Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Bizə paxıllıq edirlər- İlham Əliyev

      İlham Əliyevin bu sözündən elə çıxdı ki, dünya bizdəki korrupsiyaya,ədalətsizliyə,insanların səbəbsiz tutulmalarına və s. paxıllığ çəkirlər.

Bəlkə özünü nəzərdə tutur!

     Əgər özünü nəzərdə tutursa,əlbəttə neftin bütün gəlirləri şəxsi büdcəsinə axmasına, bu qədər var-dövlət yığmış adama kim paxıllığ etməsin. Hər kəs bilir ki, İ.Əliyevin pullarının sayını müəyyənləşdirmək mümkün deyil, o dünyanın ən varlılarındandır.

Bəlkə ətrafındakı oliqarxları nəzərdə tutub!

     Artıq var-dövlətlərinin sayını belə itiriblər. O qədər hayıxıblar ki, Azərbaycanla qurtarıb artıq xaricdə biznes açırlar, əlbəttə dünya bizə paxıllığ edəcək! Bir sözlə millətimizə aid olanı talıyırlar.

  Bəlkə dünya mətbuatının Əliyevin ailə üzvlərinində paxıllığını nəzərdə tutur!

    Belə ki, ABŞ-ın Vaşinqton post qəzeti İ.Əliyevin ailəsi barədə məqalə dərc edib, qeyd edib ki, İlham Əliyevin qızları Leyla Əliyeva (27 yaş) və Arzu Əliyeva (23 yaş) qızıl mədənlərinin üzərində oturublar. 2007-ci ildə rejim Azərbaycan Beynəlxalq Mineral Resursların Əməliyyat Şirkətinə (AİMROC) Çovdar kəndi yaxınlığındakı qızıl yataqlarında 70 faizlik pay verib. Qalan 30 faiz isə hökumətə məxsusdur. Çovdar yatağı 44 ton qızıl və 164 ton gümüş ehtiyatlarına malikdir və onların dəyəri 2.5 milyard dollardır. AİMROC dörd şirkətin birləşməsidir. Onlardan biri – Britaniyada yerləşən “Globex İnternational” 200 milyon dollar dəyərində 11 faizlik paya sahibdir, bu şirkətin sahibi isə Panamada qeydiyyatdan keçmiş üç holdinq şirkətidir, onların baş menecerləri Əliyev bacılarıdır.

     Digər təhqiqatlarda da başqa sənaye sahələrində oxşar strukturlar aşkar olunub. Panama sənədlərində Leyla və Arzu Əliyeva üç holdinq şirkətin baş icraçıları kimi qeydiyyatdadır: Hughson Management, Grinnell Management və Gladwin Management.

     Məlumata görə, Hughson Azərbaycanın ən böyük konqlomeratı ATA Holdinqdə 51 faiz paya məxsusdur. Bundan başqa Hughson, Grinnell və Gladwin Azerfon telekommunikasiya şirkətində 24 faiz paya malikdir.

    Arzu həmçinin Silk Way şirkətlər qrupunda böyük paya sahibdir. Bu holdinq hava yolları sənayesi monopoliyasıdır və AZAL dövlət hava yolları şirkətinin özəlləşdirilməsi vasitəsilə yaradılıb.

    Əlavə olaraq qeyd edib ki, prezidentin uşaqları ilə adları və yaşı üst-üstə düşən şəxslər Dubayda 75 milyon dollarlıq evlərə sahibdirlər: “Daşınmaz əmlak rəsmiləri deyiblər ki, evlərin bəziləri üçün pulu prezident ailəsinin nümayəndəsi ödəyib”. ”Leyla ailəsinin müxalifətə hücumlarla, bloqqer və jurnalistləri həbsə atmaqla korlanan imicini yaxşılaşdırmaq üçün xeyriyyə işləri görür. O, Heydər Əliyev Fondunun vitse-prezidentidir. Fond Leylanın anası, birinci ledi Mehriban Əliyeva tərəfindən yaradılıb. Onun veb saytında yazılıb ki, fond Azəbaycan Təhsil Nazirliyindən daha çox məktəblər, Səhiyyə Nazirliyindən daha çox xəstəxanalar tikir və Mədəniyyət Nazirliyindən daha çox tədbirlər keçirir.

   Leyla bu yaxınlarda “Bakı” adlı mədəniyyət və moda jurnalı açıb və o, Moskvada nəşr olunur. Onun həyat yoldaşı, pop ulduz Emin Ağalarova Bakıda keçirilən 2012-ci il Eurovision mahnı müsabiqəsində xüsusi çıxış imtiyazı verilmişdi.

    Bir neçə il əvvəl Arzu Azərbaycanın turizm siması olmuşdu. Onun çəkildiyi reklam videosu bir neçə dünya şəbəkəsində, o cümlədən CNN-də göstərilmişdi. 46 saniyəlik klipdə sarışın Arzu qlamur mühitdə, dəbdəbəli maşınların, malikanələrin və dəniz sahili kurortların əhatəsində görünürdü”.

   Oxuduqca məqaləni oxumaq istəyirsən və xarici jurnalistin Prezidentimizin ailəsinə paxıllını, hiss edirsən. Ola bilsin Prezidentimiz bu paxıllıqları nəzərdə tuturmuş? Çünki Azərbaycanın bunlardan başqa paxıllıq ediləsi yeri yoxdur!

Bizə paxıllıq edirlər- İlham Əliyev” üzərində 2 şərh

  1. Mehman
    25.09.2012

    Salam cənab ptezident İlham Əliyev.Mən dəfələrlə zəng elədim Əmək və Əhalinin Sosoyal Müdafiyəsi Nairliyinin qəbul otagına 5964407 Bayram müəlimə mən gəlsəm nazir Fizuli Ələkbərov məni qəbul edəcək Bayram müəlim dediki gəl nazir yox ancaq səni nazirin mavinləri qəbul edəcək lakin heç mavinlərdə Qarabag əlilini qəbul eləmədi.Mən 3 sentyabır 2012-tarlxdə ailəvi oldum ƏSMM nazirliyində qəbul otagında mənimlə Firudin Əlyevlə danışdı Firudin müəllim mənə dediki sən nazirin adına ərizə yaz nazir sənə köməklik edəcək.Sonra Namiq müəllim mənimlə danışdı Namiq müəllim gedən kimi Bayram müəllim gəldi mənə dediki sən get bu yaxınlıqda bankların birindən hesab nömürəsi aç bizə ver nazir sənin bank hesabına pul köçürəcək sonra Bayram müəllim bu nömürəni yazıb mənə verdi ki sən hesab nömürəni faksla bu nömürəyə 5965034 göndər. sonrada Bayram müəllim mənim vəsiqəmi aldı apardı dediki səni nazirin qəbuluna yazdım biz sənə zəng edib vaxdı deyəcəyik gələrsən.Getdim kapitalbanka məndən 20 manat aldılar mənə hesab nömürəsi açdılar məndə hesab nömürəsini faksala göndərdim ƏSMM nazirliyinə zəng elədim Bayram müəlim dediki çox gözəl eləmisən üç gündən sonra zəmg elədim Bayram müəllim mənə dediki sən yalan danışırsan mən sənə deməmişəm hesab nömürəsi aç.Cənab prezident İlham Əliyev
    sizin məmurlar bu siyasətlə Qarabag əlilini ələ salırlar arxasıncada gülürlər.Namiq müəllim dediki sən get mən maşını gətirib rayonda sənə verəcəm.Mən soruşdum ki Namiq müəllim mənim müraciyətimə haçana kimi baxılar dediki sentyabr ayı qurtarmamış.Mən zəng elədim prezident apaaratına Rüfət Əliyevə 4929625 mən Fizuli Ələkbərovun nazirliyi başıma açdıgı əhvaltı danışdım dedimki siz nazirə deyin Qarabag əlilini ələ salırsınız Rüfət.Ə dediki bizm nazirə söz deməyə səlahiyətimiz çatmır dedim aşagı işçilərinə deyin dedi biz deyə bilmərik Rüfət.Əliyev dediki sən get ƏSMM rayonunuzdaki şöbəsinə onlar Bakıya zəng eləsinlər nazirlikdən səınin işinə açıqlama al.nəhayət 5 gündən sonra rayon şöbəsi mənə zəng elədi dediki Namiq müəllim deyirki mənə zəng eləsin zəng elədim Namiq müəllim dediki sənə ikinci maşın düşmür Namiq müəllim dediki sən prezidentə məktubla müraciyət elə əgər prezident İlham Əliyev bizə əmir verəsəki sənə maşın verək biz isdisna halkimi sənə ikinci maşını verəcəyik.Namiq müəllim dediki nazir Fizuli Ələkbərov dediki çəxsən səni tanıyır nazir Fixuli Ələkbərov səni qəbul eləyib və sənə yüksək məbləqdə pul verib mən deimki Namiq müəllim bu yalandır dedi yox səninlə nazir görüşüb mən dedimki sən bunu MTN dən soruş gör mən
    Fizuli Ələkbərovla görüşmüşəm.Mən 3 sentyabr 2012 tarixdə Namiq müəlimlə danışanda Namiq müəlim deiki prezident İlham.Ə deyirki İRAN dövləti yolu kəsib qoymur Naxşıvandan Qarabag əlillərinə maşın gətirək mən dedimki Namiq müəllim maşını təyyarəylə gətirin Namiq müəllim dediki təyyarə bir maşın gətirə bilir.Cənab ptezident mən Namiq müəllimə dedimki Qarabag əlilinə ikinci maşını verməyən məmur gedib Qarabag torpagını ermənidən ala bilərmi Namiq müəllim dediki yox ala bilməz.cənab prezident siz Qarabag əlilini şəxsən qəbul eləmirsiniz Qarabag əlilinə maşın vermirsiniz lakin siz Qarabag əlilinə qarşı olan hörmətsizliyinizi laqeyitsizliyiniz İRAN dövlətinin üzərinə yixmaqla canızı qurtarmaq isləyirsiniz cənab prezident İRAN dövləti sizə dedyirki özünüzə ölkədə və xarişdə 50 dən artıq villa tikdir xalqın puluyla İRAN dövləti sizə deyirki nazirlərinizə yüksək şərayit yaratki nazirləriniz ösünə şəxsi təyyarə alsın lakin Qarabag əlilində öldür məhv elə Qarabag əlilini pulunu ye.Cənab prezident siz yaltaq şairələrə şərayit yaratmısınız yaltaq şairənin satdıga qoydugu villanın qiyməti birmiyon azn manat dəyərindədir lakin mənim evimin içinə
    yagış yagır 18 ildir onu təmir edən məmur yoxdur Qarabag əlilinə 14 ildir bundan qabaq aldıgı ispisat maşınını yenisiylə əvəz edəın yoxdur. Cənab prezident Qarabag torpagını şeyir deməklə mahnı oxumaqla televizioyalarda əxlaqsız məthiyə deməklə almaq olmaz.03-09-2012 tarixdə ƏSMM nazirliyinin qəbul otagında Firudin Əliyevlə mən danışanda bir oglan gəldi bizim yanımızda durdu bizə qulaq asırdı mən söhbəti saxladım dedimki Firudin müəllim bunu bura göndəriblərki bizim danışıgımıza qulaq asın bu asobuaddel işçisidir mən belə deyənkimi oglan güldü və otaqdan çıxdı. 19-09-2012..

    ——————————————————————————————————————————————————————–
    salam mən sizin emeilinizi bilmədiyim üçün prezdentə yazdıgım məktubu bradan sizə göndərirəm mən 1-ci qrup Qarabag müharibəsi əliliyəm.. nəyə görə sizin saytınızda emeil ünvanınız yoxdur mənim emeilim -mxqarabag@rambler.ru

  2. Hörmətli Qarabağ əlili!
    Mən sizin məktubunuzu diqqətlə oxudum! Bugün Azərbaycanda məmurlar klanı o qədər hayıxıblar ki, nəinki, qəbul hətta məktuba belə cavab vermirlər. Bunun səbəbkarları isə Sizlərsiniz yəni xalq, bu qədər tapdanan xalq bəşəriyyətdə yoxdur, ancaq susur və susur! Biz birləşərək bu haqsız hakimiyyətlə mübarizə aparmalıyıq, yalvarmalı yox!

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 10.09.2012 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: