Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Polis gücünə yaşayan rejim!

Əliyevçi komanda ölkədə işğal rejimi quraraq ölkənin yeraltı-yerüstü var-dövlətinə təkbaşına yiyələnib. Bu korrupsioner komanda Azərbaycanı işğal zonasına çevirib, buradakı qanunlar da işğal qanunlarıdır. Belə ki, qanunları insanların yaşayış tərzinə uyğunlaşdırmırlar, insanların yaşayış tərzini özlərindən icad etdikləri qanunlara uyğunlaşdırırlar.

İlham Əliyev və onun komandası ölkədəki müxalifləri düşmən gözündə görür, müxalifətlə yalnız polis kobudluğu ilə «söhbətlər apararkən»dünya mətbuatına və rəsmilərinə “mədəniyyətlərin dialoqundan” danışırlar. Rüşvəti, korrupsiyanı, oğurluğu, soyğunçuluğu, polis vəhşiliyini etdirən şəxs hansı “mədəniyyətlərin dialoqundan”danışa bilər?

Özləri xalqın 1 nömrəli düşməni ola-ola gəncləri hansısa düşmən güclərə bağlayır, onları hansısa düşmənlərin qızışdırdığından danışırlar. 18 illik hakimiyyətiniz boyunca bu xalqa, ayrıca olaraq gənclərə nə vermisiniz, neyləmisiniz? Bir kəlmədə ondan danışın. Azərbaycan gəncliyi polis kobudluğundan, rüşvətlə vəzifəyə təyinat almaqdan, təziqlərdən başqa sizlərdən heçnə görməyib.

Mitinq qorxusundan Ilham Əliyev adi piket edənlərə qarşıda, Ramil Usubova qansız polis rəhbərlərini işə salması göstərişini verir.

Avropa ölkələrində polis insanların başlıca güvənc yerlərindən biridir, insanlar gərəkən yerdə polisə güvənir, polisdən yardım umur. Polis qanunçuluğun qarantına çevrilməklə insanların güvəncinə çevrilir, sayğı qazanır.

Azərbaycanda isə Əliyevlərin diktatura rejimi qurulandan və Ramil Usubov kimi cinayətkar dəstəyə rəhbərlik edən şəxsi polisin başına gətirildikdən bəri polis xalqın düşməninə çevrilib. Polisin daha doğrusu R.Usubovun köməyi ilə Əliyevlər rüşvəti, korrupsiyanı, oğurluğu, soyğunçuluğu dövlət siyasətinə çeviriblər. Prezident Administrasiyası, vergilər, gömrük, təhsil, səhiyyə və polis xalqı soyur. Xalq isə qorxur,dözür və susur.

İlham Əliyev polisin gücünə bu rejimi yaşatdığından, büdcənində çox faizini hüquq mühafizə orqanlarına ayırır.

Ramil Usubovun təyin etdiyi rəislərin 90%i savadsız və danışığını bilməyən olmalarına baxmayaraq ona canla-başla sadiqdilər.

3 rayon polis şöbəsində işləməyimə baxmayaraq çox rayon polis şöbələrinin əməkdaşları ilə münasibətim var idi. Aşağıda sadaladığım rəislər mənim şəxsən tanıdıqlarımdır, tanımadığım rəislər isə bunlardan artıq olmamalarına əminəm.

  1. Tovuz RPŞ-nin rəisi Vaqif İsmayılov savadsız,qanunlardan bixəbər, nazirlik hansı havanı çalır o havanı oynayan, ümumiyyətlə həyatda heç bir məqsədi olmayan, əqidəsiz bir insandır. Onun müavini Zəfər Zeynalov qarşısına çıxanı döyən, ağzının danışığını bilməyən,savadsız biridir.
  1. Şabran RPŞ-nin rəisi Azad Məmmədov kobud, söyüşkən, özündən tez çıxan, vətəndaşlara acımasızca işgəncə verən, ailəsini və şərəfini pula və eyni zamanda vəzifəsinə qurban edəcək birisidir. Ləqəbini “eşşək azad” deyərlər.
  2. Yevlax RPŞ-nin rəisi Natiq Məşədiyev özünü çox bilmiş bilən, ancaq qanunlardan bixəbər, ətrafındakıların sözü ilə durub oturan, qorxaq birisidir. Onun müavini Natiq Həsənov özünü tərifləməyi sevən, kobud,ağzının danışığını bilməyən, qanunlardan bixəbər, müxalifətə qarşı qəddarcasına polisləri yönləndirənlərdəndir.

Bunların yeganə məqsədi hansı yolla olursa olsun İlham Əliyevin yolunda yüzlərlə insanların həyatını tələf etməkdə varsa, bu rejimi qorumaqdır.

Polisin fəaliyyətinin əsas istiqamətləri ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər xətaların qarşısının alınması və açılması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsidir. Lakin buna baxmayaraq həmin savadsız rəislər polisləri müxalifət üzvlərini və dinlə məşğul olanları daimi nəzarətdə saxlamağa, proflatik söhbətlər aparmağa istiqamətləndirirlər.

Hətta elə bir vəziyyətə gəlib çıxıb ki, beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana təhkim olunan xarici ölkənin polis zabitinidə rüşvət almağı öyrədiblər. Belə ki, mən polisdə işlədiyim müddətdə hər rüb zərfdə pul və bahalı kostyum hədiyəsi rəhbərlik tərəfindən alınaraq, Mingəçevir ŞPŞ-nin binasında yer ayrılan turk polis zabitinə aparılırdı. Burada bu atalar sözü yada düşür: “Atı atın yanına bağlasan həmrəng olmasada həmxasiyyət olar”.

Polis gücünə yaşayan rejim!” üzərində 3 şərh

  1. Mehman
    23.11.2012

    salam ramil usubov təzə vidyoya görə sizi təbrik edirəm elə bilirdiniz xalqa qarşı etdiyiniz cinayətlərin üsdü açılmayacaq mən agır seyid nəvəsiyəm sən məni yandırmısan Allah səni yandırsın səni o vəzifədə saxlayanın ölüsünə min nəhlət elə vəziyət yaranacaqki sən özünü öz şəxsi silahınla atacaqsan Allha and olsun sən özünü atandan sonra bilrsəndə ilham əliyev sənin arxana neçə lapet qoşacaq səni görüm elə vəziyətə düşsənki sənin cənazəndən sənin əzizlərin imtina eləsin səni kamxozda dəfin eləməyəcək Allah sənə min nəhlət eləsin ….yadda saxlaki söz insan üçündür… lakin sən insanlıq nə olanşeydir bilmirsən…..sən mənim qorudugum torpagın üzərində yaşayırsan haram olsun o torpaq sənə ramil usubov BAVALIM sənin boynuna…..
    ———————————————————————————————————————————————————
    mən bu məktubu ramil usubovun özünə gəndərmişəm … ramilin şərəfsiz mənəviyatsız özünün səviyəsində olan polisi məni ailəvi yerlə sürüdü yoldaşımın ürəyi getdi erməniləşmiş polis dediki qoy ölsün invalid bacımı polis yerlə sürüdü mənim üş körpə qız balam azgınlaşmış polisin ayaqları altında qaldı mənim üç qız balamın aglaması səsi fəryadı Allahaın yanına çatırdı… polis bizi ailəvi yerlə sürüyəndə bun bütün teıeviziya kanallarının apaerorları jurnaisdləri bu səhnəyə baxırdı bu bütün Tət-tər məmurlarının və bütün Tər-tər xalqının gözü qarşısında olubdur bizi yerlə sürüyən polisin hər birinə 6 min manat azn pul verdilər.. qlsa yazımki mən deputatın qəbuluna düşmk isləyirdim və keçmiş deputat Aynur rəyis Nofəl keçmiş icra başçısı Vidadi isayev deyiblərki bizim arxamızda prezident ilham əliyev dayanıb Qarabag əlili Mehman bizə nə edə bilərki …

  2. Asif
    27.12.2012

    salam.bunun baresinde mende videoda var bunu nece yerlewdirek ??? http://barsamsuites.com/video.php?id=12

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 13.11.2012 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: