HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Əsgər ölümlərinə etiraz olaraq Facebook istifadəçilərinin Fəvvarələr meydanına təyin etdikləri aksiya saat təxminən 16:00-da başlayıb. Aksiya başlanmasına baxmayaraq polis ənənəvi olaraq aqressivlik nümaiş etdirməyib. Fəvvarələr meydanına minlərlə gənclər, ölən əsgərlərin yaxınları, siyasi partiyaların üzvləri və müstəqil gənclər təşkilatlarının fəalları aksiyada fəal iştirak ediblər.
Burada polisin aksiyaya müdaxilə etməməsinin böyük səbəbi, bu aksiyanın “əsgər ölümləri” ilə bağlı təşkil edilməsidir.Hakimiyyətə məlumdur ki, belə bir aksiyada, xalq polis qarşıdurması ilə qarşılaşardısa, bu böyük rezonansa səbəb olardı və eyni zamanda hakimiyyətin əsgər ölümünü dəstəkləməsi kimi qiymətləndirilə bilərdi.
Bu aksiya başqa şüar altında təşkil edilsəydi, əvvəlki aksiyalarda olduğu kimi aksiya iştirakçıları polis dəyənəkləri ilə qarşılaşasıydılar.
Bu aksianı 2003-cü ildən bəri keçirilən aksiyalardan ən uğurlusu kimi hesab etmək olar.
Bəzi jurnalistlər məqalələrində bu aksiyada müxalifət adı altında fəaliyyət göstərən, iqtidar yönlü partiyaların iştirakını və polisin bu aksiyada iştirak edənlərə müdaxilə etməməsini, bu aksiyanı hakimiyyət tərəfindən təşkil olunduğu kimi qələmə verirlər. Bu yazılanlardan belə nəticəyə gəlmək olar ki, özlərini hakimiyyəti tənqid edən jurnalist kimi göstərmələrinə baxmayaraq hakimiyyət yönlüdülər.
Evvela salam., esgerde olduren zabitde bizim milletdendi. sadece olaraq bu meselelerde islah awagidan bawdiyir. adi saticidan tutmus memura kimi her kes ozunu, etrafini duzetmeye caliwsa VAllahi her wey yaxwi olar. Anlaya bilmirem ki, oz qonwusuna terezide atan vetendaw cixir hakimyetden wikayet edir, ve ya eksine hansisa ruwvet alan saxtakarliqla mewgul olan memur butun gunahi sade vetendawda axtarir. Ve sonunda da bunan xarici quveller “parcala ve hakim ol” pirinsipinen istifade edib eyni olkenin vetendawini bir birine duwmen edir.Baxin gunumuze oz dovletini soyen vetendaw ve onu elinde dubunkayla vuran polis.. Baxsaq Misirde, Surya ve bawqa muselman olkelerinin bawina neler getirdiler..hamsinida bele bawladilar parcalamaga ve sanki eyni senari yazilib., Duzdu hec kim demir olkede her wey qaydasindadi, bawqa olkelerinde prablemi var. Eger prablemsiz bir olke olsaydi oranin adi cennet olardi. Ona gore sebr etmek ve meselelere duzgun yanawmaq, bunan pis olmamasi ucun aldanmamaq lazimdi
Ne qeder ki, senin kimi yaltaq insanlar mövcuddur, ömrü boyu Azərbaycan xalqı əsarət altında yaşayacaq! Sən düşüncəli olanlar inanıram ki, Avropada Amerikada yaşamayıb, əsl insanın necə yaşamasını, xalqla necə münasibət olunmasını, xalqın rifahını, yüksəl sosial vəziyyətini görmədiyiniz üçün bu fikirləri irəli sürürsünüz.
Saxtakarlıq edənlər İlham Əliyevdir ki, Ali qanunumuz olan Konstitusiyanı dəyişdirərək özünə uyğun yazdırıb.
Saxtakar odur ki, seçkiləri saxtalaşdırıb prezident seçilir, milyonlara mandat alveri edir, rüşvətlə qərar qəbul edir, rüşvət alıb əsgər qanını batırır, onlara qarşı çıxanı saxta ittihamlarla həbsə atdırır və sair. İnsanın iradə azadlığına görə saxtakarlığa görə ittiham olunması isə saxtakarlıq deyil, özlərinə məxsus adı başqasına yükləməkdir. Saxtakar onlardıki, qanunsuz sənədlər toplayaraq məni tək saxtakarlıqda deyil eyni zamanda hakimiyyət nümayəndəsinə müqavimətdədə ittiham edirlər.
Yazığım gəlir sənə! Bu cinayətkar hakimiyyətin qulusan!