HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Yanvar ayının 13-də Müsavat Partiyasının başqanı İsa Qəmbər, Musavat Partiyasının Lənkəran rayon şöbəsinin yaranmasının 20 illik ildönümü ili ilə əlaqədar tədbirə gedərkən, cinayətkar hakimiyyət tərəfindən əvvəlcədən təşkil olunmuş hücuma məruz qalıb. Mülki geyimli şəxslər tərəfindən başqana hücum edilib, avtomaşınına müvafiq yerlərinə zərər vurulub və eyni zamanda başqanla birgə həmin səfərdə olan şəxslərə qarşı zor tətbiq etməklə, xəsarət yetirilib.
Cinayətkar hakimiyyət İsa bəyə və digər liderlərə belə çirkin kompaniya etməklə, onlara mesaj göndərir və susdurmağa çalışır.
İnanıram ki, belə hadisələr bizim liderləri yolundan döndərmiyəcək və mübarizəni cinayətkar hakimiyyəti məğlub edənə kimi davam etdirəcəklər.