“Ramil Usubovun ailə biznesi ilə bağlı” adlı məqaləsini və karikaturasını bloqumda yerləşdirdiyimdən, İnterpolun rəsmi saytında cinayətlərimin sayı günü gündən artırılır. Əvvəl tək saxtakarlıq maddəsi ilə dünyavi axtarışa verilmişdim, indi isə həmin axtarışımın üzərinə daha 3 CM-nin maddələri əlavə edilib (http://www.interpol.int/Wanted-Persons/%28wanted_id%29/2012-319499). Maraqlı burasındadır ki, mən ölkədən kənarda ola-ola bu cinayət əməlləri necə günü-gündən artırılır, bu aqresiyanın səbəbini bilmək istərdim. Əgər mənim başqa ölkədə mühaciratda olmağım onları bu qədər qıcıqlandırırsa nəyə görə mənə qarşı bu qədər haqsızlığa yol verilirdi, gördüyünüz kimi hələdə bu haqsızlıqlar davam etdirilir. İndi bu fikirə gəlirəm ki, ölkədə qalmış olsaydım əgər, bu maddələrin sayı birə-beş artırılmış olardı.
Yevlax rayon Prokuroru isə Məzahir Pənahovun doğma qardaşıdır, bunlar hansı havanı çaldırır o da həmin havanı oynayır. Bu Hakimiyyətin bir amalı var, haqqını tələb edəni -əzmək, hüququnu biləni- həbsə atmaq, susdura bilmədikdə isə öldürtmək! Bir çoxlarını artıq öldürdükləri kimi, onların sırasında Ziya Bünyadov, Elmar Hüseynov, Sevinc Babayeva, Afyəddin Cəlilov, Rövşən Cavadov və bu kimi şəxsləri saydıqca qurtarmaq olmur, onlarında belə axırına çıxıblar.
Bunlar bir cinayətkar qrupdur, daha doğrusu mafiyadılar. Qeyri insani davranışla, artıq bütün dünyaya özlərini ifşa ediblər. Heç bir ölkə artıq diktatorluğu qəbul etmir. Gördüyünüz kimi İlham Əliyevi sonuncu qəbul edən dövlət başçısı öz dövlət nümayəndələri tərəfindən tənqid atəşinə tutuldu. Bu o deməkdir ki, bu Cinayətkar Hakimiyyətin axırı yaxınlaşır Allahın köməyi ilə.