HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Elşad Abdullayev təqdim etdiyi videoda 7-ci idarənin əməkdaşı açıq aşkar BMCMİ-nin cinayətkar yuvası olmasını və günlərlə insanları qanunsuz həmin idarənin əməkdaşları tərəfindən saxlanılmasını və sonradan yoxa çıxmalarını ifşa edir. Həmin müddətlərdə həmin (hop-stopla insanlari aparan) idarəyə rəhbərlik edən Vilayət Eyvazov idi, indi isə həmin şəxs Ramil Usubovun müavini vəzifəsində işləyir.
Belə çıxır ki, DİN-də vəzifədə irəli çəkilmək üçün cinayətkar olmaq lazımdır və ya hər hansı yuxarı vəzifəli şəxslərdən birinin yaxın qohumu.
Ramil Usubovun özünün hər 2 oğlu polis polkovnikləri olmaqla DİO-da mühim vəzifələrdən birini tutublar, qaynı Nüsrət Şirinov general-mayor olmaqla DİN-nin Baş Katiblik İdarəsinin rəisi, qardaşı oğlu polis polkovnik-leytenantı Hikmət Usubov 16-cı polis bölməsinin rəisi vəzifələrini tutublar. Kürəkəni Kamran Xankişiyev Robert Əyyubov tərəfindən tapanca ilə atılanadək, polis mayoru olmaqla DİO-da mühim postlardan birini tuturdu.
Daxili İşlər Nazirliyini rəsmi internet səhifəsindəndə ( http://mia.gov.az/index.php?/az/content/299/ ) görünür ki, nazirin 1-ci müavini V.Eyvazov Polis Akademiyasının məzunu olduqdan (2000-ci il) yəni ilkin zabit rütbəsi (fərqlənmə diplomu ilə məzun olunduğundan polis baş leytenantı) verildiyi müddətdən 4 il sonra (2004-cü ildə) general-mayor, bu rütbədən 2 il sonra (2006-cı il) isə general-leytenant rütbəsinə layiq görülüb. Bu dünya tarixində görünməyən bir hadisədir! Hansı xidmətlərinə görə V.Eyvazov ilkin ali təhsil aldıqdan 4 il sonra general-mayor, 6 il sonra isə general-leytenant ali rütbələrə layiq görülüb və eyni zamanda Daxili İşlər Nazirinin 1-ci müavini vəzifəsinə təyin edilibdir? 2003-cü ilin oktyabr ayının 18-də qara maskalılarla mitinqə çıxan insanlara divan tutduğuna və eyni zamanda əlində odlu silahla atəşlər atdığına görəmi?
Rusca buna “BARDAK” deyirlər.