Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə Təbrik edirəm!
Bütün dünya azərbaycanlılarınıı qədim və ənənəvi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Novruz bayramı tək şənlənmək və yeyib-içmək üçün bir gün olmamalıdır, hakimiyyət ehtiyaclı ailələrə də bu bayramı keçirtməyə şərait yaradaraq, maddi yardımgöstərməlidir. Lakin hakimiyyət xalqa daha nə qədər zülm edəcəyini və xalqımızın sərvəti olan neftin pıullarına daha neçə villalar alacağını fikirləşir.
Novruz yeni bir günün açılması deməkdir. Bu yeni gündə cinayətkar hakimiyyətdən Qurtuluşumuzu qeyd etməyi arzulayıram.
Növbəti Novruz bayramına kimi bu hakimiyyət tərəfindən zəbt edilmiş Azərbaycan Respublikasının həqiqi azadlığına nail olmağı və düşmənlərimiz tərəfindən işğal olunmuş torpaqlarımızın geri qaytarılmasını qeyd etməyi bizlərə ulu Tanrımız bəxş etsin.