Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Elşad Abdullayevdən yeni şok edici açıqlamalar!! YENİLƏNİB

1350878921_elshad-abdullayev-guler-ehmedova

13.02.2013
Səbail rayon Məhkəməsi fevralın 13-ü axşam keçmiş deputat Gülər Əhmədovanın 3 ay müddətə həbs edilməsi barədə qərar çıxarıb.
Respublika Prokurorluğu bildirir ki, keçmiş millət vəkili Gülər Əhmədova barədə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirləndirilən şəxs kimi məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu ittihamlar sübut olunsa, keçmiş millət vəkili, hakim Yeni Azərbaycan Partiyasının fəal üzvlərindən olan Gülər Əhmədova əmlakı müsadirə olunmaqla 7 ildən 12  ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Prokurorluq bildirir ki,  Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar əsasında toplanmış material üzrə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb:

“İstintaqla müəyyən edilib ki, G.Əhmədova külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə 2005-ci ilin oktyabr-noyabr aylarında tanışı Sevinc Babayeva ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə sonuncunun vasitəsi ilə Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş E.Abdullayevlə görüşərək ona qarşı olan etibarından sui-istifadə etməklə E.Abdullayevə deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib aldadaraq 1.000.000 (bir milyon) ABŞ dollarını ələ keçirməklə dələduzluq edib.”

Prokurorluq rəsmi məlumatında qeyd edir ki, Gülər Əhmədova həmçinin S.Babayevanın haqqında başqasının əmlakını mənimsəmə ittihamı ilə cinayət işi olduğunu bilə-bilə keçən il sentyabrın 26-da onun Azərbaycandan Türkiyəyə yola salıb. Belə ki, Respublika Prokurorluğuna görə Gülər Əhmədova 2007-ci ilin mayın  vətəndaş Namiq Əliyev və başqalarının etibarından sui-istifadə etməklə dələduzluq yolu ilə külli miqdarda özgə əmlaklarını ələ keçirmə ittihamı S.Babayevaya qarşı cinayət işi açıldığını bilirmiş.

Gülər Əhmədovanın məhkəmə prosesi zamanı Səbail rayon Məhkəməsinin önüGülər Əhmədovanın məhkəmə prosesi zamanı Səbail rayon Məhkəməsinin önü

​​Buna baxmayaraq, millət vəkili başqa adamın adıyla S.Babayevanı Azərbaycandan kənara çıxarıb: “Şəxsi münasibətlərinə görə 26 sentyabr 2012-ci il tarixdə onu Bakı Hava Limanından İstanbula yola salmışdır. Qabaqcadan aralarında olan razılaşmaya əsasən tanışı – Türkiyə Respublikasının vətəndaşı Selcuk Ağlayan onun xahişinə əsasən S.Babayevanı qarşılayaraq İstanbulda Meryem Solmaz adı ilə 26 dekabr 2012-ci il tarixə kimi qeyri-leqal yaşamasını təşkil edib. Həmin müddətdə onun Türkiyə Respublikasında yaşamasını maliyyələşdirməklə S.Babayevanın tutulmasına aktiv mane olub qabaqcadan vəd etmədən ağır cinayəti gizlədib” – deyə rəsmi məlumatda bildirilir.

03.01.2013
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin tektoru Elşad Abdullayev yeni və əvvəlkilərdən daha kəskin ittihamlarla çıxış edib. Onun yaydığı növbəti məlumatları təqdim edirəm:

Mənim huquq ofisimdə 2006-cı  il tarixində, sonuncu görüşümdə  kecmiş deputat Gülər Əhmədova və Sevinc Babayeva ilə  Gülər Əhmədovadan verdiyim pulu geri tələb etdim . Bu zamamn Gülər Əhmədova  AR Prezident İcra Aparatının müdiri Ramiz Mehdiyevə vermiş oldugu pulları geri qaytarmaq əvəzinə məni kücə qadınlarının jarqonları ilə söyərk üstümə gəldi, təhdid edib qorxutmaga cəhd etdi, mənə qarşı xuliqanliq etməyə başladı və mənə bildirdi ki, Siz mənə hec bir şey edə bilməzsiniz, mənim arxamda Ramiz Mehdiyev dayanıb. Mən onun bu təhdidlərindən cəkinmədən onun üstünə yeridim. Bu zaman Gülər Əhmədova əlimdən sivişib öz maşınına minib hadisə yerindən qacdı.

Gülərin bu bu özbaşınalıgı məni narahat etdi, buna görə də PİA-in müdiri Ramiz Mehdiyevlə görüşmək ücün qardaşı “Qurd qapısı” restoranın müdiri Mayis Mehdiyevə mənə məxsus mobil telefonumdan zəng etdim, o da mənim telefonuma cavab verdi və məni xalq arasında Ramiz Mehdiyevin restoranı kimi tanınan “Qurd qapısı” restoranına dəvət etdi. Biz görüşdük…

Mən yaranmış vəziyyətlə əlaqədar Mayis Mehdiyevə iş otagında her şeyi danışdım, bildirdim ki, Ramiz Mehdiyevlə görüşmək istəyirəm. Mayis Mehdiyev bildirdi ki, dediklərini sübut edə bilərsənmi … !!! ??? Mən Ramiz Mehdiyevin “Gülərqeyt” video görüntülərinin bir sürətini də Mayis Mehdiyevə  verdim. Mayis Mehdiyev video-görüntülərə baxdıqdan sonra əsəbləşdi, daha cox ona əsəbləşirdi ki, Sevinc Babayeva video-görüntülərdə deyir ki, get Mayisə de ki, Gülər Əhmədova sənin qardaşın Ramiz Mehdiyevlə gəzir. Bundan sonra, Mayis Mehdiyev mənə söz verdi ki, narahat olma, Sizə köməklik edəcəyəm.

Təəcüb doguran odur ki, bu zaman AR Prezident İcra Aparatının müdiri Ramiz Mehdiyev  şəxsən qardaşı Mayis Mehdiyevin  mobil telefonuna zəng edərək birbaşa məndən  sikayət, təhdid  etməyə başladı… Ramiz Mehdiyev Mayis Mehdiyevə bildirdi ki,  yanındakı Elşad Abdullayevə deynən ki, Gülər Əhmədovadan əl cəksin, elə etməsin ki ABU-ya Korrupsiya Kommissiyası göndərim, onu basdırım həbsə, reketlik etməsin …

Mayis Mehdiyev   Ramiz Mehdiyevə bildirdi ki, düz danışmırsan, mən, Sizin “Gülərqeytin” bütün video görüntülərinə baxmışam, videoda Gülər Əhmədova deyir ki, Elşad müəllimdən alınan pulları vermişık Ramiz Mehdiyevə, burada Elşad Abdullayev reketlik etmir, kişinin işini düzəltməmisiniz pulunu da geri qaytarmaq lazımdır, bircə bu qalmışdı, ayıbdır axı, belə hoqqalar bizə yaraşan ış deyildir, kişinin pulunu qaytar … !!! Bu zaman mən başa düşdüm ki, Ramiz Mehdiyev məni mobil texnikanın köməkliyi ilə izlədir və qulaq asdırır, cünki, haradan bilərdi ki mən qardaşı Mayis Mehdiyevin yanındayam, onun özbaşınalıgından şikayət edirəm … !!! ???

Maraq doguran məqamlardan biri də  Ramiz Mehdiyev danışandan 10-15 dəqiqə sonra Ramiz Mehdiyevin qızı Kəmalə Mehdiyeva ( Gülər Əhmədovanın BDU-dakı kafedra müdiri)  Mayis Mediyevin mobil telefonuna zəng acaraq mənim eşidə bildiyim dərəcədə bildirdi ki, Mayis əmi … !!!  yanındakı Elşad Abdullayevə deynən ki, Gülər Əhmədovadan əl cəksin, yoxsa vəziyyəti agır olacaq, reketlik etməsin , məni təhdid etməyə başladı… !!!  Cavabında Mayis Mehdiyev bildirdi ki, Kəmalə nə ücün Sən belə işlərə qarışırsan, Elşad müəllim  reketcilik eitmir, pulunu qaytarmaq lazımdır, mən videolara baxmışam, Gülər Əhmədova Elşad müəllimin pullarını Ramiz Mehdiyevə verib, qaytarmaq lazımdır, mən saqqal agartmışam xalqdan ayıbdır… !!! Bu sohbətlərdən 2-3 həftə sonra RamizMehdiyevin tapşırıgı ilə Baş Prokurorluqdan Nazir Quliyev və digərləri gəlib ABU-da qeyri-dövlət təhsil müəssisəsində korrupsiyaya qarşı mübarizə adı altında yoxlama aparırdılar… Məlumdur ki, müasir dünya qanunvericiliyinə görə korrupsiya yalniz dövlət müəssisələrinə şamil edilir . Həmin vaxt ABU-da bu tədbirin aparılmasını başa düşülən deyildi.

Mayis Mehdiyevlə söhbətimizin nəticəsi olaraq, səhərəsi günü Binəqədi rayon İcra Hakimiyyətinin başcısı Alı Qocayev mən zəng edib bildirdi ki, axşam saat 18:00-da lX mikrarayonda “Lalə” restoranın həyətində mənim köməkcimdən pullarını gəl geri götür. Mən Ali Qocayevin səsindən şübhələndim və özümlə hazırıqlı bir idmancı da götürdüm. Ali Qocayevin dediyi yerdə məni onun həmişə qəbul otagında oturan qalustuklu köməkcisi əlində mənim verdiyim pul comadanı və beş nəfərdə idman paltarında saqqallı idmancı gəlmişdir. Ali Qocayevin köməkcisi mənə pul comadanını verib tez qacıb icraa hakimiyyətinin maşınında oturdu, bu zaman saqqallı idmancılar mənə hücüm etdilər və yenidən pul comadanını məndən geri almaq istədilər, mən özümü qorumaq məcburiyyətində qaldim, mənim hazırliqlı idmancım işə qarışanda saqqallı idmancılar qaçmalı oldular. Biz isə maşına gəlib comadanı acdıq, Binəqədi rayon  İcra Hakimiyyətinin başcısı Alı Qocayev comadanın icinə pul yerinə kagız parcaları qoymuşdur. Biz başa düşdük ki saqqalli idmançılar pulu alıb qacdıqdan sonra, Alı Qocayev mən nə edə bilərəm ki, mən  Sizin pulunuzu verdim, Siz saxlaya bilmədiniz, ogurlatdınız… Biz bu özbaşınalıqdan əsəbləşərək hadisə yerindən birbaşa AR PİA müdiri Ramiz Mehdiyevin qardaşı Mayis Mehdiyevin “Qurd qapısı” restoranına gəldik. Mən kagız parcaları qoyulmuş pul comadanını Mayis Mehdiyevə göstərib ondan tələb etdim ki, əgər Ramiz Mehdiyev bu oyunbazlıgına son qoymazsa onun cinayətlərindən şikayət edəcəyəm, mətbuat konfransı kecirəcirib bütün dünyanın jurnalistlərinə məlumat verəcəyəm.  Səhərisi günü, Mayis Mehdiyev bir daha Novxanı Bag evində Ramiz Mehdiyevin arvadı Qalina Yuryevnaya  olduqca sərt qaydada şikayət etdi.

Bundan sonra, həmin vaxt, günün birinci yarısı AR Təhsil Nazirliyinin İdarə müdri İlham Pirməmmədov məni təcili yanına dəvət edib bildirdi ki, başa düşmürəm nədir, Binəqədi rayon İcra Hakimiyyətinin Başcısı Alı Qocayev mənim yerlimdi, qohmumdu. Sizə bir comadan pul göndəribdir , say götür, Sizə catacaqdır. Mən, İlham Pirməmmədovun iş otagında pulları sayaraq təhvil aldım, 500 min dolardan bir min 500 dollar əksik gəldiyini İlham Pirməmmədova bildirib , Ramiz Mehdiyevə verilmiş pulun 500 min $-nı  geri aldım. Qeyd etmək istəyirəm ki, mənə qarşı bütün cinayətlərin başında  AR PİA-in müdiri Ramiz Mehdiyev dayanır, bu qədər vəzifəli adadmları yalnız inzibati amirlik-komanda metodu ilə, o, göndərə bilərdi.

Bu arzu olunmaz olaylar bir daha təsdiq edir ki, , Sevinc Babayevanın bütün danışıqlarında səmimidir, hec bir günahı yoxdur, pullar Ramiz Mehdiyevə catdırılıbdır, (Allah ona rəhmət etsin … !!!)  Dünən, 02 yanvar 2013-ci il tarixində Sevinc Babayevanın oglu Ayxan Məmmədovun KİV-lərinə verdiyi bəyanatında anasının ölmündə Gülər Əhmədovanın günahkar olması haqqında təkzibolunmaz sübutlarla bəyanat vermişdir. Gülər Əhmədovaya himayədarlıq Ramiz Mehdiyev tərəfindən edilir, belə   zəhərləyici  maddələridə yalnız xüsusi xidmət orqanlarında ola bilər, həmin gec təsirli öldürücü dərmanlar yalnız Ramiz Mehdiyevin icazəsi ilə verilə bilər. Nəzərə alsaq ki Gülər Əhmədova KQB-də Adam Ogurlugu Kommissiyasinin üzvüdür, Ramiz Mehdiyevə məxsus Karetə Fedarasiyasına bilavasitə rəhbərlik edir, bir qadinin karetəyə başcılıq etməsi də təəccüblüdür. Gülər Əhmədova hələ də oyanmayıb Ramiz Mehdiyevin əməllərini açıb ictimaiyyətə göstərmək əvəzinə hələ də Elshad Abdullayevi ittiham edir. Bu gedişlə o, rəhmətlik Sevincin gününə qalmasa yaxşıdır. Unutmasın ki, o, artıq yeganə, həlledici şahiddir. Onu aradan götürməklə hər şeyə nöqtə qoyula bilər.

Maraqlıdır ki, Azərbaycanda adam ogurlugu ilə məşgul olan mütəşəkkil cinayəkar təşkilat Mahir Abdullayevin ogurluq cinayətində arzuolunmaz bütün şahidləri fiziki cəhətdən Sevinc Babayevanın diaqnozu ilə aradan götürüb. Belə ki, qardaşım , MTN-in zabiti Mahir Abdullayevin tapılıb geri qaytarılması AR Daxili İşlər Nazirinin l müavini  general-mayor Zahid Dünyamalıyevə tapşırılmışdır. Zahid Dünyamalıyev tələb edirdi ki, Mahirin pulunu almısınız geri qaytarmalısınız, bu isə Ramiz Mehdiyevi qane eymirdi, nəticədə, Ramiz Mehdiyev qanlı cinayətlərini gizlətmək məqsədi ilə 10 avqust 2009-cu il tarixində  Zahid Dünyamalıyev də Sevinc Babayevanın diaqnozu ilə fiziki cəhətdən aradan götürdü. Həmin günü, AR Dİ Naziri Ramil Usubov  xatirəsi həmişə bütün hüquqşünaslar ücün əziz olan hörmətli general -mayor Zahi Dünyamalıyev haqqinda rüsvayedici bəyanat vermişdr. Hətta belə təcrübəli generalımız Zahid Dünyamalıyev də Ramiz Mehdiyevin özbaşnalgının qurbanı oldu… !!!

Arzu Kazımov da tələb edirdi ki Mahirin pulunu almısınız geri qaytarmaq lazımdır, buna görə də həbs olundu. Ramiz Mehdiyev isə iki orta məktəb tikintisi ücün 10 milyon da yenidən tələb edirdi. Mənimlə Arzu Kazımov və DİN-in l müavini Zahid Dünyamalıyev arasında  vasitəcilik edən Rövşanə Əliyevanın bu günki drumu Sevinc Babayevanın durumu ilə eynidir, vaxtında etiraf etməsə eyni aqibət də Rövşanə Əliyevanı gözləyir.

Qardaşım Eldəniz Abdullayev də idmancı adam idi,  Ramiz Mehdiyevin “Qurd qapısı” restoranında yeyib icdikdən  bir gün sonra ölümcül hala düşdü, Ankara 29 mayis xəstəxansinda təcili yardımdan sonra xoş təsadüf nəticəsində həyatda qaldı, lakin, nəticədə, sol tərəfi qurudu, lal oldu , hazırda danışa bilmir, l qrup əlil oldu, normal əmək qabiliyyətini itirmişdi. Sevic Babayeva da Gülər Əhmədova ilə yeyib –icdikdən sonra ogluna demişdir ki, məni Gülər zəhərlədi.

Mahir Abdullayevin ogurluq işində mügənni Mətanət İsgəndərli ilə Mahir arasında əsas şahid olan mügəni Mətanət İsgəndərlinin sürücüsü,köməkcisi, bibisi oglu Teymurda iki il öncə Sevinc Babayevanın diaqnozu ilə dünyasını dəyişmişdir. Mahirin ogurlanması mügənni Mətanət İsgəndərlinin evində baş verimişdir. Əgər mügənli Mətanət İsgəndərli bu gün gəlib MİK-na etiraf etməsə, Mahirin ogurlanmasının əsas şahidi kimi fiziki cəhətdən Azərbaycanda adam ogurlugu ilə məşgul olan mütəşəkkil təşkilat tərəfindən aradan götürüləcəkdir.

Video görüntülərdə ki, Şəmistan-_Nüşabə cütlüyündəki  jurnalist Nüşabə Aqaşova (Balakənli) də buraxdıgı səhvə görə bu özbaşnalıqlarin Sevinc Babayeva sayagı qurbandır. Yaxud, AR Prezidenti İlham Əliyevin Mühafizə Xidmətinin rəisi Bəylər Əyyubovun adından vasitəcilik edən Mirzoyeva Nüşabə  də tapılmır… ??? Nüşabə vasitəciliyi  Bəylər Əyyubovun müavini Səftərin yeznəsi  PMX-in əməkdaşı Ələsgərlə birlikdə aparırdı. Bu vasitəcilər hələ bu günə qədər başa düşə bilməyiblər ki,  Ramiz Mehdiyev  şahid sevmir.

Bu cinayətlər xüsusi qəddarliqla edilir, görəsən azərbaycan xalqına qarşı bu qəddarliq fəlsəfəsi Ramiz Mehdiyevə haradandır … !!!  ??? Ramiz Mehdiyevin etdiyi bütün cinayətlər  “dövlət sirri” hesab edilir. Belə ki, akademik Ziya Bünyadov, akademik Fərəməz Maqsudov, Parlament sədrinin müavini Əfyəddin Cəlilov, general Şəmsi Rəhimov, polkovnik Fətulla Hüseynov, kecmiş BŞ meri Rafael Allahverdiyev, general Rail Rzayev, jurnalist Elmar Hüseynov , Rafiq Tagı və s-in qətilləri bu qəbildən olan “istintaq sirləridir”. Hamısıda eyni usul və metodlarla edilmişdir, onların da qohum-əqrəbəsi eyni faciələri yaşamışlar, abir-həyalarıni itirmişlər. Bütün istintaqcılar həqiqət nöqtəsinə catdıqda deyirlər ki, buradan “dövlət sirri” başlayır. Müstəntiqləri Azərbaycanda adam ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatın üstünə deyil, zərərcəkmişin üstünə yönəldirlər, onları təhdid edib susdururlar ki, Ramiz Mehdiyevin  qəddarlıq fəlsəfəsi – cinayətləri görünməsin.

Bu gün Mahir Abdullayevin işi ilə baglı AR Prezidentinin sərəncamı ilə 04 oktyabr 2012 il tarixində Baş Prokurorluq  yanında yaradılmış  Müstəqil İstintaq Komissiyasinın fəaliyyətinə  AR PİA-in müdiri bilavasitə Ramiz Mehdiyev tutdugu vəzifəsindən sui-istifadə edərək manecilik törədir, MİK-nı azərbaycanda adam ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatın üstünə yönəltmək əvəzinə zərərcəkmişin üzərinə göndərir . Bu gün  qardaşım MTN-in zabiti Mahir Abdullayevin ogurluq işində  əsas şahidlərin – Sevinc Babayevanın və digər  şahidlərin aciq-aşkar eyni metodlarla qətlə yetirilməsinə  görə cinayət məsuliyyətini Azərbaycanın  PİA-in müdiri Ramiz Mehdiyev, “şanlı” HMO-ları, Baş Prokuror və MİK daşıyır. Onun yerində, həqiqətən, müstəqil təfəkkürlü hüququşünaslardan və mütəxəsis-ekspertlərdən ibarət   Baş Prokurorluga tabe olmayan Müstəqil İstintaq Komissiyasi yaradılmalıdır.

İmza:     huquq professoru Elşad Abdullayev

                                                                                      Fransa, 02. l. 2013

Mənbə: azpolitika.info

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 03.01.2013 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: