Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Yenidən Ramil Usubovun qəzəbinə tuş gəldim!!! YENILƏNIB

IMG_20130403_16420303.04.2013

Yenidən Ramil Usubovun qəzəbinə tuş gəldim!!! Daha 2 maddə artırıldı.

  “Ramil Usubovun ailə biznesi ilə bağlı” adlı məqaləsini və karikaturasını bloqumda yerləşdirdiyimdən, İnterpolun rəsmi saytında cinayətlərimin sayı günü gündən artırılır. Əvvəl tək saxtakarlıq maddəsi ilə dünyavi axtarışa verilmişdim, indi isə həmin axtarışımın üzərinə daha 3 CM-nin maddələri əlavə edilib (http://www.interpol.int/Wanted-Persons/%28wanted_id%29/2012-319499). Maraqlı burasındadır ki, mən ölkədən kənarda ola-ola bu cinayət əməlləri necə günü-gündən artırılır? Kimsə mənim yerimə Azərbaycanda cinayət törədir?

2013-05-07 130909     Mənə qarşı olan bu aqresiyanın səbəbini bilmək istərdim. Əgər  mənim başqa ölkədə mühaciratda olmağım onları bu qədər qıcıqlandırırsa nəyə görə mənə qarşı bu qədər haqsızlığa yol verilirdi, gördüyünüz kimi  hələdə bu haqsızlıqlar davam etdirilir. İndi bu fikirə gəlirəm ki, ölkədə qalmış olsaydım əgər, bu maddələrin sayı birə-beş artırılmış olardı.

Yevlax rayon Prokuroru isə  Məzahir Pənahovun doğma qardaşıdır, bunlar hansı havanı çaldırır o da həmin havanı oynayır. Bu Hakimiyyətin bir amalı var, haqqını tələb edəni -əzmək, hüququnu biləni- həbsə atmaq, susdura bilmədikdə isə öldürtmək! Bir çoxlarını artıq öldürtdükləri kimi, onların sırasında Ziya Bünyadov, Elmar Hüseynov, Sevinc Babayeva, Afyəddin Cəlilov, Rövşən Cavadov və qeyriləri, bu kimi şəxsləri saydıqca qurtarmaq olmur, onlarında belə axırına çıxıblar.

Bunlar bir cinayətkar qrupdur, daha doğrusu mafiyadır. Qeyri insani davranışla, artıq bütün dünyaya özlərini ifşa ediblər. Heç bir ölkə artıq diktatorluğu qəbul etmir. Gördüyünüz kimi İlham Əliyevi sonuncu qəbul edən dövlət başçısı öz dövlət nümayəndələri tərəfindən tənqid atəşinə tutuldu. Bu o deməkdir ki, bu Cinayətkar Hakimiyyətin axırı yaxınlaşır Allahın köməyi ilə.

P1000176

25.12.2012

Ramil Usubovun “radarına düşdüm”!!!! İnterpolda saxtakarlıqla axtarışa verildim!

http://www.interpol.int/Wanted-Persons/(wanted_id)/2012-319499
Saxta ittihamla irəli sürdükləri “saxtakarlıq” maddəsi ilə interpolun axtarışına verildim!

Bloqumda bu hakimiyyət, xüsusəndə Ramil Usubovun cinayətkar olması barədə yazdığım məqalələrə görə məni ölkəyə qaytarmaq məqsədi ilə interpola axtarışa

qeyd etdirib!

Yenidən Ramil Usubovun qəzəbinə tuş gəldim!!! YENILƏNIB” üzərində 2 şərh

  1. Mehman
    14.01.2013

    Ramil usubov bu gün zəng eləmişəm polis şöbəsinə mənim şikayətimə baxan olmadı polis əməkdaşının danışıgına baxıram ki siz ramil usubov mənim açotumu aparırsınız deyirmisiniz mənə dövlət pensiya verir dövlət mənə oka maşını verib dövlət mənə ev verib ramil sənə mən aldıgım pensiyanı arzulayıram sənin əziz balana 1-ci qrup əlil pensiyası arzulayıram sən ramili əlil pesiyası umuduna qalasan balan əlil pensiyasını umuduna qalsın sənin balana əlil OKA maşını arzulayıram Allah sənin başına gətirsin sənə barısı çart-çart polu çökmüş qapıları qırıq şüşələri qırıq əlil evi verilməsini arzulayıram sənin əziz balana arzulayıram əlil evini sən ramil mənim açotumu aparmasan o sözləri polisə örgətməsən şərəfsiz namusunu ilhama satan polis o sözləri mənə dyə bilməz…sən deyəsən çaşmısan bakıda 20 yanav qırgınından bir gün sonra rusuya sənə paqon verdiyini unutmusan deyəsən sən elə bilirsən bunu xalq bilmir ….Allah sənə min nəhlət eləsin BAVALM sənin boynuna …
    21-12-2012..
    —————————————————————————————————————————-
    bu gün mənə sən Ramil usbovun gösədrişiylə göndərilmiş bir məktub gəldi Bəylər Abbasovun adından məktubda sənin özün kimi saxda məktubda yazılmayıbki 1-ci qrup Qarabag müharibəsi əlili sözü yazılmayıb zəng elədim şöybəyə heç Tər-tər polis şöbəsində heç səni adam yerinə qoyanda yoxdur… əgər səni sayan varsa rəyis gələcək mənim evimə mənimlə görüşəcək mənim şikayətimə baxacaq sən ramil adam ogrususan bəlkə bunuda inkar edəsən..sən mənim qanım bahasına qorudugum torpagın üzərində yaşayırsan haram olsun o torpaq sənə — sən Ramil mənim səngərdə durdugum 1 dəqiqənin haqını verə bilmərsən əgər mənim səngərdəki 1 dəqiqəmin haqını qaytara bilməsən sənin ölünə min nəhlət ….22-12-2012..
    ——————————————————————————————————————————
    salam ramilin radarına düşən qrdaşım mən yuxarıda yazdıgım məktubları ramilə göndərmişəm .
    məktubu oxu gör ramil kimdir..

  2. Elshad abdullayev
    05.03.2015

    Əliyev rejiminin köckün-mühacirləri.

    Bizim tələbəmiz, Avropada yaşayan Tural Məhərrəmov ədalətsiz olaraq əliyev rejiminin köckünüdür. Tural İbrahimov Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxudugu illərdə bizim ən cox fəxr etdiyimiz tələbəmiz olmuşdur. O, BDU-da işləyə-işləyə qiyabi təhsil almasına baxmayaraq hüquq fakültəsini fərqlənmə dplomu ilə ugurla başa vurmuşdur, bir qayda olaraq hüquq fakültəsinin qiyabi tələbəsi qırmızı diplpma layiq görülmür. Daxili İşlər Nazirliyində işlədiyi müddətdə xalq arasında bıyük nüfuza sahib olmuşdur, imkansız ailələrin, qacqın və köckünlərin arxası idi, öz işində müntəzəm olaraq qanunculuq və vətəndaş cəmiyyətinin prinsiplərini əsas götürürdü, onu hamıdanda tələb edirdi, onun nüfuzunun get-gedə atrtdlgına və polisin yuxarı təbəqəsinin mütəşkkil cinayətkar təşkilatla əlbir oldugun u ifşa etdiyinə görədə DİN rəhbərliyi onu şərləyib polis orqanlarından uzaqlaşdırdı.
    Hazırda, Almaniyada 300 min, Fransada 170 min azərbaycanlı və digər Avropa dövlətlərinin hər birində orta hesabla 20 – 80 min qeyrətli azərbaycan vətəndaşı qeyri-legitim rejimin zorakılıqlarından canını qurtararaq Avropanın rəsmi orqanlardan sığınacaq haqqı alıbdır , onlarında hərəsinin yanında 5-7 nəfər qohum-əqrabasını nəzərə alsaq böyük miqdarda azərbaycanlıların Azərbaycandan mövcud qeyri-leğitim, hakimiyyətin feudal özbaşınalığından və zülümündən məcburi köc etməsinin sayına görə əliyev rejiminin köckünləri dünyada köckünlərin xüsusi cəkisinə görə birinci beşlikdə yer alır.
    Avropada yaşayan azərbaycanlılar Tural Məhərrəmovun qeyri-legitim rejim tərəfindən İNTERPOLA verilməsini qanunsuz siyasi sifariş, fabrikovat edilmiş cinayət hesab edir. O, social şəbəkələrdə fəal iştirak edir, “Ədalətsizliklə mübarizədə internet qəzetin təsiscisi və baş redaktorudur”. Eyni zamanda, Avropa Azərbaycanlılarının Milli Birlik Şurasının üzvü kimi azərbaycan xalqının tale –yüklü problemlərinn həllində fəal iştirak edir. Bu axtarış ona görə də qanunsuz hesab edilirki Tural Məhərrəmov hec kimdən qacıb gizlənməyibdir və ona görədə hüquqi bgımdan kriminal rejimin axtarış tələbi veridiyi andan qanunsuz hesab edilir.

    İmza: AAMBŞ M sədri, hüquq professoru Elşad Abdullayev
    Franca, Paris, 05.03.2015

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 25.12.2012 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: