HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin Volsvagen Passat markalı avtomaşınına aid olan bu dövlət nömrə nişanı QAZ markalı yanacaq daşıyan avtomaşının üzərində olması hər kəsdə maraq doğurar.
Şəki ŞRPŞ nin keçmiş rəisi Azad Məmmədov polis şöbəsinə avtomaşınlar üçün göndərilən benzin kartlarının boşaltmaq üçün bu yoldan istifadə etməklə, benzini satdırıb pulunu mənimsəyirdi.
DİN-nin Daxili Təhqiqat İdarəsinə bu şəklin araşdırılması üçün göndərilməsinə baxmayaraq,bu heç bir nəticə vermədi.
Belə ki, hal hazırda Azad Məmmədov Şabran rayon PŞ-nin rəisidir. Daxili İşlər Naziri Ramil Usubovun təyin etdiyi hər bir rəis bu əməllərlə, polis şöbəsinə (idarələrinə) aid olan avtomaşınların hər birinə aylıq 600 litr benzin kartını bu yolla Azpetrol yanacaq doldurma mərkəzindən götüzdürərək başqa yanacaq doldurma mərkəzlərinə satdırıb, pulunu isə mənimsəyirlər. Polisə aid olan avtomaşınları isə həmin avtomaşının sürücüsü tərəfindən öz vəsaiti hesabına doldurulur. Bundan isə şəxsən Ramil Usubov xəbərdar olmasına baxmayaraq, heç bir tədbir görmür.