İki düşmən ölkələrin xalq etirazlarına fərqli baxışları.
“Əskər Ölümünə Son” şuarı ilə Bakının mərkəzində 2 dəfə etiraz aksiyası keçirilməsinə baxmayaraq, Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və digər Hökümət nümayədəsi xalqın bu etirazına heç bir açıqlama vermədi. Əksinə insanlara qarşı texnika, kobudluq və həbslərdən istifadə edərək xalqın etirazını dağıtmağa çalışdılar.
Eyni hal düşmən ölkədə də baş verdi, insanlar eyni şüarla bir dəfə aksiya keçirdi, buna cavab olaraq Ermənistanın Müdafiə naziri Seyran Ohanyan aksiya yerinə gələrək, insanların qarşısına çıxıb onları dinlədi və 2 gün sonra isə Noyemberyanda əsgərin ölümü ilə nəticələnən insidenti araşdırmaq üçün hərbi hissəyə getdi.
Azərbaycan Hakimiyyətinin xalqının etirazına polis qüvvələri və texnika tətbiq etməsi ilə düşman ölkə isə əksinə xalqın etirazına Azərbaycanın Hakimiyyətindən fərqli olaraq yerində araşdırma apararaq cavab verdi.
Buradan görünür ki, düşmən ölkənin hakimiyyətinin öz xalqının göstərdiyi diqqət və qayğı Azərbaycan Hakimiyyətindən fərqli olaraq qat-qat artıqdır.