Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Görün dövlətimizi kimlər və hansı yollarla idarə edir!!!

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev Milli Məclisin deputatı Gülər Əhmədova və Sevinc Babayeva ilə keçmiş iş otağında gedən söhbətlər mətbuata təqdim etdiyi videoyazıda öz əksini tapmışdır. Söhbətin məzmunundan belə çıxır ki, E.Abdullayev deputat seçilməsi üçün G.Əhmədova və Seva adlı bir qadınla ondan istənilən pulun məbləği barədə mübahisələr aparırlar. Orada E.Abdullayevin 500-ün Seva vasitəsi ilə verməsini bildirir, ancaq qarşı tərəf yəni G.Əhmədova həmin rəqəmin dəyişməsini bildirərək, məbləğin bir olmasını deyir. Burada Seva həmin 500ün alınmasını təsdiqləyir. Gülər Əhmədova da öz növbəsində məbləğin 1 olmalı olduğunu deyir. Bu video 25.09.2012-ci il tarixdə mətbuat vasitəsi ilə yayılmışdır.

Bu videonu izləyəndə məlum olur ki, bu video montaj edilməyib və orada deputat olmaq üçün 500.000 və 1.000.000 pul məbləği, 500 və 1 rəqəmləri kimi səsləndirilir.

Bugün Sevinc Babayeva Elşad Abdullayevə qarşı video yayımlayıb, Gülər Əhmədova isə şantaj etməyə başlayıb. Azadlıq.info-nun yaydığı məlumata görə G.Əhmədova E.Abdullayev rəhbərlik etdiyi universitetdə baş verənlərlə bağlı ona kifayət qədər müraciət edənlərin, onda çoxlu sayda belə materialların olduğunu bilir, bu səbəbdən də qisas alır.

G.Əhmədovanın sözlərinə görə, o, eyni situasiyanı sabiq səhiyyə naziri Əli İnsanovun həbsindən sonra da yaşayıb: “Əli İnsanov həbs olunandan sonra Elşad Abdullayev məni 3 dəfə məhkəməyə verib. O bilirdi ki, mən 2002-ci ildə uşaq alveri ilə bağlı məsələ qaldırmışdım. Bundan yayınmaq üçün ona başa salmışdılar ki, məni indidən məhkəməyə verib, ona şər atdığımı iddia etsin. Yəni bu mənim üçün ilk hadisə deyil. Bu halı bir dəfə yaşamışam. Bu da ikinci hadisədir. Mənim üçün fərqi yoxdur. Mən materialları da yayıram, göndərirəm. İndi belə etməklə özü başa saldı ki, hansı dərəcədə günahkardır. Mən güman edirdim ki, o, bəlkə camaatın pulunu qaytaracaq. Çünki evi əlindən alınan, döyülüb gözü çıxarılan, intihar edən gəlinlər olub orada. Bunların hamısını açıqlayacağıq. Elşad Abdullayev nə edirsə etsin, dəxli yoxdur”.

Deputat deyib ki, onun E. Abdullayevə bəzi sualları da var: “Birinci, onda bu qədər pul hardandır? Əgər bu pulları leqal biznesdən qazanıbsa, onda vergisi hanı? Orqan mafiyasının başçısı daha neyləməlidir ki?”.

G. Əhmədova görüntüləri izləyib-izləməməsi, hansı hissəsinin montac olduğu barədə suala isə belə cavab verib: “Əsəbimdən əməlli-başlı baxa bilməmişəm. Bircə başlıqları oxuya bilmişəm. Bütün gecəni isə bizdə olan materialları toplamışam. Ən çox baxdıqlarım sosial şəbəkələrdəki statuslar idi”.

Deputat video görüntünün çəkildiyi vaxtla bağlı suala konkret cavab verməyib: “Bir ayın içində mənim 40-50 cür video və foto görüntülərim ola bilər. Bu video isə neçə il əvvəlin görüntüsüdür. Bəlkə haradasa olanda çəkilib, yaxud da montaj olunub. Bu məsələləri hələ özüm araşdırmamışam. Bunları araşdırandan sonra bu suallara bir-bir cavab verəcəyəm. Mən heç vaxt suallardan qaçmıram. Onun danışıqlarından belə başa düşürəm ki, orda deputat seçkiləri-filan deyir, qardaşı ilə bağlı danışır. Yəqin, 2000-ci illərin əvvəllərindən söhbət gedir”.

G.Əhmədova artıq prokurorluğa müraciət etdiyini və E.Abdullayevlə bağlı materialları göndərdiyini deyib.

Deputat üzvü olduğu partiyadan və Milli Məclisdən bu görüntülərə hansı reaksiyanın verildiyi barədə suala isə qısa cavab verib: “Mənə heç kim heç nə deməyib”.

Göründüyü kimi G.Əhmədova əminliklə cinayət məsulliyətindən çəkinmir, hətta etdiyi əməli cinayət məsuliyyəti kimi qəbul etmir əksinə Elşad Abdullayevi ittiham edir. Bu isə hər bir avtoritar rejimli ölkələrdə adi bir haldır, özü təqsirkar olarkən,məsuliyyətdən yayınmaq məqsədi ilə başqalarının cinayətlərindən danışırlar bir sözlə çirkin kompaniyaya əl atırlar. Bununlada belə qiymətləndirmək olar ki, özlərinin cinayətlərini başqaları etdikləri cinayətlərlə müqaisə etdikdə,cinayət saymırlar.

G.Əhmədovanın hal-hazıra kimi Baş Prokurorluq tərəfindən ifadəsi alınmaması və eyni zamanda cinayət məsuliyyətinə cəlb edilməməsi bir daha onu subut edir ki, bu korrupsiya əməlinin arxasında tək G.Əhmədova deyil, başqalarıda var. Bu məsuliyyətdən yayınmaq üçün, G.Əhmədovanın cinayət məsuliyyətinə cəlb olumaması üçün kimlərsə səy göstərir.

Hakimiyyətdə əsas fiqurlardan biri olan, eyni zamanda videoyazıda da adı çəkilən Ramiz Mehdiyevində səy göstərənlərin arasında olması, istisna deyil.

Bu videoyazılışla bir daha subut olundu ki, Azərbaycan Respublikasının millət vəkilini Gülər,Seva və Ramiz kimiləri seçir- xalq seçmir!!! 

“Bizim xalq dözümlü xalqdır” bu sözlərin müəllifi Heydər Əliyevdir. 

Hörmətli bu lozunqla yaşayan oliqarxlar! Bilin ki, bu dözümlülüyün həddi var!

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 27.09.2012 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: