Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Cinayətkar hakimiyyətin yaşaması üçün daha neçə insanlar öldürüləcək?

kkkFəaliyyəti dayandırılmış ABU-nin rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videoda əsas vasitəçi rolunu oynayan Sevinc Babayeva Türkiyədə öldü(rülüb). Bu hadisə ilə bağlı E.Abdullayev yeni açıqlamalar edib. Bu açıqlamalarında yeni faktlar üzə çıxarır.

O öz yeni açıqlamasında bildirir ki, bu qətlə görə məsuliyyət Azərbaycan Respublikasının baş prokuroru və Baş Prokurorluğun tabeliyində yaradılmış Müstəqil Istintaq Komissiyasının üzərindədir. 9 ildir ki, oğurlanan qardaşı ilə bağlı cinayətin nə icraçılarını, nə də ki, sifarişçilərini Müstəqil Istintaq Komissiyası cinayət məsuliyyətinə cəlb etməyib. Əksinə, mənim və ailəmin üstünə gedir ki, məni susdursun, əsas cinayətkarları gizlətsin.

Müstəqil Istintaq Komissiyasının normal fəaliyyətinə maneçilik törədənlərdən biri də Ramiz Mehdiyevdir.

Qardaşımın itkin düşməyinin 6 ili tamam olduqdan sonra mən Arzu Kazımovdan tələb etmişəm ki, ya vəd etdiyi kimi, Mahiri gətirib versin, ya da Mahirin geri qaytarılması üçün müvafiq adamlara çatdırmaq adıyla məndən notarius qaydasında aldığı pulları geri qaytarsın. Arzu Kazımov da cavabında bildirdi ki, Mahirin qaytarılmasını istəyirəmsə, hələ iki orta məktəb də tikdirməliyəm ki, bu da 10 milyona başa gələcək. Mən bu məktəbləri tikdirib Ramiz Mehdiyevə təhvil verməliydim. Arzu beləcə də dedi ki, əks təqdirdə Mahiri görməyəcəksən…

Mən çıxılmaz durumda qaldığımdan, əvvəlki şikayətlərimdən fərqli olaraq, konkret adlar çəkməklə 25 yanvar 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti Ilham Əliyevə şikayət etdim. O şikayətdə qardaşımın geri qaytarılması üçün məndən pul alan Arzu Kazımovla bağlı məsələ də öz əksini tapmışdı. Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar şəbəkə bundan qəzəblənərək, “sirrin açılmasının səbəbkarı” kimi Daxili işlər nazirinin keçmiş müavini, general-laytenant Zahid Dünyamalıyevi gördülər. Çünki daxili işlər naziri Ramil Usubov vaxtilə Mahirin tapılmasıyla bağlı cinayətin araşdırılmasını Zahid Dünyamalıyevə tapşırmışdı.

2009-cu il avqustun 9-da daxili işlər naziri Ramil Usubovun iş otağına dəvət edildim. Nazirlə aramızda gərgin söhbət bir xeyli davam etdi. Son nəticə də bu oldu ki, ertəsi gün Zahid Dünyamalıyev dünyasını dəyişdi…

Daxili işlər naziri Ramil Usubov da Zahid Dünyamalıyevin ölümü ilə bağlı belə bir bəyanat verdi. Xəbəri olduğu kimi təqdim edirəm:

“Azərbaycan daxili işlər naziri Ramil Usubovun sabiq birinci müavini, polis generalı Zahid Dünyamalıyev vəfat edib. Səhhəti ağır olan Z.Dünyamalıyev avqustun 10-da Bakıda Mərkəzi Klinik Xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Z.Dünyamalıyev Hacı Məmmədov olaylarından sonra 2005-ci ilin martında təqaüdə göndərilmişdi. O zaman mətbuat da bu iki hadisəni bir-biri ilə əlaqələndirirdi. Amma 2005-ci ildə sentyabr ayının 22-də Daxili Işlər Nazirliyinin inzibati binasında Daxili işlər naziri general-polkovnik Ramil Usubov Kütləvi Informasiya vasitələri üçün keçirdiyi mətbuat konfransında “Zahid Dünyamalıyev uzun illər rəhbər vəzifələrdə çalışan, yüksək professionallığa malik işçi idi. Son 11 ildə nazir olduğum dövrdə bir müavin kimi mənə çox yaxından kömək edirdi. Zahid Dünyamalıyev özü raport verərək bildirdi ki, narahatdır, mənəvi əzab çəkir ki, necə olub bunu görməyib. Yəni Zahid Dünyamalıyevin daxili işlər orqanlarından təqaüdə getməsi məhz bu səbəbdəndir. Amma o, ləyaqətli insan, general, rəhbər işçi kimi həmişə bizim sıralarımızdadır”.

Hazırda Baş Prokurorluğun tabeliyində fəaliyyət göstərən Müstəqil Istintaq Komissiyası cəmi bir neçə ay əvvəl yaradılsa da, istəsə, bu ölüm işini də araşdırıb gerçəyi üzə çıxara bilər. Bu günə qədər Qarabağda bir generalımız həlak olmayıb, amma siyasi və şəxsi məqsədlər üçün bir neçə generalımız qurban verilib. Konkret Zahid Dünyamalıyevə gəlincə, o, bildirirdi ki, pulu almısınız, Mahiri geri qaytarın!..

Bu gün həbsdə olan Arzu Kazımov sevinir ki, dəmir barmaqlıqlar arxasında olması onun yaşamaq qarantıdır. Arzu Kazımovun özü də aldığı pulun müqabilində Mahir Abdullayevin geri qaytarılmasını tələb edirdi. Ona görə də onu həbsə atdılar ki, bu sirrin üstü açılmasın.

Arzu Kazımov özünü IV idarənin əməkdaşı kimi təqdim edirdi. Özünə və ailə üzvlərinə məxsus bahalı onlarla minik avtomobilinin dövlət nömrə nişanlarında başlanğıc rəqəmlərin hamısının 006 olması da bunu deməyə əsas verir ki, o, sıradan bir şəxs olmayıb…

Keçmiş deputat Gülər Əhmədova həbsdə olmalıdır. Nə qədər ki, azadlıqdadır, Gülər Əhmədova da Sevinc Babayevanın aqibətilə üzləşməkdən sığortalanmayıb. Gülər Əhmədovanın “ağzımı açdırmayın” bəyanatının kökündə onun Mahir Abdullayevin oğurlaması məsələsini yaxşı bilməsi dayanır. Məlumdur ki, mafiya şahidləri sevmir və bir qayda olaraq, arzuolunmaz şahidləri aradan götürür. Bu gün keçmiş deputat Gülər Əhmədova da bir çoxları üçün arzuolunmaz şahiddir və bu mənada onun da həyatı təhlükədədir.

Məndə olan, lakin hələlik yaymadığım video-görüntülərdə Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar şəbəkənin başqa vasitəçiləri də var. Məsələn, onlardan Nüşabə, Şəmistan cütlüyünün adını çəkə bilərəm. Bu cütlükdən jurnalist Nüşabəni 2004-cü ildə sıradan çıxarıblar, indiyə qədər də harada olduğu haqda məlumat yoxdur.

Video-görüntülərin analizi təsdiq edir ki, adını çəkdiyim şəxs Prezident Ilham Əliyevin mühafizəçisi, general Bəylər Əyyubovun adından vasitəçilik edən Mirzəyeva Nüşabədir. Onun mənimlə apardığı danışıqların da xüsusi araşdırmaya ehtiyacı var.

Bir daha qeyd etmək istəyirəm ki, bu cinayətlərin üstünün indiyə qədər açılmamasının günahkarı Respublika Baş Prokurorluğu, eləcə də Müstəqil Istintaq Komissiyasıdır. Əgər adlarını çəkdiyim bu qurumlar Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar şəbəkəyə havadarlıq etməsəydi, cinayətlərin üstünü açmaqda israrlı olsaydı, daha təhlükəli cinayətlər baş verməzdi!

Elşad Abdullayev günahkar bildiyi Ramiz Mehdiyev, Ramil Usubov, Zahid Dünyamalıyev, Arzu Kazımov və digərləri himayədardılarsa bəs bu hadisələr ictimayətə bəlli olduqdan sonra bunlara himayədarlığı kim edir? Ramiz Mehdiyev və Ramil Usubov hər biri bu cinayətkar hakimiyyətin ayrılmaz bir hissəsidir. Çünki bu çirkin əməllərdə İlham Əliyevində qiyabidə olsa iştirakı var. İştirakı olmasaydı bu ictimayələşməmiş onlar barədə ölçü götürmüşdür.

Cinayətkar hakimiyyətin yaşaması üçün daha neçə insanlar öldürüləcək?” üzərində bir şərh

  1. Elshad Abdullayev
    20.09.2014

    Elshad Abdullayev:
    Bu ağır dövləti cinyətlərin başcısı Ramiz Mehdiyevdir. Fikir verin…!!! Prezident İlham Əliyevin yaxın qohumunu Beynəlxalq Bankın prezidentinin arvdını-Zamirə Hacıyevanı DİNaziri Ramil Usubovun göstəroşlə qanlı banda başcısı Hacı Məmmədov oğurladı. Bu fakt ğörə İlham Əliyev Azərbaycanın Hüquq Mühafizə Orqanlarına deyil TC Baş Jandarmeriyasının Baş Gərargah(JBG) rəisi Ramazan Ər müraciət etdi. TC Jandarmeriyasının Baş Qərargah rəisi bir həftə müddətində Hacı Məmmədovu həbs etdi və bu cinayətin bilavasitə rəhbəri Ramiz Mehdiyevi ifşa etdi. 08.09.2007 il tarixində Qanlı banda başcısı Hacı Məmmədov məhkəmədə şok acıqlamalar verərək bildirdiki, Zamirə Şirəli qızı Hacıyevanın oğurlanmasıda siyasi sifarişdir.
    TC JBG rəisi Ramazan Ər ğünahsız yerə qətlə yetirilmiş 198 adamın cəsədini Qara Bulaq qəbirstanlığından cıxardı. Növbəti qətlə yetirilmiş qəbirləri acmağa mane oldular, bu zaman, Prezident İlham Əliyev Ramiz Mehdiyevin təhdidləri nəticəsində TC JBG rəis Ramzan Ərdən tələb etdiki istintaqı dayandırsın, qalan hissəni rusiya aparacaqdır. Bununlada İlham Əliyev bir prezident kimi bilə-bilə ağır dövləti cinayət etmişdir. O, cinayəti ört-basdır etdi, bilə-bilə cinayəti gizlətdi. Buna görədə İlham Əliyev bir dövlət başcısı kimi kütləvi surətdə zorakılıqla insanları izsiz-tozsuz yox edən dövlət orqanları icərisində uzun müddətdə fəaliyyət göstərən ali vəzifəli şəxslərdən ibarət olan mütəçəkkil cinayətkar təşkilatı bilavasitə ört-basdır etdiyinə görə ağır cinayət məsuliyyəti daşımalıdır…

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 30.12.2012 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: