Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Azərbaycanı gələcəyi olmayan günə aparan liderlərimiz!

    İqtidarı düşünməyə və səmərəli işləməyə məcbur etmək üçün, müxalifət öz strategiyasını və taktikasını dəyişərək, iqtidara intellektual hücum təşkil etməlidir.
    Bundan ötəri ətraflarına Azərbaycanın savadlı şəxslərini (söz sahibi olan alimləri, dramaturqları, kinomatoqrafçıları, yazıçıları və s) toplayaraq, hakimiyyətə qarşı gündəlik yeni ideyalarla çıxışlar, hökümət və bu insanlar arasında düşüncəli və əsaslandırılmış dialoq təşkil edilməlidir. 
    Yeni insanlar, yeni fikirlər, yeni ideyalar. Bu gün ölkənin buna ehtiyacı var. Bu proses mütamadi davam edən şəffaf, rəqabət olmalıdır.
    Bizim müxalifət liderləridə mən deyən, bu “şəffaf rəqabət” yolunu seçiblər. İqtidarla mübarizə aparmaq üçün, bir neçə partiya birləşib-ictimai palata yaradıblar. Ancaq həmin qurumun işi, “şəffaf rəqabəti”- özü özü ilə aparmaqdır. 
    Bununda başlıca səbəbi 2 partiya liderlərinin arasında münasibətlərin qeyri-səmimi olmasıdır.
Bugün bu prosesləri görüb, hansı müxalifət liderini nümunə görsədərək, qeyd etmək olar ki, bu şəxs Azərbaycanı demokratiyaya, xoş gələcəyə aparacaq?
1. Rəsul Quliyev- Milli Məclisin spikeri olanda, Heydər Əliyevə yaltaqlanan, bugün isə etdiklərini təkzib edən ikiüzlünü?
2. İsa Qəmbər- gündə bir fikrə qulluq edən, ancaq öz mənafeyini güdəni?
3. Mirmahmud Mirələmoğlu- özünü tərifləməkdən başqa heçnə bilməyən, dünən dediyini bugün unudandan yada təkzib edəni? yoxsa
4. Əli Kərimli- Dostunu düşmənini tanımıyanı?
    Gənc partiyaların liderlərinin isə tamamilə səsi batıb, hətta çoxunu, tanıyan belə yoxdu. 
    Qalan partiyaların liderlərini isə “İngilis bayrağı” adlandırmaq olar. 
    Bu siyasi liderlərin hansı əldə edilmiş nailiyyətindən danışmaq olar?
    Bunlardan hər hansı biri hakimiyyətə gəlsə,kim zəmanət verə bilər ki, 1990-1992-ci illərdə olan “stol davası” olmayacaq? (bunlar bugün İP-da yeganə namizəd fikirlərini bölüşdürə bilmirlər)
İlham Əliyevin diktator olmasını təkzib etmirəm, bəli o  və onun komandası hakimiyyətdən getməlidir. Çünki bugün Azərbaycan acınacaqlı vəziyyətə salan hakimiyyətdir. Korrupsiya,məhkəmə hakimiyyəti sifarişlə qərar qəbul edir, mətbuatda söz azadlığı məhdudlaşdırılır, insanların hüquq,sərbəst toplaşmaq azadlıqları pozulur.
      Ancaq burada bir sual yaranır-Kim Prezident olacaq? “Stol davası” edənlər, yoxsa ikiüzlülər?
Bunları fikirləşdikdə- gələcəyi olmayan bir Azərbaycanı görürəm. 

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 01.09.2012 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: