Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Hətta, rüsvayçılıq sözü də baş verənlərin mahiyyəti, miqyasını tam anlamda ehtiva etməkdə acızdir!

1186
Ziyalılar Forumunun rəhbəri Rüstəm İbrahimbəyovun mətbuata son müsahibəsi bu qurumla bağlı müzakirələri yenidən gündəmə gətirdi. Rüstəm İbrahimbəyovun seçkilərlə bağlı söylədiyi fikirlərdən sonra bu qurumun seçkilərdə öz namizədinin olacağına dair xəbərlər də gündəmə gəlib.  Ziyalılar Forumunun üzvü sabiq millət vəkili Gültəkn Hacıbəyli Moderator.az-a müsahibəsində bununla bağlı suallara cavab verib. – Gültəkin xanım, Rüstəm İbrahimbəyov bu yaxınlarda yeni, güclü bir hərəkatin anonsunu verdi. Bu hərəkatda hətta aparıcı müxalifət partiyalarının üzvlərinin, gənclərin geniş təmsil olunacağını deyərək, bildirdi ki, hərəkatın  gözəl bir türk adı da olacaq.  Bu hərəkatı kimlər yaradır, orada hansı müxaliflər təmsil olunur, hansı gənclər təşkilatları var?
-Mənim bu hərəkat haqqında məlumatım yoxdur. Ona görə də sualınızı cavablandıra bilməyəcəyəm. Mən də bu barədə söhbətləri mediadan oxumuşam.
– Bəs, siz Ziyalılar Forumunun üzvü deyilsiniz, toplantılarına qatılmırsınız?
– Mən Ziyalılar Forumunun üzvüyəm və onun bütün rəsmi toplantılarında iştirak etmişəm. Sadəcə olaraq, Yeni illə əlaqədar Forumun fəaliyyətində müəyyən obyektiv fasilə yaranıb. Yeni ildən sonra hələ yığışmamışıq. Ona görə də məlumatsızam. Yaxşı olardı ki, bu sualları Forumda təşkilatı işlərə rəhbərlik edən Eldar müəllimə ünvanlayasınız.
–  Son günlər mediada Ziyalılar Forumunun öz namizədinin olacağına dair fikirlər yayılmaqdadır. Amma bu qurum yaradılan zaman siyasətdən kənar təşkilat olacağı barədə elen verilmişdi. Nə baş verdi ki, Ziyalılar Forumu seçki prosesinə qoşulur?  
– Ziyalılar Forumu öncədən bəyan edildiyi kimi siyasi təşkilat deyil. Siyasətlə birbaşa məşğul olmur və siyasi hədəfləri, məsələn, hakimiyyətə gəlmək istəyi yoxdur. Əks halda, biz bütün ziyalılara, hətta müxtəlif, bəzən rəqib siyasi partyaların üzvü olan ziyalılarımıza açıq Forum yox, siyasi partiya yaradardıq, proqram qəbul edərdik, liderimizi seçərdik. Göründüyü kimi biz tamamilə fərqli missiyanı həyata keçiririk. Biz hakimiyyət deyil, ədalət uğrunda mübarizə aparırıq. Biz ölkədə azad, ədalətli, şəffaf seçkilərin həyata keçirilməsini təmin edəcək demokratik seçki mühiti uğrunda, həyatın bütün sahələrini əhatə edəcək sistem islahatları uğrunda mübarizə aparırıq. Elşad Abdullayev məşhur videoyayımları ilə Azərbaycan həqiqətlərinə işıq saldı. Faktiki olaraq, qanunverici və məhkəmə hakimiyyətləri öz səlahiyətli nümayəndələrinin dili ilə öz mahiyyətlərini bütün çılpaqlığı ilə ortaya qoydu. Hətta, rüsvayçılıq sözü də baş verənlərin mahiyyəti, miqyasını tam anlamda ehtiva etməkdə acızdir. Nəticədə nə baş verdi? Heç nə. Çünki ölkədə  cəzasızlıq mühiti formalaşdırılıb.  Azərbaycan məhkəmələrinin qəbul etdiyi qərarları artıq Afrika ölkələrində də qəbul etmirlər. Qocaman hakimin, məhkəmə sədrinin dili ilə bu qərarların siyasi sifariş əsasında qəbul edildiyi bir daha təsdiqləndi. Bu ölkədə adı ən ağır korrupsiya cinayətlərində hallanan məmur korrupsiya ilə mübarizəyə rəhbərlik edirlər. Bu parodoksdur. Müəllimin, həkimin 150 manat maaş, təqaüdçünün 100 manat pensiya alması böyük ədalətsizlikdir.  Sahibkarların əmlakını qəsb etmək məqsədlə onların özlərinin, qardaşlarının, digər ailə üzvlərinin oğurlanması, təhdid edilməsi, həyatları müqabilində əmlakdan imtinaya məcbur edilməsi və bu məqsədə çatmaq üçün polis, prokurorluq və məhkəmə orqanlarını alətə çevirmək isə nəinki ədalətsizlik, artıq cinayətdir! Ziyalılar Forumu olaraq bizim missiyamız hər bir vətəndaşa layiqli yaşam haqqı tanıyacaq, hər kəsə öz potensialını reallaşdırmaq üçün ədalətli rəqabət mühiti yaradacaq, cəzasızlıq mühitini aradan götürəcək sistemin yaradılmasına yardımçı olmaqdır və biz öz missiyamıza sadiqik.
– Axı, Ziyalılar Forumunun Eldar Namazovun namizədliyini irəli sürəcəyi deyilir…
–  Biz Ziyalılar Forumunun heç bir toplantısında prezidentliyə namizəd məsələsini müzakirə etməmişik. Bir daha vurğulayıram, nə hörmətli Eldar müəllimlə, nə də digər namizədlərlə bağlı müzakirələrimiz olmayıb. Forumun digər üzvlərinin də, hörmətli Cəmil müəllimin, hörmətli Rafiq müəlimin və başqalarının da dəfələlə bəyan etdiyi kimi, Ziyalılar Forumu bir siyasi qüvvə kimi seçklərdə öz namizədini irəli sürməyəcək.  Ancaq təbii ki, hər bir ziyalının konstitusion hüquqları sırasına seçmək və seçilmək hüququ da daxildir. Ziyalılar Forumu  kiməsə fərdi qaydada öz namizədliyini irəli sürməyi və ya kimisə dəstəkləməyi qadağan edə bilməz, eyni zamanda üzvlərini kiməsə səs verməyə məcbur edə bilməz.  Ziyalılar Forumu azad və ləyaqətli şəxsiyyətlərin ittifaqıdır. Bu Forumda təmsil olunan insanlar millətimizin ən işıqlı ziyalıları, dəyər daşıyıcılarıdır. Onların millətimizin ali maraqları naminə ən düzgün qərarları qəbul edəcəyinə şübhəm yoxdur.  Çünki biz dəyərlər uğrunda mübarizə aparırıq. O dəyərlər uğrunda kı, onların bərqərar olması hətta bu gün bizim üstümüzə çamur atanları da düşdükləri bataqlıqdan xilas edəcək, şərəfli və ləyaqətli həyata qovuşduracaq.

Moderator.az

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 09.01.2013 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: