Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Hakimiyyət Avropa İttifaqına qarşı müharibə elan etdi…

d13.06.2013-cü il tarixdə Avropa Parlamentində Azərbaycanda insan hüquqlarının ağır vəziyyətilə əlaqədar qətnamə qəbul olunub. Qətnamə müəllifləri REAL Hərəkatının sədri Ilqar Məmmədovun həbsindən çıxış edərək, ölkədə insan hüquqları sahəsindəki ciddi problemlərdən bəhs ediblər.
Sənəddə bildirilir ki, Ilqar Məmmədovun həbsi siyasi motivlidir və məqsəd də müxalifətçilərin gözünü qorxutmaqdır: “Prezidentliyə namizəd olan Ilqar Məmmədovun həbs müddətinin iki dəfə uzadılması göstərir ki, məqsəd seçki müddətində də onu həbsxanada saxlamaqdır”.
399x280xavroparlament1.jpg.pagespeed.ic.duUH2CfX3JO da qeyd olunur ki, Avropa Ittifaqına daxil olan ölkələrin səfirləri Ilqar Məmmədovun barəsində həbs qərarı verilən məhkəmə proseslərində iştirak etmək istəsələr də, onlara imkan verilməyib.
Avropa Parlamentinin deputatları Ilqar Məmmədovun həbsini pisləməklə yanaşı, həm də Azərbaycan hakimiyyətini ona qarşı irəli sürülmüş ittihamları təcili şəkildə obyektiv araşdırmağa çağırıb.
Qətnamədə həmçinin Azərbaycanda insan hüquq və azadlıqları sahəsindəki ümumi vəziyyətdən bəhs olunur: “Azərbaycanda siyasi fəallar, jurnalistlər, müstəqil düşüncəli insanlar ifadə azadlığı sahəsində hakimiyyətin çox ciddi təzyiqlərilə üzləşirlər. 2006-cı ildən başlayaraq, hökumət Bakının mərkəzində sərbəst toplaşmaq azadlığının həyata keçirilməsinə imkan vermir. Hakimiyyət dinc etiraz aksiyasında iştirak edənlərin böyük məbləğdə cərimələnməsini və uzun müddətli həbsə məhkum edilməsini qanuniləşdirib. Qanunvericiliyə edilən əlavə və dəyişikliklər müstəqil qeyri-hökumət təşkilatlarının vəziyyətini daha da pisləşdirməyə yönəlib. Seçki ilində siyasi vəziyyətin yaxşılaşdırılması böyük əhəmiyyət kəsb edir. Azərbaycan hakimiyyətini siyasi motivli işlər üzrə həbs olunmuş bütün şəxsləri, o cümlədən jurnalistləri, hüquq müdafiəçilərini və vətəndaş cəmiyyəti fəallarını azad etməyə çağırırıq. Biz Azərbaycan hakimiyyətini seçmə qaydasında jurnalistləri, hüquq müdafiəçilərini və digər vətəndaşları məsuliyyətə cəlb etmək praktikasına son qoymağa çağırırıq. Məsuliyyətə cəlb edilmiş şəxslərə qarşı qanuna zidd hərəkətlərə yol verməməyə, onlara münasibətdə ədalətli mühakimə normalarının tətbiqi və normal rəftar göstərilməsinə səsləyirik. Azərbaycan hakimiyyətini diffamasiya ilə bağlı qanunvericilikdə islahatlar həyata keçirməyə, bununla əlaqədar həbslərdən çəkinməyə, ədalətli cərimə məbləği müəyyənləşdirməyə çağırış edirik. Azərbaycanın paytaxtı və digər şəhərlərdə vətəndaşların sərbəst toplaşma azadlığının təmin edilməsi üçün normal yerlər müəyyənləşdirilməli və həmin siyahı dərc olunmalıdır. Avropa Ittifaqı ilə Azərbaycan hakimiyyəti arasında Assosiasiya müqaviləsi müzakirə olunarkən insan hüquqları, ifadə və mətbuat azadlığı, birləşmə, toplaşma azadlıqlarının təmin olunması mühüm şərtlər kimi danışıqların predmeti olmalıdır. Azərbaycan hakimiyyəti seçki, toplaşma, birləşmə, mətbuat azadlıqlarıyla bağlı qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırmalı və tam şəkildə həyata keçirilməsini təmin etməlidir. Azərbaycan hakimiyyəti həmçinin məhkəmə sistemilə bağlı bütün aspektlər üzrə (istintaq, mühakimə, saxlama, cəzaya məhkum etmə və s.) islahatlar aparmalıdır”.
Azərbaycanda siyasətçilərin, siyasi fəalların və jurnalistlərin saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb olunmasından ciddi narahatlığını ifadə edən Avropa Parlamentinin üzvləri eyni zamanda, Avropa Komissiyasına da müraciət edib. Müraciətdə Avropa Komissiyasına Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, müstəqil məhkəmə sisteminin mövcudluğunun təmin olunması, demokratik islahatların, fundamental hüquq və azadlıqların həyata keçirilməsinin təmin olunması məsələsində prinsipial mövqe tutmaq barədə çağırış öz əksini tapıb: “Avropa Komissiyasının prezidenti Joze Manuel Borrozo Ilham Əliyevin Brüsselə səfəri zamanı onunla Azərbaycanda insan hüquq və azadlıqları barədə ciddi danışmalı, narahatlıqları açıq şəkildə diqqətə çatdırmalıdır.
Azərbaycanda bu il keçiriləcək prezident seçkiləri ərəfəsində ciddi narahatlıq doğuran məsələlər daim nəzarətdə saxlanılmalı, mətbuat azadlığına dəstək verilməli, məhkəmə işlərinə xüsusi diqqət yetirilməlidir”.

http://www.europarl.europa.eu/sides/getDoc.do?type=TA&reference=P7-TA-2013-0285&language=EN&ring=B7-2013-0297

Buna qarşı Iqtidar düşərgəsindən aşağıdaki kimi reaksiyalar gəlib:

Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov virtualaz.org-a qətnaməni şərh edərkən deyib ki,  Azərbaycana qarşı aparılan kampaniya son illər sistemli şəkil alıb: “Son vaxtlar Avropanın ayrı-ayrı qurumları Azərbaycana təzyiq göstərmək məqsədilə müxtəlif bəyanatlarla çıxış edir və əsassız qərarlar verir. Ilqar Məmmədovun azad olunması tələbi ilə bağlı son qətnamə də bu qəbildəndir. Lakin belə addımlar bizim Avropa ilə əlaqələrimizə kölgə sala bilməz.
Avropa qurumlarının nümayəndələri, Avropa dövlətlərinin başçıları belə məsələlərdə diqqətli olmalıdır. Belə qərarlar qəbul edərkən onun nəticələri barədə düşünməlidirlər. Biz bu qətnaməni qəbul etmirik. Onunla razı deyilik, çünki bu sənəd bütün demokratik normalara ziddir. Avropa Parlamentinin 750 deputatı var. Amma orada qərarlar 5-6 deputatın təşəbbüsü ilə qəbul olunur. Əgər demokratik prinsiplər Avropa Parlamentinin özü tərəfindən pozulursa, biz hansı demokratiyadan danışa bilərik?
Bu sənədlə tanışlıq bizdə heyrət doğurub. Avropalı deputatlara Azərbaycanla əmr dili ilə, amiranə tərzdə danışmaq hüququnu kim verib? Belə danışıq tonu bizim tərəfimizdən məqbul sayıla bilməz və bizim Avropa ilə əlaqələrimizə kölgə salır…ÿ Bizimlə hündür səslə danışmağa icazə verməyəcəyik. Biz müstəqillik uğrunda ona görə mübarizə aparmamışıq ki, yenidən kiminsə təsiri altına düşək. Bizə ikinci Kreml lazım deyil!
Mən Avropa qurumlarına sual verirəm: siz doğrudanmı ədalət uğrunda mübarizə aparırısınız? Azərbaycan azad ölkədir və heç kim bizim qarşımızda şərt qoya, bir nəfərdən ötrü səs-küy sala bilməz. Avropalı tərəfdaşlarımıza dəfələrlə demişik ki, gəlin “siyasi məhbus” meyarının hansı prinsiplərlə müəyyən edildiyini aydınlaşdıraq. Lakin onlar bu müzakirələrdən yayınıblar. Bizim qərbli siyasətçilərlə bütün son danışıqlarımızda onlar Ilqar Məmmədov məsələsini qaldırırlar. Bəs digərləri haqda niyə danışmırlar? Bunun səbəbi var. Çünki Ilqar Məmmədov onlara lazımdır.
Amma qərblilər bizi Ilqar Məmmədov haqda çox şeyləri danışmağa məcbur eləməsinlər. Iş o yerə çatıb ki, onlar Məmmədovu Azərbaycanın vətəndaşı kimi yox, öz kadrları kimi müdafiə edirlər. Bu axı düzgün deyil. Bu qruplar bilməlidir ki, Azərbaycan oyuncaq ölkə deyil. Avropada bəyəm problemlər yoxdur ki, onlar Azərbaycanın problemləri ilə məşğul olurlar? Avropada da neqativ proseslər gedir. Amma heç bir avropalı siyasətçi bundan danışmaq istəmir”.

Xarici Işlər Nazirliyi də bu barədə bəyanat yayıb. modern.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, belə bir sənədin qəbul edilməsi təəssüf doğurur: “Avropa Ittifaqı ilə ikitərəfli münasibətlərimizə xidmət etməyən bu addımla bağlı aşağıdakıları bildirməyi zəruri hesab edirik. Azərbaycan demokratiya, insan hüquq və azadlıqları kimi universal dəyərlərin bərqərar olmasına sadiqdir. Müstəqilliyin ilk illərindən bu istiqamətdə Avropanın ixtisaslaşmış qurumları ilə əməkdaşlıq edən Azərbaycan daim qanunvericiliyini təkmilləşdirmiş və müvafiq islahatlar aparmışdır. Proses davam etməkdədir.
Vətəndaşların etirazlarının yalnız qanunun müəyyən etdiyi çərçivədə ifadə edilməsi bütün Avropa ölkələrində qəbul edilmiş prinsipdir. Ölkədə iğtişaş yaratmaq, vətəndaş itaətsizliyinə çağırış cəhdləri kimi hallara qarşı adekvat tədbir görülməsi mütərəqqi cəmiyyətlərdə hüquq prinsipləri ilə ziddiyyət təşkil etmir.
Təəssüflər olsun ki, Avropa Parlamentinin bir qrup deputatı tez-tez qərəzli mövqe ilə seçilənləri toplayaraq, Azərbaycanla bağlı müxtəlif məsələləri müzakirəyə çıxarır, reallığı əks etdirməyən fikirlər səsləndirir. Demokratik dəyərlərin başlıca prinsip hesab edildiyi Avropada 754 üzvdən 20-30 nəfərinin mövqeyinin rəsmi sənəd kimi təqdim edilməsi demokratiya prinsiplərinə ziddir. Bu, ən azı Avropa Parlamentinin mütləq çoxluğunun hüquqlarının mənimsənilməsidir.
Avropa Parlamentinin adından Azərbaycana belə qərəzli münasibət göstərilməsi ilk dəfə deyil. Bənzər mövqelər əvvəllər də bildirilib. Bu deputatlar əksər hallarda müzakirə olunan məsələləri lazımi şəkildə dərindən araşdırmır, qarşı tərəfin rəyini öyrənmir, ayrı-ayrı qərəzli münasibətlərə üstünlük verirlər.
Belə münasibət AI ilə hərtərəfli əməkdaşlığa kömək etmir. Azərbaycan-AI münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksələ biləcəyi bir zamanda belə addımların atılması bu kimi halların siyasiləşdirilərək müxtəlif maraqlara xidmət etdiyini göstərir. Halbuki Avropa Parlamenti elə Avropanın özündə baş verən hadisələrə və Cənubi Qafqaz regionunda gedən siyasi-hərbi proseslərə göz yumur”.
Bəyanatda qeyd edilir ki, sənədin tonu da ikitərəfli münasibətlərimizin ruhuna uyğun deyil və beynəlxalq hüququn suveren subyekti olan Azərbaycan üçün qəbuledilməzdir: “Demokratiya, ədalət və insan hüquqlarını mühüm universal dəyərlər kimi qəbul edən Avropa Parlamenti nə Azərbaycanın 20 ildən artıq müddətdə işğal altında qalan əraziləri ilə bağlı, nə də bütün hüquqları pozulmuş 1 milyona yaxın qaçqın və məcburi köçkünlər barədə bir dəfə də olsun beynəlxalq hüquqa uyğun, ədalətli mövqe bildirməyib, bəyanat verməyib.
Amma artıq nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası müstəqil dövlətdir və müstəqil daxili və xarici siyasət həyata keçirir. Avropada bəzi dairələrin Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa yönəlmiş addımlar atması müxtəlif suallar doğurur. Avropa Parlamentinin bəzi nümayəndələrinin bu cür yanaşması və belə addımlarla təzyiq göstərməsi qəbuledilməzdir”.
Göründüyü kimi Azərbaycan hakimiyyəti qətnamədən nəticə çıxarmaq niyyətində görünmür. Iqtidar düşünür ki, Avropaya hücuma keçməklə problemin həllinə nail ola bilər. Amma təşvişdən doğan bu hücum hakimiyyət üçün daha ağır nəticələrə səbəb ola bilər.

Yeri gəlmişkən, Avropa Parlamenti iki dəfə Dağlıq Qarabağla bağlı Azərbaycanın mövqeyini əks etdirən qətnamə qəbul edib və bu məsələdə ölkəmizə dəstək verməyə hazır olduqlarını bildiriblər. Lakin görünən odur ki, Dağlıq Qarabağ problemi hakimiyyət az əhəmiyyət kəsb edən məsələdir. Əks təqdirdə iqtidar Qarabağ məsələsində Azərbaycana dəstək verən Avropaya müharibə elan etməzdi.

     Bir sözlə Azərbaycan Hakimiyyəti Avropa İttifaqınıda özünə düşman elan etdi. Maraq burasındadır ki, bütün dünya Əliyev rejiminin düzgün idarə edilməməsini işarə edir, lakin Hakimiyyət düşərgəsi Aİ (27 dövlət), Rusiya və Amerika kimi dövıətlərin rəsmi açıqlamalarının yanlış olmasını qeydedərək, həyasızcasına demokratiyadan söz açırlar. Sual verən yoxdur ki, hansı demokratiyanı sizlər nəzərdə tutursuz?!

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 15.06.2013 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: