Bugün iqtidara yaltaqlanan və ya qorxusundan ölkədə baş verənlər haqqında həqiqəti qələmə almayan, jurnalistlərimiz saysız hesabsızdır və günü gündən də çoxalır. Qəribəsi burdadır ki, hətta hadisələri düzgün qiymətləndirən jurnalistlərdə, mövqeyini dəyişərək, yeni mövqedə yazılar qələmə alıraraq, əqidəli jurnalist adını geridə buraxır.
Belə jurnalistlərdən görən niyə soruşan yoxdur ki, “Ay kişi neçə illər boyunca barmaqlıqlar arsında qalmana və ən yaxın yoldaşını öldürənlər Facebook inqilabı yaratmaq istəyənlərdimi? Yoxsa Almaniyada xalqa işgəncə verən polislər idi? və ya EL hərəkatına yeni bina ayarlayan təşkilat idimi? sən bunların maliyyə mənbəyini maraqlanırsan!
Sənin bu cinayətkar hakimiyyətlə əlbir olaraq, onların mövqeyində çıxış etmək, sənə nə qazandırır? Mənim fikrimcə, sən bu yazılarınla, qazandığın “əqidəli jurnalist” adını itirirsən. Nə qədər gec deyil, yanlış yolunu dəyiş, özünü hörmətdən salma!
Bəlkə də düşünürsən ki, keçmişdə düzgün yolda olmamısan, yanılırsan! Mənim fikrimcə, Elmar Hüseynovun yazılarını davam etdirmək və onun qatillərini ifşa etdirmək, sənin boynunun borcudur!
Hal hazırda sənin kimi sonradan çönmələrə, ancaq bir qiymət vermək olar: yanlış yol olduğunu bilə-bilə, bunu doğru yol kimi xalqa sırayırsan.
Söhbət insanın əqidəsindən gedəndə başqa hər şey – vəzifə, pul, imtiyazlar, hətta insan həyatının özü belə, arxa plana keçir, hətta dəyərini belə itirir!