Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Kürsüyə öyrəşmiş məmurlarımız!

38d00ilham-eliyev-nazirler-kabinetinin-iclasi

Mərkəzi icra hakimiyyəti orqanlarına 10 il rəhbərlik edən, kürsülərinə öyrəşmiş oliqarxların siyahısını Sizlərə təqdim edirəm:

1. Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev  1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədridir. 20 ildir.

2. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov- 1994-cü ildə bu vəzifəyə təyin edilib. Artıq 19 ildir eyni vəzifəni tutur.

3. Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov1994-cü ildən – 19 ildir.

4. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov -19 avqust 1994-cü il tarixli fərmanı ilə bu vəzifəyə təyin edilib. O, 19 ildir gəmiçiliyin başında durur.

5. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev – 1995-ci ilin fevralından Prezident Administrasiyasına rəhbərlik edir. Bu ilin fevral ayında 18 ili tamam oldu.

6. Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev – 1995-ci il fevralın 5-dən Azərbaycanın müdafiə naziridir – düz 18 ildir.

7. Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov 1995-ci ildən Dövlət Gömrük Komitəsinin sədri, 2006-cı ildən isə Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edir. Bir sözlə 18 ildir rəhbər vəzifədədir.

8. Mərkəzi Bankının sədri Elman Rüstəmov- 1995-ci ildən bu sektora rəhbərlik edir- 18 ildir.

9. Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov 1995-2006-cı illərdə bu vəzifədə çalışıb.  2008-ci ildə yenidən  bu vəzifəsinə qaytarılıb.- 16 ildir.

10. Azərbaycan Hava Yolları Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov1996-cı ildən bu posta gətirilib. 17 ildir bu vəzifədə qalır.

prezident-nazirler-kabineti11. Azərbaycan Respublikasının ikinci rəhbər şəxsi – Baş nazir Artur Rasizadə -1996-cı ildən Nazirlər Kabinetinin sədridir. Bu isə o deməkdir ki, 17 ildir bu vəzifədədir.

12. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov -1998-ci ilin 18 noyabr tarixindən bu vəzifəni tutur. Əli Həsənov 15 ildir vəzifə kürsüsünü dəyişmir.

13. Bakı Metropoliteninin rəisi Tağı Əhmədov- 1998-ci ildən həmin vəzifəyə təyin edilib. 15 ildir metro sahəsinin rəhbəridir.

14. Təhsil naziri Misir Mərdanov 1998-ci ildən Azərbaycan Respublikasının təhsil sahəsinə rəhbərlik edir. Misir müəllim düz 15 ildir nazir kürsüsündə əyləşir.

15. Vergilәr naziri Fazil Mәmmәdov 1999-cu ildə bu sahəyə rəhbərlik edir- 14 ildir.

16. Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov – 2000-ci il tarixindən bu vəzifə kürsüsündə əyləşir -13 ildir.

17. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov 2000-ci ildən bu quruma rəhbərlik edir-13 ildir.

18. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə -2000-ci ildən, 13 ildir bu sahəyə rəhbərlik edir.

19. Ədliyyə naziri Fikrət Məmmədov 2000-ci ilin –13-cü ili tamam olacaq.

20. Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev2001-ci ildən, 12 ildir.

21. Bakı şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov -2001-ci ildən, 12 ildir, Bundan əvvəl 1995-ci ildən 2000-ci ilədək Suraxanı rayonunun İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləmişdir, ümumilikdə götürdükdə, 18 ildir icra başçısı vəzifəsindədir.

22. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov2001-ci ildən, 12 ildir.

23. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov2001-ci ildən -12 ili tamam olur.

24. Nəqliyyat naziri Ziya Məmmədov  2002-cı ildən, 11 ildir nazir vəzifəsindədir, Buna kimi AzərbaycanDəmir Yolunun rəhbəri idi.

25. Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 2002-ci ildən,11 ildir.

26. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov 2002-ci ildən, 11 ildir.

27. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev  2003-cü ildən –10 ildir.

28. Milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudovun təyinatı 10-cu ilə keçib.

29. Xarici işlər naziri Elmar Məmmədyarovun təyinatı 10-cu ilə keçib.

30. Kənd təsərrüfatı naziri İsmət Abasovun təyinatı 10-cu ilə keçib.

31. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun təyinatı 10-cu ilə keçib.

32. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin təyinatı-10-cu ilə keçib.

33. Ali Məhkəmənin sədri Ramiz Rzayevin təyinatı  10-cu ilə keçib.

34. Sənaye və energetika naziri Natiq Əliyevin təyinatı 10-cu ilə keçib.

35. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilovun təyinatı 10-cu ilə keçib.

Gördüyünüz kimi cinayətkar hakimiyyətin 35 ən mühim postlarını tutanların stajları- ən azı 9 ildir. Azğın və özlərini yenilməz hesab edən oliqarxlar, tutduqları kürsüləri buraxmaq fikirləri yoxdur. Hər biri tutduğu kürsünü şəxsi ailə biznesinə çevirərək, artıq özünkiləşdiribdir.

58C8474E-FCB7-4733-BA65-781571E835D5

Kürsüyə öyrəşmiş məmurlarımız!” üzərində bir şərh

  1. Hakimiyyetin sonunu isteyen
    03.04.2013

    Bunlar o stola gore ailesini bele satar.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 26.03.2013 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: