilə alçaldıcı formada danışırdı, sanki hər bir polis zabitinin taleyi bunun əlindədir. Bir-bir polis zabitlərini qaldırıb həftə ərzində gördükləri işləri soruşduqda, təhqir edir və şöbəyə məlumat və iş gətirməyən əməkdaşları polisdən uzaqlaşdırmaqla hədələyirdi. Bağırıb söyüşlə danışıb, sonra isə acıq edib müşavirə otağını tərk etdi. Bundan sonra ikinci ssenari başladı rəis müavini Zəfər Zeynalov “gül” ağzını açdı, o başladı işçiləri təhqir etməyə. Bir sözlə ilk gün mən özümü bir anlıq zooparkda, rəisi və onun müavinlərini heyvanları əhilləşdirən, polis əməkdaşlarını isə bir anlıq zooparkda olan heyvanlar kimi hiss etdim. Bu müşavirə bitdikdən sonra nə iş görəcəyimi öyrənmək üçün kadr üzrə inspektorun yanına getdikdə, bir vətəndaşı şöbənin dəhlizində ölümcül döyən polis zabitini gördüm, sonradan bildim ki, həmin şəxsi döyən cinayət axtarış bölməsinin rəisi Sərxan İsmayılov imiş. Xidmətimin ilk günündən mən anladım ki, polis vəzifəsi xəyalımda canlandırdığım kimi gözəl peşə deyilmiş.

  Polisdə işlədikcə burada olan abu-hava günü-gündən məni daha da təəcübləndirirdi, belə ki  polis əməkdaşı öz yoldaşlıq etdiyi polis əməkdaşından çəkinirdi, şöbə rəisi əməkdaşların içərisində elə qorxu yaradıb ki, heç bir polis digər polis yoldaşına etibar etmirdi. Bir məsəl var deyirlər canavar canavarla hər zaman üz üzə yatar. Bu məsəli Azərbaycan polislərinə şamil etmək olar. Ən təəcüblüsü odur ki, DİN-i polis rəisinə elə bir səlahiyyətlər verib ki, polis rəisi həmin səlahiyyətlərindən istifadə edərək, bütün şəxsi heyyəti vahimə içərisində saxlayır. Belə ki, rəis prinsip apardığı polis əməkdaşını DİN-dən gətizdirdiyi yoxlama nəticəsində 10 gün ərzində polis orqanından kənarlaşdıra bilir. Əgər həmin şəxs ona qarşı təhlükə yaradası biridirsə, həbs etdirir.

Polis işçisinə 1 gündə olsa istirahət hüququndan istifadə etməyə icazə verilmir. Gündəlik qanunsuz həbslərlə, dinlə və ya siyasətlə məşğul olan insanları nəzarətdə saxlamaqla təlimatlandırılırlar. Əgər hansısa əməliyyat müvəkkilinin və ya sahə müvəkkilinin sahəsində siyasi dairələr və ya dini xadimlər toplantı keçiribsə və həmin polis əməkdaşı bundan xəbərdar deyilsə,rəyis onu həmin vəzifədən kənarlaşdırır və ya ən ağır cəza tədbiri görür. Bir sözlə hər bir polis işçisi çox təəcüblü və qorxunc “atmosfera”dadır, psixoloji təziq altındadır. Bir misal var: “Meşə çaqqalsız olmaz”. Təbii ki, bundan xoşlananlarıda var. Onların sırasına daxil olanlar rəisin yaxın çevrəsində olanlar və  pul qazanmağa şərait yaratdıqları bəzi şəxslərdir. Birdə onların sırasına ikiüzlü insanlar , rəisin yanında yaxşı olmaq üçün polis əməkdaşları arasında gedən söhbətləri rəisə və ya onun yaxın çevrəsinə söz daşıyanlarda daxildir. Bildiyimiz kimi helə insanlar 5 manata görə ailəsini belə qurban verməyə hazırdılar.  Buna görədə polis əməkdaşları arasında  psixoloji durum hər zaman gərgindir. Belə qanunsuzluqlara qarşı çıxan polis əməkdaşını isə, özləri gündəlik etdikləri, kiçik nöqsanları bağışdanılmaz nöqsan kimi qeyd edib, intizam tənbehi üzərinə yağdırırlar. Sonradan isə DİO-dan xaric edirlər.

Mən fikirləşirdim ki, ola bilsin tək Tovuz polis şöbəsində bu abu havadır. Xidmət yerimi Şəki şəhər-rayon polis şöbəsinə PPX-nin komandiri vəzifəsinə dəyişdikdən sonra bundanda betər “möcüzələrlə” və vəhşiliklərlə qarşılaşmağa başladım, polis rəisi Azad Məmmədov (hazırda Şabran RPŞ-nin rəisi) polis şöbəsinə gətirilən insanların əksəriyyətini özü şəxsən döyürdü, qapazdayıb və təpiklədikdən sonra əli ayağı yorulduqda, soymayıb, dubinka gətizdirib, dubinka ilə döyürdü. İnsanı elə acımasız döyürdü ki, insan al qana bulanırdı, ayağa durmağa halı olmurdu. Sonradan isə müstəntiqlərə göstəriş verirdi ki, şöbənin iş saatını pozma (AR CM-nin 221 m.xuliqanlıq) ilə sənədləşdirsinlər. Şikayətdən söz düşəndə deyirdi: hara şikayət edir etsin, söyüşlə deyirdi nə edəcək ki! Həqiqətəndə şahidi olurduq həmin vətəndaşlar şikayət etməsinə baxmayaraq,nazirlik həmin şikayətlərə biganə yanaşırdı. Azad Məmmədov Vasif Talıbov və Vilayət Eyvazovla yaxın qohum olduğundan 1 telefon zəngi ilə 3 gün içərisində istədiyi kadr dəyişikliyi edə bilirdi, ona görədə polis əməkdaşları ondan çox çəkinirdilər. Polis zabiti başqa rayona keçmək istədikdə ondan rəisin xasiyyətnaməsi tələb olunur. Azad Məmmədov xasiyyətnaməni azı 500 manata satırdı. Buna baxmayaraq, polis zabitləri bunun şərəfsizliyini götürməyib vəzifəsindən imtina edib, aşağı vəzifəyə gedirdi. Şöbədə elə bir vəziyyət yaranmışdır ki, hər kəs bu şöbədən necə aralaşmasını fikirləşirdi, təki bu şərəfsizin rəhbərliyi altında işləməsin. Cəmi 60-70 zabit yeri olan bir şöbədə  20-yə yaxın vakan zabit vəzifə yeri vardı.  Hər hansı polis işçisinin kiçik və ya böyük nöqsanı olduqda, intizam tənbehi ilə hədə gəlib, 1000-2000 manatını kadr üzrə inspektoru  və ya bütün maliyyə məsələləri ilə məşğul olan yaxının vasitəçiliyi ilə alırdı. Polis serjantlarından isə orqandan xaric etmə adı ilə bu məbləği alırdı. Çox vaxt xidməti otağında polis serjantlarını döyürdü.  Şərəfini pula satan, söyüşkən, ağzını danışığını bilməyən tərbiyəsizin biri idi. Bir sözlə Azada baxıb Vaqifə şükür etdim. Əməliyyat müşavirələrində polis zabitlərinin ailəsinə söyür, təhqir edir və aşağlayırdı. Vaqif İsmayılov heç olmuya tək polis əməkdaşlarını aşağlayırdı, Azad isə öz müavinlərinidə. Əxlaqsız kəlmələr işlədərək, özünə günü gündən dahada nifrət qazandırırdı.

Nazirlik tərəfindən şöbəyə ayrılan maliyyəni özünkiləşdirirdi, həmin iş üzrə ayrılan pulu isə şəxsi heyətdən yığırdı. Şöbənin balansında olan avtomaşınlara ayrılan benzin üçün nazirlik,rəislərin həmin pulu özünkiləşdirməyi bilib, Azpetrol kartları göndərərək, bunun qarşısını almaq istəməsinə baxmayaraq, Azad Məmmədov bunada çarə tapmışdı. Balansda olan avtomaşınların nəqliyyat nömrə nişanlarını çıxardıraraq, benzin daşıyan avtomaşının üzərinə vurdurub, benzinləri bir gündə Azpetroldan götüzdürüb, başqa özəl fəaliyyət göstərən yanacaq doldurma məntəqəsinə satdırıb, bu puluda özünkiləşdirirdi. Hər avtomaşın üçün 600 litr benzin ayrılırdı, şöbənin balansında 25-ə yaxın avtomaşın var, DYP avtomaşınları daxil olmaqla. Bu yolla bütün polis rəisləri xidməti avtomaşınlara ayrılan pulları özünkiləşdirərək dövlət əmlakını mənimsəyirlər. Polis əməkdaşları isə aldıqları maaşdan yanacaq dolduraraq xidmət aparırlar. Öz vəsaiti hesabına xidməti avtomaşını idarə edən sürücü polis nəfəri isə avtomaşına yanacaq doldurmadıqda DİO-dan xaric olunur və ya intizam tənbehi alır. Bundan başqa hər ay nazirlikdən müxtəlif bəhanələrlə polis şöbəsinə yoxlamalar göndərilir. Həmin yoxlamanın “yola salınması” üçün bütün şəxsi heyətdən pul yığılır ( ən azı zabitdən 80-200 manat, serjantdan isə 50-100 manat). Elə ay olurki 2-3 yoxlama birdən gəlir. Bir sözlə maaşın üzərinədə pul  qoyub da canını qurtara bilmirsən. Bundan imtina etdikdə isə cəza tətbiq edirlər. Novruz və Yeni il bayramında isə hər bir əməkdaşdan azı 100-150 manat yığılıb nazirliyə bayram sovqatları göndərilir.

1358158804_aksiyaSonradan Yevlax RPŞ-nə  sahə inspektoru vəzifəsinə təyin edildim. Bura təyin edildikdən sonra yenədə haqsızlığın, qanunsuz həbslərin şahidi oldum.  Bura təyin edilməm 2011-ci ilin 2 aprel mitinqlərinin dövrünə təsvir edildiyindən Yevlax RPŞ-də gündəlik müşavirələr müxalif partiyalarla mübarizə, mitinqlərə gedənlərin qarşısını almaq üçün avtovağzalda, dəmir yol vağzalında mülki paltarda postlar təyin edilməsi, mitinqdən sonra mitinqdə iştirak edənlərin fotoları rayon polislərinə dağıdılaraq hərə öz sakininin ailə üzvləri ilə söhbətlər aparılması üçün disklər paylanılırdı. Bu disklər DİN-i tərəfindən rayon polis şöbələrinə dağıdılırdı. Hansı sahə inspektoru və ya əməliyyat müvəkkilinin xidməti sahəsindən həmin mitinqlərdə iştirak edən olduğu müəyyən edildikdə, bu sahəyə baxan hər iki əməkdaş intizam tənbehi ilə cəzalandırılır və bu hal yenidən təkrarlanarsa orqandan xaric edilməklə hədələnirdilər.

Mən 3 rayon polis şöbələrində işlədiyimdən orada olan çirkin oyunları qeyd etdim. Bu oyunlar bütün rayon polis şöbələrində baş verir. Belə ki, Ramil Usubovun təyin etdikləri bütün polis rəisləri bir psixologiyaya malik, qəddarlıqla seçilmiş biriləridilər. Nəinki rəislər, mənliklərini və insaniyyətliklərini vəzifəyə görə qurban verən polis əməkdaşları vəzifələrində irəli çəkilirdilər. Bir sözlə DİO-da yüksəlmək üçün pillə pillə şərəfsizlik məktəbini keçmək lazımdır. Artıq rəisliyə vaxt çatdıqda tam şərəfsiz biri olmalısan ki, səni o vəzifəyə təyin etsinlər.

Polisdə şərəflə xidmət edən hər bir polis əməkdaşı bezibdir, sadəcə  ailəsinin ehtiyaclarını ödəyə bilmək üçün məcbur olub bu şəraitdə işləyirlər.

1347342510_untitled-2Bu şərəfsizlərə bu şəraiti biz özümüz, qorxaqlıq nümayiş etdirərək yaratmışıq. Necə yaratmışıqsa helə də özümüzdə bərpa etmənin yolunu axrarmalıyıq. Həmin yolu isə xalqın polisə etimadını qazanaraq, əldə edə bilərik. Buna isə cinayətkar və şərəfsizlər tərəfindən idarə olunan Hakimiyyətə yox deyərək başlamalıyıq. Çünki “Balıq başdan iylənər”. Buna görədə xalqımıza qarşı mübarizə deyil, xalqımızın yanında olub bu şərəfsizlərlə mübarizə yolunu seçib, hüquqi dövlətimizi qurmalıyıq.

Hüquqi dövlət dedikdə, mən Avropa polisi kimi yüksək maaş, əlavə  iş saatı üçün 2 qat pul müavinatı almağı və işçi ilə heyvan kimi deyil, insan  kimi rəftarı nəzərdə tuturam. Nə vaxta kimi polis  aylıq maaşının yarısını gələn yoxlamalara verməlidir.

Minlərlə savadlı və bacarıqlı, öz biliyinə akademiyanı, universiteti bitirmiş kadrlar var . Ancaq həmin kadrların savadını və işini mənimsəyərək, savadsız rəislər öz işləri kimi qələmə verirlər.

Niyə rəislər özləri xalqın qarşısına çıxmırlar, Sizlərin arxasında gizlənib, mikrafonla qışqırırlar? Bu Cinayətkar Hakimiyyətin bugünə kimi nəfəs almasının başlıca günahkarı Siz polislər olmasını bilirsinizmi? Ancaq qarşılığında Sizlərə nə verirlər?

Əziz polis qardaşlarım bu haqqsızlıqlara son vermənin tam zamanıdır!!!

Müəllif: TURAL MƏHƏRRƏMOV

 

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 13.07.2013 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: