Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

G.Əhmədova olayına iqtidarın gülünc reaksiyası

Hakimiyyət utanc hissi keçirməkdənsə, cinayəti ört-basdır etməyə çalışır.

Son günlər YAP-çı millət vəkili Gülər Əhmədovanın korrupsiya faktı ilə bağlı video qalmaqalı ölkədə ciddi müzakirə obyektinə çevrilib. Baş verənlərlə bağlı hakimiyyətdəki vəzifəli şəxslərin hadisəyə reaksiyası və eyni zamanda ictimayyətdəki müqaisələrin, rəylərin bir-birinə zidd olması bir daha onu subut edir ki, iqtidar bu hadəsəni olmamış kimi dəyərləndirməyə çalışır.

Həmin video Azərbaycan Respublikasının parlamentarizmin formalaşma mexanizminin, rüşvət və yüksək vəzifəli şəxslərin iradəsi əsasında təşkil edildiyini, birmənalı şəkildə ortaya qoydu. Azərbaycanda yayımlanan telekanallar bütünlüklə iqtidar yönlü olduğundan, ictimayətə videodakı G.Əhmədovanın rüşvət faktını kiçildərək, E.Abdullayevin həmin məbləğdə pulu hardan əldə etməsi faktının üzərində dayanıb, ictimayətin fikir dairəsini başqa yönə yönəltməyə çalışırlar.

Prokurorluq ilk günlərdə elan etdiyi Azərbaycan Respublikası CPM-nin 207-ci maddəsini (kütləvi informasiya vasitələrində yayılmış cinayət əməli haqqında informasiyaların araşdırılması prosesi)qanunvericiliyindən anlayışı olmayanlar, cinayət işi başlama kimi qəbul etmişdilər. İqtidarın bugünə kimi hakimiyyəti necə idarəetməsi hər birimizə məlumdur, adi bir videogörüntü ilə günahsız neçə insanları cinayət məsuliyyətinə cəlb edərək (özləri qeyd etdiyi kimi “qanunsuz çəkiliş nəticəsində”)uzun müddətə həbs edilmələrinə nail olmuşlar. Özlərinə sərf edən videomateriallarda, G.Əhmədovanın videomaterialı kimi ciddi şəkildə araşdırmaya hakimiyyət ehtiyac duymayıb, dərhal cinayət faktı kimi qəbul edib və cinayət işi başlanılıb. Bu olayda isə özlərinində adları hallandığından, mənliyini satan əqidəsiz jurnalistlərdən istifadə edərək , cəmiyyətdə buna başqa yöndə münasibət yaratmağa çalışırlar.

Mətbuatın və beynəlxalq təşkilatların təziqlərini görən hakimiyyət yanlış töfsiflə yəni Azərbaycan Respublikası CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlamışdır. Lakin bu fakt üzrə, yüksək məbləğdə rüşvət alma kimi töfsif edilərək, cinayət işi başlamalı idi. Bu faktı “maskirovka” edərək ictimayyətdən, eyni zamanda kimlərisə məsuliyyətdən yayındırmaq məqsədi ilə dələduzluq maddəsi ilə töfsif ediblər. Belə ki, bu fakt rüşvət alma kimi töfsif edilsəydi, Gülər Əhmədovanın “krışasıda” bu fakt üzrə cinayət məsuliyyətinə cəlb edilməli idi. Belə ki, G.Əhmədovanın birbaşa kimisə deputat seçdirmək gücünə malik olmaması hər birimizə məlumdur. Bu olayıda, 2005-ci ildəki “Qara kəmər” adlandırdıqları olayda “baş rolda” olanları ört-basdır etdikləri kimi bu hadisisənidə ört-basdır edəcəklər.

Mərkəzi Seçki Komissiyasının 04.10.2012-ci il tarixli qərarı ilə Gülər Mikayıl qızı Əhmədovanın deputat mandatından məhrum edilibdir. G.Əhmədovanı başqa cür cəzalandırmasalar təəcüblənməyin.

Hakimiyyət “şustrayaklarının” G.Əhmədova olayı ilə bağlı gülünc müsahibələrindən “epizodlar”:

 Əli Həsənov:

Müxalifət dairələri, belə halları axtaran insanlar ondan hakimiyyətə, prezident İlham Əliyevin komandasına qarşı istifadə etməyə çalışırlar. Dəridən-qabıqdan çıxaraq bunu etmək istəyirlər, bütün imkanlarını, intellektlərini, ətraflarını, ixtiyarlarında olan KİV-ləri, beynəlxalq və daxili əlaqələrini işə salaraq bundan hakimiyyətə qarşı istifadə etməyə cəhd edirlər. Bu, antidövlət, antimillət mahiyyəti kəsb etsə də, bundan hakimiyyətə qarşı istifadə etmək istəyirlər. İki-üç gündür, biz bunu mətbuatdan müşahidə edirik. Hakimiyyət üçün bu məsələ prinsipcə adi, gündəlik hadisələrdən biridir. Çünki bütün dövrlərdə, bütün hakimiyyətlərdə Elşad Abdullayev kimi müxtəlif əyri yollarla sərvət toplamaq istəyən və bəzən buna nəsib olan insanlar olub. Belə əyri yollarla topladıqları sərvəti kimlərinsə vasitəsi ilə özünə mənsəb qazanmaq, hansısa hakimiyyət strukturunda təmsil olunmaq istəyiblər. Bunların puluna sahib çıxıb, ona şərik olmaq, o puldan müəyyən qədər ələ keçirmək istəyən insanlar da olub. Bu insanlar da zaman-zaman ifşa edilib, cəzalarını alıblar. Azərbaycan cəmiyyətində keçmişdə də belə hallar olub, bu gün də var, gələcəkdə də olacaq. Kim hesab edirsə ki, Azərbaycanda 9 milyon yarım əhalinin bütün hərəkətinə İlham Əliyevin komandası cavabdehdir, bu səhvdir.

 Zakir Qaralov:

Heç bir siyasi qüvvə Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı yayılmış videoçəkilişlə bağlı açılan cinayət işinin materiallarını siyasiləşdirməməlidir. Cinayət işi birbaşa prezident İlham Əliyevin nəzarəti altındadır. Bu cinayət işini siyasiləşdirmək olmaz”, deyə o qeyd edib.

Elşad Abdullayev Gülər Əhmədova ilə üzləşdirilməlidir. Bu cinayət işi ilə bağlı bir çox suallar var və suallardan biri də odur ki, nəyə görə Abdullayev 7 il ərzində bu görüntüləri özündə saxlayıb. Yalnız ölkəni tərk edəndən sonra onları ictimailəşdirməyə başlayıb. Əgər o, korrupsiya ilə mübarizə aparan şəxs idisə, deputatlığa namizədliyini irəli sürən dövrdə ona edilən təklif barədə hüquq-mühafizə orqanlarına müraciət etməli idi. Nə həmin dövrdə, nə də sonra bununla bağlı müraciət etməyib

2010-cu ildə ABU-nun tabeçiliyindəki klinikada orqan transplantasiyası ilə bağlı 10 fakt müəyyən olunub. Həmin cinayət işi bu gün Ukrayna məhkəmələrində yekunlaşmaq üzrədir. Klinikanın rəhbəri Dilarə İsmayılova məlumat verir ki, bütün bu hərəkətləri Elşad Abdullayevin şəxsi göstərişləri ilə həyata keçirib və transplantasiya nəticəsində əldə etdikləri 100 min ABŞ dollarını Abdullayevə çatdırıb.

Elşad Abdullayev gəlib bu suallara cavab verməlidir.

Beynəlxalq Universitetdə oxuyan tələbələr və valideynləri diplomlarla bağlı prokurorluğa müraciətlər edib. Düşünürük ki, videoların indi yayılması, Abdullayevin guya korrupsiya ilə mübarizə aparması və xarici ölkədə sığınacaq almaq məqsədi daşıyır. O bilməlidir ki, hamı qanun qarşısında bərabərdir və hər kəs törətdiyi cinayətə görə məsuliyyətə cəlb olunacaq.

Ramiz Mehdiyev (əsərin qəhrəmanı):

Səsləndirilən fikirlərə yalnız onu əlavə edə bilərəm ki, bəhs olunan görüşdə mənim adımın təkidlə hallandırılması cəhdi kiminsə tərəfindən düşünülmüş ciddi təxribatdır. Məqsəd də ondan ibarətdir ki, hakimiyyət nümayəndələrini belə çirkin əməllərə bulayıb nüfuzdan salsınlar. Qeyd etməliyəm ki, belə cəhdlər müstəqillik dövründə dəfələrlə olub, lakin əsası olmadığı üçün baş tutmayıb və bu tipli təxribatçılar öz məqsədlərinə nail ola bilməyiblər. Hazırkı olay da heç bir nəticə verməyəcəkdir.

İnamla deyə bilərəm ki, Prezident Administrasiyasının nümayəndələrinin belə çirkin olaylarla heç bir əlaqəsi yoxdur və ola da bilməz. Elşad Abdullayevin deputat seçilməməsi və onun rektoru olduğu Beynəlxalq Universitetin qanuni əsaslarla bağlanması faktı da fikirlərimi bir daha təsdiq edir.

O ki qaldı, ortada canfəşanlıq edən dələduzlara, Elşad Abdullayevin və onun kimilərin açdığı bazara – bu, onların öz problemləridir. Belə dələduzlar həmişə olub, bu gün də vardır. Onlar uçun ən inandırıcı yol, əlbəttə ki, vəzifəli insanların adını hallandırmaq və istifadə etməkdir. Belələri gec-tez hər zaman ifşa olunub və qanun qarşısında məsuliyyətə cəlb ediliblər. Bundan sonra da kimliyindən asılı olmayaraq belələrinə heç bir güzəşt olmayacaq.

Bir soruşan yoxdur ki, Gülər Əhmədova kimdir ki, millət vəkilini seçir? Ramiz Mehdiyev isə gülünc müsahibəsi ilə özünü “sudan quru çıxırmış” hesab edir.

Bu hakimiyyət korrupsiya üzərində qurulduğundan, korrupsiya bunlar üçün cinayət sayılmır,adi gündəlik hall kimi qəbul edilir. Bu “şustryakların” müsahibələrindəndə məlum olurki, İlham Əliyevin bu olaydan 2005-ci ildən xəbərdardır, ona görədə keçiblər hədə qorxuya. İtdən soruşurlar ki, niyə hürürsən? deyir qorxuzuram! deyirlər quyruğun niyə əsir? deyir: özümdə qorxuram. Hal-hazırda hakimiyyət bu itin vəziyyətindədir.

İndidə iqtidar ənənəvi gülünc taktikasına başlayıb, belə ki, 03 oktyabr tarixində günorta saatlarında Elşad Abdullayevə məxsus evin sökülməsinə cəhd göstəriblər. Abdullayevin evdə olan ailə üzvləri söküntünün kimlərin göstərişi ilə aparıldığı ilə maraqlanarkən, söküntü aparanlar, onlara yuxarıdan tapşırıq verildiyini deyiblər.

Həmin tarixdə Bakı şəhər prokurorluğunun əməkdaşları, Daxili qoşunların əsgərləri Elşad Abdullayevin qayınatası Hüseyn Əhmədova məxsus, sabiq millət vəkili Gülər Əhmədova ilə bağlı gizli çəkiliş aparılan ofisdə yenidən axtarış aparıblar.

Bir sözlə bu hakimiyyət, qarşısına çıxanı acımıyacağı və öz çirkin əməllərini gizlətmək üçün hər bir “maskaya” girməyə hazırdır!.

Bu hakimiyyət deyil, bu bir cinayətkar mafiyadır!!!!

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 04.10.2012 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: