Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Sevinc Babayevanın oğlu: anamı Gülər öldürdü

picture157761“O bilirdi ki, mənim anam yeganə şahiddi. Amma mən də hər şeyi bilirəm! Anamın əlyazmalarının hamısı türk polisindədir»

“Deyirdi , narahat olma, Ramiz Mehdiyevlə danışmışam, hər şey yaxşı olacaq, Bakıya gəlib rahat yaşayacaqsan»

Azərbaycan parlamentində deputat yerlərinin satışı üzrə işdə vacib şahid olan Sevinc Babayevanın müəmmalı ölümü ilə bağlı onun oğlu Ayxan Məmmədovdan AZPOLITIKA.info-ya sensasion məktub daxil olub.
Məktubda yazılıb:

“Mən, Məmmədov Ayxan Eldar oğlu, sizə yazıb bildirmək istəyirəm ki, mənim anamın – Babayeva Sevinc Telman qızının ölumünün səbəbkarı Gülər Əhmədovadır!
Hələ yay ayları idi. Anam evə gəldi, halı çox pisləşmisdi. Evdə qusdu. Mənə dedi ki, Gülərlə həmin gün görüşüblər, gedib bir yerdə çorək yeyiblər. Sonra da bildirdi ki, Elşadla ovaxtkı söhbətin videosu yayılacaq. Anama dedim ki, sən heç nədən narahat olma, sənlik heç nə yoxdu, pulu kim yeyib, qoy o da narahat olsun. Anamla Gülər neçə il idi danışmırdılar. O söhbətə görə Gülərlə düşmən olmuşdu. Səhəri gün anamın halı daha da pisləşdi, anam dedi ki, Gülər mənə zəhər verib. Sentyabrın 25-də gecə anam mənə zəng vurdu, dedi ki, gəl, “Domsovet”ə – Gülər Əhmədovanın yanına. Çox həyəcanlı səslə danışırdı. Dedim, ana, gəl evə, mən də evə gedirəm, orada danışaq. Evə gələndə anam dedi ki, Elşad Abdullayevin söhbəti ilə bağlı Gülər ona təklif edib ki, 3 günlük Türkiyəyə get, səni orda mənim adamlarım qarşılayacaqlar. Anama dedim ki, inanma, o aldadır səni, amma qulaq asmadı. Gülər Əhmədova sadəcə bu oyunda vaxt qazandı”.

Daha sonra Ayxan Məmmədov məktubunda yazır: “Dəfələrlə Gülərə zəng vurub, dedim ki, anamı geri gətizdir, necə ki, göndərmisən. Anamı orda Gülər Əhmədovanın adamları qarşılamışdı – Səlcuq adlı bir şəxs. Mən özüm noyabrın 10-da xalamla birlikdə anamın yanına getmişdim, bizi hava limanında Gülərin adamları qarşıladı. Anam orda çox pis vəziyyətdə idi. Ona yalvardım ki, gəl, geri qayıdaq, Gülər səni qurban vermək istəyir. Gülər anamla bu nömrəylə danışdı: 051-993-36-36. Gülər ona dedi ki, Sevinc, gəlmə, sənə «stop» qoyublar. Beləcə anamı qorxuzdu. O bilirdi ki, mənim anam yeganə şahiddi. Amma mən də hər şeyi bilirəm! Anamın əlyazmaları var, Türkiyədə olarkən mən onları oxudum. 3 vərəq yazı idi, hamısı türk polisindədir».

Ayxan-hazir

Qeyd edək ki, Ayxan Məmmədovun adından bu məktub redaksiyyamıza daxil olandan sonra məktubda göstərilmiş nömrə ilə əlaqə saxladıq. Ayxan Məmmədov məktubun ona məxsus olduğunu təsdiqləyərək, əlavə məlumatlar da verdi.
Ayxan Məmmədovun sözlərinə görə, Bakıda anasının vəziyyəti pisləşəndən sonra onu aparmadığı xəstəxana, həkim qalmayıb. Amma heç kim anasının səhhətində qəfildən yaranmış, qusma və başağrısı ilə müşaiyyət olunan xəstəliyin səbəbini izah edə bilməyib:
«Əvvəlcə «Tusi» klinikasına getdik, sonra apardıq «Semaşko»ya, orda bir gün qaldı. Həkimlər nə olduğunu müəyyənləşdirə bilmədilər. Dedilər, aparın Diaqnostika Mərkəzinə. Müxtəlif analizlər verdik, həkimlər xeyli məsləhətləşəndən sonra məni çağırıb dedilər ki, nə olduğunu başa düşə bilmirik. “Neftçilər” xəstəxanasında da həkimlərdən eyni cavabı aldıq. “Gömrük” xəstəxanasında da çarə tapılmadı…»
A.Məmmədovun sözlərinə görə, Sevinc Babayeva Türkiyədə də həkimə gedib, amma vəziyyət pisləşdiyindən, səhhəti ikinci plana keçib: «Mən Bakıya qayıtdım ki, nəsə satım pulunu Türkiyəyə aparım. Çünki onu Gülər Əhmədova özü yollamasına baxmayaraq, anama kömək etmirdi. Elə deyirdi ki, Sevinc, sən əsas şahidsən, bura gəlsən, məni tuta bilərlər. Deyirdi , narahat olma, Ramiz Mehdiyevlə danışmışam, hər şey yaxşı olacaq, Bakıya gəlib rahat yaşayacaqsan.»

Ayxan Məmmədov deyir ki, hələ xeyli əvvəl özü prokurorluğa gedib, anasını Gülər Əhmədovanın qaçırdığını bildirib. Amma Prokurorluqda onun söylədiklərinə əhəmiyyət verməyiblər. Heç Sevinc Babayevanın vəfatından sonra da Ayxan Məmmədov prokurorluğa çağırılmayıb, heç bir ifadə verməyib: «Türkiyə prokurorluğuna isə ifadə vermişəm”.

Ayxan Məmmədovdan Türkiyədə Məhkəmə Tibbi Ekspertizasının rəyinin necə olduğunu da soruşduq və o, bu rəyin, təxminən, bir ay-ay yarım müddətə hazır olacağını söylədi: “Heç məni bu rəy o qədər də maraqlandırmır. Çünki bizimkilər gedib o rəyi dəyişdirə bilərlər. Anam öz diliylə mənə deyib ki, onu Gülər zəhərləyib! Gülər anama deyirdi ki, Sevinc, səni tutsalar, bunu özümə bağışlaya bilmərəm. O isə deyirdi ki, başa düşmürəm, məni niyə tutmalıdırlar? Gülər bilirdi ki, anamın çox ömrü qalmayıb… Dekabrın 26-da mən Türkiyəyə gedirdim, hiss etmişdim ki, nəsə olub. Aeroportdan məni buraxmadılar, dedilər ki, “stop” siqnalı verilib. Prokurorluqdan səbəbini soruşdum, dedilər ki, gəl, danışaq. Az sonra da Türkiyədən xəbər aldım ki, anam rəhmətə gedib. İndi də bilmirəm ki, məni ölkədən niyə buraxmırdılar, maraqları nə idi?!”

A.Məmmədov sonda bunları dedi: «Mən heç vaxt anamın qanını yerdə qoymayacağam. Kim olursa olsun, onunla baş-başa gəlməyə hazıram. Gülər məni yetim qoydu…».
A.Məmmədov indiyədək susmasının səbəbini isə başının anasının dəfn mərasiminə qarışmasıyla izah edib.
Qeyd edək ki, bu ittihamlara Gülər Əhmədovanın münasibətini öyrənmək istəsək də, cəhdlərimiz nəticə vermir. Onun telefonu qapalıdır. Ümid edirik ki, Gülər Əhmədova ünvanına səslənən bu ağır ittihamlara cavab verəcək.

Azpolitika.info

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 01.01.2013 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: