Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Cinayətkar Hakimiyyətin Mafiya Babası

348

Qazeta Analitik İnformasiya Mərkəzinin rəhbəri Vüqar Rəşidov qazeta.com saytında “Sevinc Babayevanın ölümündə Fuad Ələsgərovun əl izləri” adlı məqalə ilə Prezident Administrasiyasıın Hüquq Mühafizə Orqanları şöbəsinə rəhbərlik edən Fuad Ələsgərovun “mafia babası” olmaqla, cinayəkar Hakimiyyətin büün etdikləri cinayətlərin və qətillərin başında durmasını faktlarla göstərir.

542567_348017495307284_221072620_nMəqaləni olduğu kimi təqdim edirəm:

Mafiya babasına salamlar !!!

Azərbaycanı başdan-başa mafiya çələnginə sürükləyən Əliyev rejiminin üzdəki simalarından sayılan Prezident Aparatının şöbə müdiri Fuad Ələsgərov indi yeganə mafiya başçısının funksionar rəhbərinə çevrilib. Belə ki, Ramiz Mehdiyevin birbaşa göstərişləri ilə hərəkət edən Fuad Ələsgərov hələ 2010-cu ildə Azərbaycanda böyük orqan transplatasiyası əməliyyatlarının başında duran fiqurlardan biri sayılır. Hələ o dövrlər yəni 2010-cu ilin iyun ayından başlayaraq yüzlərlə insanın həyatlarına qara bazarda yiyə çıxan əməliyyatlar məhz bu mafiya babasına aiddir. Həmin zamanlarda Fuad Ələsgərovun göstərişləri ilə hərəkət edən bir qrup MTN zabitləri, polis müstəntiqləri, prokurorlar bu əməllərin birbaşa sahibləri sayılırlar. Çünki 2010-cu ildə qara bazarda insan böyrəklərinin Azərbaycandan qeyri-qanuni olaraq transplatasiya edilib Ukraynaya, İsrailə və eləcə də digər Avropa ölkələrinə çıxaran məhz bu mafiyanın səyi nəticəsində baş tutmuşdur. İndi çox maraqlı bir aksioma ilə qarşılaşırıq. Həmin dövrlər transplatasiya məsələlərində birbaşa adı çəkilən ABU klinikasının rolunu məhz indiki situasiada eyniləşdirsək görərik ki, ABU klinikası, orqan transplatasiyası, Fuad Ələsgərovun mafiya dəstəsi, arxası ilə isə Sevinc Babayevanın ölümü.

İndi gəlin faktlara söykənək. Fuad Ələsgərov ümumilikdə bütün hüquq-mühafizə orqanlarına nəzarət mexanizmini Prezident Aparatında əlində cəmləyib. MTN-də Anti Terror Mərkəzinin rəhbərliyi (Akif Çovdarov), Bakı şəhər Prokurorluğunun Elçin adlı əməkdaşı, Nəsimi rayonun müstəntiqi Müşfiq İbadov eləcə də Prezident Aparatında əlaltısı olan İlham Mustafayev və odlu silahlı mafiya dəstəsi 2010 orqan transplantasiyasının başlıca aparıcı fiqurlarından hesab olunurdular. O zamandan ifşa olunan bu mafiya babası indidə yeni xəbərlərlə gündəmi bəzəməyə çalışır. Abo “kliçkası” ilə tanınan bu quldur dəstə başçısı tam sıradan çıxarılmayanadək rejimin Hacı Məmmədovlarından birinin yəni Fuad Ələsgərovun tapşırıqlarını həyata keçirir. Yüzlərlə insanı hədə qorxu, pula vəd və ya pul müqabilində orqanlarını Nur və ABU klinikalarında çıxartdıran da məhz bu dəstənin işləridir. ABO, Rüstəm, Ceyhun və digərləri ömürlərini zindanda keçirib və müəyyən şərtlərlə azadlığa çıxarılaraq yenidən rejimin tapşırıqları ilə hərəkət edirlərsə bu nə ad vermək olar?

Fuad Ələsgərovun birbaşa diqtəsi ilə amnistiya aktlarına düşən bu quldurbaşları neçə-neçə bu kimi işlərin müəllifləridir. MTN-nin bütün texniki imkanlarından yararlanan mafiya dəstəsi prokurorluq və polislə əlbirli neçə-neçə bu kimi işlərə rəhbərlik etmişlər. Uzun illər Akif Çovdarov kimi tanınan MTN-nin saxta generalı məhz bu işlərə birbaşa rəhbərlik edir. Yüzlərlə Azərbaycanda iş adamlarına hədə-qorxu gələrək Gəncədəki Şərab zavodu, Univermaqlar, Universamlar, Əcnəbilər üçün viza rejimi və ən sonda narkotik, adam oğurluğu, onların orqanlarının satışa çıxarılması və rejimin çirkli pullarının xarici banklarda yuyulması məhz Fuad Ələsgərovun əlaltısı Akif Çovdarova məxsusdur.

Son aylarda Respublikada baş verən hadisələr və mafiya düşərgələrinin baş-başa gəlişi artıq bəzi nüanslarda fərqli mövqelər yaradır. Elşad Abdullayevin Fransaya səfərinin başında duran Paşayevlər klanı artıq köhnə mafioz qruplaşmadan ayrılmasını gündəmə gətirdi. Artıq daxildə Ramiz Mehdiyevə sarsıdıcı zərbə vurulması üçün Elşad Abdullayevin gizli çəkilmiş videoları hədəf nöqtəsi seçildi. Oyun başladı….

İlk hədəf nöqtəsi kimi gündəmə gətirilən Gülər Əhmədova ifşa olundu. Onun ifşa olunması artıq Ramiz Mehdiyevə bir işarə idi. Çünki Fuad Ələsgərovun uğursuz mafiya oyunları Paşayevləri narahat etməyə bilməzdi. Burda hər iki tərəfin mövqeyi də bəlli oldu. Gülər Əhmədovanı Paşayevlər ifşa etdi əslinə qalsa, Mehdiyevin klanı olan Fuad Ələsgərov dəstəsi isə Gülər Əhmədovanın yeganə əməllərinin şahidi olan Sevinc Babayevanı məhv etdi.

Məlumatlı qaynaqların söylədiyinə görə, Sevinc Babayevanın ölkədən çıxarılıb Türkiyədə gizlənməsinə qədər Mehdiyev klanının nəzarətində olub və bu əməliyyatın sonuna qədər həzm olunması isə Fuad Ələsgərova həvalə edilib. Üzdə sakit, daxildə isə parlaq görsənən bu mafiya babası bu işdə bütün qüvvələrini səfərbər edib. Belə ki, Akif Çovdarovun məharətindən, eləcə də MTN-nin bütün strukturlarından, xarici kəşfiyyat bölümlərindən istifadə edərək Sevinc Babayevanın nöqtəsinədək qaldığı yer müəyyən olunub. Sonra Bakı şəhər Prokurorluğu, oradan isə daha yuxarı prokurorluq eşolonlarına Beynəlxalq axtarışla bağlı göstəriş verilib, çünki bütün qaçma imkanlarından Sevinc Babayeva məhrum olunmalı idi. Daha sonra Gülər Əhmədova ev dustaqlığına alınaraq onlar arasındakı kontakt minimuma endirilib. Mənbənin bildirdiyinə görə, Türkiyəyə Sevinc Babayevanın aradan götürülməsi üçün ABO dəstəsinə Fuad Ələsgərovun İlham Mustafayev adlı əlaltısı tərəfindən tapşırıq verilib. Sonda bu mexanizmlə Türkiyəyə göndərilmiş Fuad Ələsgərovun ABO dəstəsi Sevinc Babayevanın zəhərlənərək öldürülməsində qəhrəmanlıq ediblər. 

Əməliyyatın uğurlu baş tutmasından sonra Gülər Əhmədova həbsə alınaraq Paşayevlərdən qorunmaq üçün izolyasiya edilib. Çünki Gülər Əhmədovanın bu halda məhvi Əliyevlər hakimiyyəti üçün xoşagəlməz hal sayıla bilərdi. Artıq bu qayda ilə iki mafiya düşərgəsi sonda isə Mehdiyevlər klanı ilə Paşayevlərin mübarizəsində ortaq güc göstərilib və hər ikisi nəyə qadir olduqlarını bir daha sübüt edirlər. Bunıarın icraçısı isə çox təəssüf ki, ikinci hacı Məmmədov sifəti olan Fuad Ələsgərov və onun əl izləri imiş…

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 12.05.2013 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: