Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Hakimiyyət mənə qarşı təziqləri günü-gündən dahada artırır..

IMG-20130619-WA000Yazıb məlum edirəm ki, 2011-ci ildə məni vətənimdən didərgin salan Hakimiyyət  bugünə kimi mənə qarşı təziqlərini davam etdirir.

Məlum edirəm ki, 2008-ci ildən 2011-ci ilədək Daxili İşlər Orqanlarında polis zabiti olaraq, müxtəlif vəzifələrdə işləmişəm. İşlədiyim rayon polis şöbələrində insanlara qarşı olan haqsızlıqlara sakit yanaşmadığımdan və daim öz iradlarımla çıxış etdiyimdən, polis şöbəsinin rəhbərliyi tərəfindən təziqlərə məruz qalırdım. Belə ki, işlədiyim şöbələrin rəhbərləri intizam tənbehlərini mütamadi üzərimə yağdırırdılar. Mənə qarşı olan bu haqsızlıqlar məni təngə gətirdi, mən Daxili İşlər naziri Ramil Usubovu bu haqsızlıqlar barədə rəsmi məktubla, sonradan isə qəbulunda məlumatlandırdım. Lakin bunlara məhəl qoyan olmadı, əksinə mənə dahada təziqlər artdı. Buna görədə belə qərara gəldim ki, hüquqlarımın bərpası ilə bağlı məhkəmələrə üz tutum. Məhkəməyə müraciət etməyim DİN-nin rəhbərliyini bu dahada qəzəbləndirdi, mənə olunan təziqlər artıq hədə-qorxuyla çevrildi. Lakin mən bunların hədə-qorxusuna məhəl qoymamağıma görə qanunsuz məni DİO-dan xaric etdilər. Sonradan isə 70-ə yaxın polis işçisi Yevlax rayon Polis Şöbəsinin rəisi Natiq Məşədiyevin göstərişi ilə, mənim yaşayış evimə qanunsuz basqın etdilər, evin məhəlləsindən avtomaşınımı apardılar. Bunu görən atam, polis təqaüdçüsü Əlövsət Məhərrəmov infakt keçirdi, 6 ay sonra isə rəhmətə getdi. Qardaşım Toğrul Məhərrəmov stress keçirdərək, psixi travma aldı, bununla bağlı İran İslam Respublikasında müalicə olundu. Mən vətənimdən didərgin düşdüm, saxta ittihamla mənim barəmdə cinayət işi qaldıraraq, ölkədən çıxmağıma qadağa qoydular. Ancaq ölkədən uzaqlaşmağı bacardım, hal hazırda İsveç Krallığında mühaciratdayam. Bir sözlə DİO-da işləməyim və haqsızlıqlara qarşı göz yummamağım ailəmi param-parça etdi.

Bu hadisələrdən sonra mən öz bloqumda (edaletsizliklemubarize.wordpress.com) Azərbaycanda insanlara qarşı olan haqqsızlıqlar, yüksək vəzifəli məmurlarının çirkin əməlləri barədə məqalələr yazıb, facebookda həmin məqalələri paylaşmağa başladım. Bunlara görə facebook profilimə müxtəlif anonim profillərdən hədə-qorxu və təhqiredici məktublar daxil olmağa başladı.  Mənə bu yazıları yazan profilləri isə sonradan facebookdan silinirdi. Hətta xakerlər tərəfindən bloquma hücumlar olunurdu, bugündə həmin hücümların ardı kəsilmir.

Bunun ardınca Azərbaycan Hakimiyyəti məni saxta ittihamlarla İnterpol vasitəsi ilə dünyavi axtarışa verdi.

Bundan sonra isə İsveç Krallığında istifadə etdiyim mobil nömrəmə gizli nömrələrlə zənglər gələrək məni mütamadi ölümlə hədələyirdilər. İsveçdə istifadə etdiyim mobil nömrəmlə ancaq ailə üzvlərimlə əlaqə saxladığıma görə, mənə aydın oldu ki, ailə üzvlərimin nömrələri nəzarətdədir və oradanda mənim nömrəmi müəyyənləşdirib bu zəngləri edirlər. Bunu isə ancaq Hüquq Mühafizə Orqanları əməkdaşları müəyyənləşdirə bilər. Ondan sonra mobil nömrəmi dəyişdim və ailə üzvlərimlə telefon vasitəsi ilə əlaqəni kəsdim. Artıq nömrəmi bilmədiklərindən, ənənəvi üsulla, qara yaxmağa başladılar. Belə ki, 20-yə yaxın iqtidar yönlü qəzetlərdə (525-ci qəzet, tezadlar, Palitra, gundeminfo və s.) mənə məxsus olan bloqun İran və Rusiya tərəfindən maliyyələşdirilməsi barədə eyni məzmunlu,iftira xarakterli məqalələr dərc olundu.

İndi isə ailə üzvlərimə təziqlərə başlayıblar. Yevlax rayonunda yaşayış evinin telefon nömrəsinə və anamın mobil nömrəsinə müxtəlif zənglər gəlib anama, qardaşıma hədə-qorxu edirlər, eyni zamanda məni İsveçdə öldürtdürməklə hədələyirlər. Bloqumda yazılan məqalələri silməyimi onlardan tələb edirlər.

Bu zəngləri edən şəxslərə, Hakimiyyətin bu çirkin əməlləri etdirən Orqanlarına, DİN-nin rəhbərinə səslənirəm: Atamı ürək xəstəliyinə saldız, öldürdüz! İndi nə istəyirsiz? Sizin hədəfiniz mənəm, mənimlə əlaqə saxlayın… Ailəmdən əl çəkin!!

http://www.525.az/site/?name=xeber&news_id=7808

http://www.kaspi.az/news.php?id=3689

http://editor.az/?p=259244

http://www.tezadlar.az/haber-2999-Elsad-Abdullayev-Azrbaycana-qarsi.html

http://avrasiya.net/?p=14300

http://veteninfo.az/siyaset/13017.html

http://dia.az/19804-elead-abdullayevzh-almandyadan-eok-dttdhamlar.html

http://palitranews.az/news.php?id=7346

http://gundeminfo.az/index.php/gundem/8794-elad-abdullayev-qar-ok-code-ittihamlar-code və s.

Tural Əlövsət oğlu Məhərrəmov

Bütün mətbuat orqanlarından xahiş edirəm bu məqaləni dərc etsinlər.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 19.06.2013 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: