HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Bugün səhifəmlə bağlı yazılan yazıları izləyərkən, 20-yə yaxın iqtidar yönlü internet qəzetlərində(525-ci qəzet, tezadlar, Palitra, gundeminfo) 03 may 2013-cü il tarixdə, mənə aid olan səhifəmin (edaletsizliklemubarize.wordpress.com) İran və Rusiya tərəfindən maliyyələşdirilməsi barədə eyni məzmunlu böhtan xarakterli xəbər yayılıb. Cinayətkar Hakimiyyətin bu kimi çirkin oyunları hər kəsə məlumdur. Mən o məqaləni yazana səslənirəm: əgər bizləri İran və Rusiyə maliyyələşdirirsə, sənin əqidəni kim maliyyələşdirir?
http://www.525.az/site/?name=xeber&news_id=7808
http://www.kaspi.az/news.php?id=3689
http://www.tezadlar.az/haber-2999-Elsad-Abdullayev-Azrbaycana-qarsi.html
http://veteninfo.az/siyaset/13017.html
http://dia.az/19804-elead-abdullayevzh-almandyadan-eok-dttdhamlar.html
http://palitranews.az/news.php?id=7346
http://gundeminfo.az/index.php/gundem/8794-elad-abdullayev-qar-ok-code-ittihamlar-code
Azərbaycandan 100 dəfə artıq insanların hüquq və azadlıqları qorunan ölkə kimi tanınan Türkiyədə iqtidarın göstərişi ilə polisin gecə yarısı insanlara qarşı kobudluq etdiyinə görə, türk xalqı 20 günə yaxındır ki, 100 minlərlə insan küçələrə axışaraq Tayyıp Ərdoğanın istefasını tələb edir. Azərbaycan Hakimiyyəti bu günlərin qarşısını belə qara piar kompaniyası ilə almaq niyyətindədir. Lakin anlamırlar ki artıq xalqın səbri tükənib. Cinayətkar rejimin sonu yaxınlaşıb, heç bir ölkə diktatorluq rejimini qəbul etmir. Mən əminəm ki, İlham Əiyev Türkiyədə olan etirazları gündəlik izləyir. Bizim diktatorumuz bu aksiyanı izləyib özünə dərs çıxardaraq bilməlidir ki, kütlənin qarşısında texnika və ya göz yaşardıcı qazların təsiri yoxdur, bunları istıfadə etdikcə etirazçıların sayı dahada artır, hətta reqionlara yayılır. Diktatorluq dövrü geridə qalıb! Ərəb baharını deyə bilmərəm, türk yayı tezliklə özünü Azərbaycanda göstərəcək…
Müəllif: Tural Məhərrəmov