Cinayətkar Hakimiyyət adını başqalarına qoymağa öyrəşib…
Sabiq deputat, “Oğuz eli” Ictimai Birliyinin rəhbəri Hüseyn Abdullayev ona qarşı olan haqqsızlığa qarşı bəyanatla çıxış edib. Onun bəyanatını olduğu kmi təqdim edirəm:
“Əziz və çox dəyərli Azərbaycan xalqı.
Sizlərə bildirmək istəyirəm ki, son bir həftə ərzində mövcud iqtidar nümayəndələri, başda Ilham Əliyev, Mehriban Əliyeva, Ramiz Mehdiyev, Bəylər Əyyubov, Kəmaləddin Heydərov və Fazil Məmmədov olmaqla, ailə üzvlərimə və mənə yaxın olan digər şəxslərə qarşı olduqca murdar və misli görünməmiş bir repressiv təqib üsuluna əl atıblar və hər gün onlara yeni bir saxta cinayət ittihamı tətbiq edib hədə-qorxu gəlirlər. Mən Hüseyn Abdullayev öz adımla onlara bəyan edirəm ki, əgər onların doğrudan da dini Islamdırsa və doğrudan da şərəfi, mənliyi varsa o zaman mənimlə olan ədavətlərini və qisaslarını yaşlı valideyinlərimdən – ata-anamdan almasınlar. Onlar əmin olsunlar ki, hər kəs tutduğu vəzifəsindən asılı olmayaraq bir gün törətdiyi bütün qanunsuzluqlara görə artıqlaması ilə cavab verəcək. Sonda qədim Roma fəlsəfəsindən istifadə edib o rus dilli məmurlara bir aforizm deyirəm: ”Predatelstvo i podlost eto poslednyaya dastoenstvo rimskoy imperii”.
Hüseyn Abdullayev bildirir ki, o, Azərbaycan hakimiyyətinin haqsız təqiblərinə cavab olaraq Almaniyadan siyasi sığınacaq istəyib: “Artıq müvafiq sənədləşmə işi yekunlaşmaq üzrədir. Gələn həftənin 1-ci günü, iyulun 8-də siyasi sığınacaqla bağlı Almaniya hökumətinə rəsmi müraciət edəcəm”.
Sabiq deputat onu da bildirdi ki, o, Interpolu və Azərbaycanın Vergilər Nazirliyini məhkəməyə verəcək.
Hüseyn Abdullayev xeyli müddətdir ki, Azərbaycan hakimiyyəti tərəfindən təqib olunur. Ötən ayın əvvəllərində onun yazdığı “Susma” əsəri ictimailəşəndən sonra bu təqiblər daha da şiddətləndi. Onun qardaşını işdən çıxardılar, özünə isə vergidən yayınmaq ittihamı ilə cinayət işi açıblar.
Azərbaycanın Cinayətkar Hakimiyyəti ölkənin bütün ziyalılarını ölkədən didərgin salıb. Bu hərəkətləri ilə xalqı qorxuzmağa çalışsalarda, xalqda günü gündən özlərinə nifrət hissi qazanırlar. Bir sözlə MEYMUN BAXAR GÜZGÜYƏ, ADINI QOYAR ÖZGƏYƏ. Bu hakimiyyət özünə məxsus cinayətkar adını bunlara qarşı çıxan şəxslərə yapışdırmağa öyrənib. Sizin cinayətkar mafia olmağınız bütün dünyaya bəllidir, özünüzü ifşa etmisiz.