Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

İSVEÇİ HƏDƏFƏ ALAN HAKİMİYYƏTƏ CAVAB….

gg     Azərbaycan İsveçdə keçirilən “Eurovizion” müsiqi müsabiqəsində ikinci yer tutdu.

    Azərbaycanın dövlət televiziyası bunu müzakirə etmək əvəzinə İsveçin yolları, insanların şəraiti və işsizlik barədə reportaj hazırlayaraq, xalqa yalan dolu veriliş göstərdi.

     AzTV-nin bu gülünc verilişində İsveçin Malmo şəhərindən elə danışıldı ki, elə bildim ən geridə qalmış Afrika qitəsinin Somali və Zambiya kimi dövlətlərinin hansısa şəhərindən danışır,Avropada ən inkişaf etmiş ölkələrdən biri olan İsveç Krallığından yox.

İkinci ildir  mən İsveçdə mühaciratdayam, istərdim bu ölkə ilə Sizləri bir az tanış edim:

İsveç 450.295 km. əraziyə malikdir, tarixən ancaq qələbə qazanmış, Avropa Birliyi ölkələri arasında ərazisinə görə 3-cü yer tutan, əhalisinin sayı 9,5 milyon  olan bir ölkədir. Bu ölkənin paytaxdı Stockholm şəhəridir,  burada 1,3 milyon insan yaşayır. Malmo şəhəri ərazisinə görə İsveçin 2-ci böyük şəhəridir, əhalisinin 25% müsalmandır. Müsəlmanlar öz adət-ənənələrinə uyğun geyinirlər və onlara heç bir məhdudiyyət qoyulmadan, işə qəbul edirlər.

Keçək İsveç Krallığının iqtisadiyyatına, 2012-ci ilin statistikasına görə İsveçdə Ümumi Daxili Məhsulu təxminən  320 milyard dollar olub, bunun 74%-i xidmət sahələrinə, 24%-i sənayenə, 2 faizi isə kənd təsərrüfatı məhsullarına düşür. İsveçdə mühaciratda olanlara ayda 700-800 avro, işsiz İsveç vətəndaşına isə 1200-1500 avro müavinat verilir.

Gəlin keçək Azərbaycana:

Ümumi ərazisi 86,6 min km2 olan, bu ərazinin 20%i torpağı erməni işğalçıları tərəfindən işğal edilən dövlətin Hakimiyyəti öz ayıblarını unudaraq başqa dövlətlərdə ayıb axtarır.  Azərbaycanında eyni İsveç qədər 9 milyon əhalisi var, həmin əhalinin 50% çoxu paytaxtda yaşayır. Müsalman ölkəsi olmasına baxmayaraq, müsalmanlıq adət-ənənələrinə riayyət edən analarımız, bacılarımız başı örtülü işə qəbul edilmirlər, təhsil ocaqlarına başı örtülü getməyə imkan vermirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin deməsinə görə,  1 milyona  yaxın iş yeri açılıb. Lakin hara baxırsan iş axtaranlarla rastlaşırsan. İki milyondan çox azərbaycanlı işsizliyə görə ölkəni tərk edib Rusiya,  MDB və  Avropa ölkələrində işləyib, ailələrinə pul göndərirlər. Budurmu açdıqları iş yerləri?

Hakimiyyət özü 100 minə yaxın vətəndaşını represiya vasitəsi ilə ölkəsindən didərgin salıb. İsveç kimi ölkələr isə Hakimiyyətin ölkədən didərgin saldığı insanları qəbul, təmannasız evlə və maddi təminatla təmin edib, burada saxlayırlar.

Azərbaycanın saxta statistikasına görə 2012-ci ildə ümumi daxili məhsulun həcmi əvvəlki illə müqayisədə 2,2 faiz artıb 54 milyard manata çatıb. Bu göstərici İsveçin statistikasından 6 dəfə azdır.  Azərbaycanda orta əmək haqqı da biabırçı həddədir – 500 dollar. Azərbaycanın hələ üzünü ağardan neftdir- ÜDM-in 46 % neftin hesabınadır. Azərbaycanda alim, müəllim, həkim 150-200 manat arasında maaş alır. Halbu ki, yuxarıda qeyd etdiyim kimi burada mühacirat həyatı yaşayana ayda 700-800 avro, işsiz İsveç vətəndaşına isə 1200-1500 avro müavinat verilir.

İsveç ölkəsi, bizim qudurmuş Hakimiyyət kimi adi musiqi yarışmasına 1 milyard pul ayırmır, cəmi 18 milyon pul ayırır. Bunu isə lağa qoymaq lazım deyil, alqışlamaq lazımdır!!!

Aztv-nin bu gülünc verilişində qeyd olunur  ki, Nəqliyyatlarda tablolar işləmir, maraqlıdır Azərbaycan nəqliyyatlarının hansında tablo var? Sonra qeyd olunur ki, İsveç vətəndaşları butulka toplayıb təhvil verməklə, çörəkpulu qazanır. Ay yazıqlar, Bakı zibilxanalarında eşələnən öz vətəndaşlarımızı niyə görmürsüz? Onlardanda veriliş hazırlayın.  Sonra qeyd edir ki, İsveçdə ev-eşiyi olmayan adamlar daldalanmaq üçün taxtadan damlar düzəldib, yaşayırlar. Hacıbala Abutalıbov,Rövnəq Abdullayev kimi hayıxmış məmurlarımız buldozerlərin qarşısına qoyduğu binaların sakinləri harada yaşaması ilə niyə maraqlanmırsız? İşsizlik İsveçi bədbəxt günə qoyubmuş ki. Mən yuxarıdada qeyd etdim burada işləməyən İsveç vətəndaşına 1200-1500 avro verirlər, Azərbaycan Hakimiyyəti işsiz vətəndaşına nə verir? Verirsə niyə Bakının mərkəzində QUL BAZARı var? İsveçdə bomj axtaran Aztv getsin Zabratdaki, Bakının mərkəzindəki bomjları, ac insanları, işsizləri saysın.

Hakimiyyətin sifarişini yerinə yetirərək, inkişaf etmiş Qərb ölkələrə qara yaxmaq əvəzinə, öz xalqımızın ölkədə yaşayış vəziyyətini əks etdirən mövzuya toxunun.

Verilişdə müsahibə alınan şəxslərin dediklərini diqqətlə dinləsəniz, görərsiniziniz ki, AzTV tam fərqli tərcümə edib və onların dedikləri ilə tərcümə uyğun gəlmir!

AzTV-də bu verilişi hazırlayan rejisorda heç utanc hissi yarandı görəsən? Heç olmasa İsveç haqqında bu reportajı hazırlayanda, Azərbaycanın bu vəziyyətini xatırlayaraq susmalısız, yada özünüz dediyinizi dinləyib utanmalı idiz. Mətbuat nə qədər ki, belə yaltaqlanmaqdan əl çəkməyəcək, ölkəmizi belə cinayətkarlar idarə edərək, ölkədə azərbaycanlı qoymayacaq, onların əvəzinə başqa xalqlarla əvəzləşdirərək, ölkəni azərbaycansızlaşdıracaqlar!

AzTV-nin hazırladığı verilişdən belə çıxır ki: İsveç Höküməti Ziya Məmmədovu İsveçə Nəqliyyat Naziri, Əli Abbasovu Rabitə Naziri, Hacıbala Abutalıbovu isə Malmo meri təyin etməlidir ki, bu şəhər, şəhər görünüşünü alsın….

İSVEÇİ HƏDƏFƏ ALAN HAKİMİYYƏTƏ CAVAB….” üzərində bir şərh

  1. zaza
    22.05.2013

    sherhe ehtiyac qalmadi

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 21.05.2013 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: