Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Cinayətkarlar yetişdirən qurum

   

2453

  Bütün demokratik ölkələrdə hər hansı strukturda sensasyon hadisə baş verdikdə, dərhal həmin qurumun başında olan vəzifəli şəxs istefaya gedir.

     Maraqlıdır 2005-ci ildə “Qara kəmər” əməliyyatı nəticəsində həbs edilən qanqster Hacı Məmmədov olayında Ramil Usubov niyə istefaya getmədi?

    1994-2005-ci illərdə saysız qətl, adam oğurluğu, mənzillərə, müxtəlif şəxslərə, silahlı basqınlar törədən mütəşəkkil cinayətkar dəstəyə, deyilənlərə görə rəhbərlik edən Hacı Məmmədovun rəhbəri olan Ramil Usubov niyə həbs edilmədi? O baş vermiş həmin hadisələrdən bixəbər idi mi? Bu cinayət hadisələrində Ramil Usubovun əli olmaması nə qədər həqiqətə uyğundur? Cinayət yolu ilə əldə edilmiş bu qədər vəsaiti Hacı Məmmədovun tək mənimsəməsi mümkün idi mi?

Bundan başqa 2009-cu ildə Azərbaycan Neft Akademiyasında baş vermiş terror aktı ilə də əlaqədar,Milli Təhlükəsizlik naziri və Daxili İşlər naziri istefa verməli idi. Bu hadisədə də Ramil Usubov  öz postunu saxlaya bildi. Buna səbəb nədir?

Bu  sualların cavabsız qalmasının bir səbəbi var, o da Əliyev rejiminin bugün ki gün, hakimiyyətdə olmasıdır.

     Bildiyiniz kimi Ramil Usubovun nazirliyə rəhbərlik etməsinin ilk ili 1994-cü ilə təsadüf edir. Hacı Məmmədov da qanqster fəaliyyətinə həmin ildən start verib.

      Qanqster Hacı Məmmədov 1977-ci ildə Daxili İşlər orqanında işə başlayıb. 1995-ci ildən etibarən vəzifəsində yüksəlişlərə nail olub.  Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsində (indiki Baş Cinayət Axtarış İdarəsi) əvvəl əməliyyat müvəkkili, sonradan isə yüksələrək baş əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir.

 

   Hacı Məmmədov məhkəmə proseslərinin birində sabiq İqtisadi İnkişaf Naziri Fərhad Əliyevin ona “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun öldürülməsi barədə sifariş verdiyini söyləmişdir.

   Buradan bele nəticəyə gəlmək olur ki, bütün nazirlər Hacı Məmmədovun mütəşəkkil cinayətkar dəstəyə rəhbərlik etdiyindən xəbərdarimişlər, bir tək Ramil Usubov bu işlərdən bixəbərimiş.

   Bundan başqa məhkəmə prosesində ifadələr zamanı Hacı Məmmədov barədə dəfələrlə Ramil Usubovun yanında müzakirə edilməsi, onun buna R.Usubovun heç bir reaksiya verməməsi ifadələri işlədilmişdir. Hacı Məmmədov məhkəmə istintaqı zamanı ifadələrində, dəfələrlə böyük bir qüvvə tərəfindən ona sifarişlər verilməsini qeyd edib. Maraqlıdır nəyə görə bu qədər cinayəti açan MTN həmin böyük qüvvənin adını açıqlamasına şərait yaratmayıb? Bu qüvvənin adı açıqlanmasın diyə Hacı Məmmədov Qobustan həbsxanasında olmaq əvəzinə, bugünə kimi MTN-nin İstintaq Təcridxanasında ömürlük həbs cəza növünü çəkir. Qanunvericiliyə əsasən ömürlük azadlıqdan məhrum etmə cəza növü Qapalı Cəza Çəkmə müəssəsində çəkilməlidir.

    Məhkəmə proseslərinin birində ifadə verən DİN-nin Baş Cinayət Axtarış İdarəsinin Daxili Təhlükəsizlik Şöbəsinin keçmiş rəisi Kamil Sədrəddinov Hacı Məmmədovdan himayədarlarının adlarını çəkməsini tələb edib. O, deyib ki, Hacı Məmmədov işə gəlib-getmədiyinə görə, ona xəbərdarlıq etdikdə Məmmədov onu sistemdən xaric etdirəcəyi ilə hədələyib. Kamil Sədrəddinov məhkəmədəki ifadəsində Hacı Məmmədova «məni kiminlə hədələdiyin adamın adını çək» – bildirib. Qarşı tərəfin cavab vermədiyini görən dövlət ittihamçısı eyni sualı Kamil Sədrəddinova ünvanlayanda o, bildirib ki, Hacı Məmmədov onu Daxili İşlər nazirini müavini Əsgər Ələkbərovla hədələyirdi. Əsgər Ələkbərovun prosesdə adı çəkilməsinə baxmayaraq, bu ifadəyə də heç bir reaksiya verilməyib. Bildiyiniz kimi Əsgər Ələkbərovda bugünə kimi öz vəzifəsindədir.

    Saysız cinayət hadisələri ilə əlaqədar olaraq, Ramil Usubov birinci müavini Zahid Dünyamalıyevi  guya öz istəyi ilə, nazirliyin bir çox iri vəzifə tutan əməkdaşlarını vəzifədən azad etdi.  Ən gülüncüdə budur ki, Hacı Məmmədovun yaşadığı inzibati ərazidə xidmət edən Xətai Rayon Polis İdarəsi 37-ci bölməsinin iki əməkdaşı (sahə inspektoru və əməliyyat müvəkkili) tutduqları vəzifədən azad ediliblər. Həmin bölmənin rəisi və rəis müavini intizam qaydasında cəzalandırılıblar. 

    Bununlada daxili işlər naziri Ramil Usubov öz missiyasını bitmiş hesab edərək,”sudan quru çıxıb” və bugünə kimidə həmin quruma rəhbərlik edir. Bu işlərdə heç əli olmayan və bixəbər olan, vicdanlı rəhbər, rəhbərlik etdiyi qurumda bu cür mütəşəkkil cinayətkar dəstənin fəaliyyət göstərdiyi üçün istefaya getməli idi. Bu cinayətlərin başında Ramil Usubovun özü olması şübhə doğurursa, onda hansı vicdandan danışmaq olar?!

    “Femida-007” qəzetinin baş redaktoru Əyyub Kərimov Daxili İşlər Nazirliyini cinayətkarlar yetişdirən qurum adlandırdığından, oranı terroristlər hazırlayan bazalarla müqayisə etməsi və DİN-in bölmə və idarə rəisləri olan şəxslərin özlərinin gələcək cinayətləri üçün nazirlikdə təcrübə topladıqlarını məqaləsində qeyd etməsi ilə daxili işlər orqanları əməkdaşlarının şərəf və ləyaqətini ləkələdiyini əsas götürərək Ramil Usubov Əyyub Kərimova qarşı Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında şikayət edərək onun ittihamla cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı məhkəməyə şikayət etmişdir.

     Burada bəli ƏyyubYaqubov səhv edib, çünki Nazirliyi sözü əvəzinə naziri, qurum sözü əvəzinə isə şəxs sözlərindən istifadə etməli imiş.

     “Elmar Hüseynova yox, Əyyub Kərimova güllə atılmalı idi”. Bu sözlər Xətai rayonunun prokuroru, daxili işlər naziri Ramil Usubovun qudası Yusif Ildırımzadəyə məxsusdur.

     Bu hakimiyyət artıq o qədər cızığından çıxıb ki, açıq aşkar bildirirlər ki, Elmar Hüseynovuda biz öldürmüşük! Onların kim olmasını xatırlatmaq belə onlara pis təsir edir.

   Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 2008-ci ildə keçirilən əməliyyat tədbiri nəticəsində 10 il ərzində Bakı şəhərindəki valyutadəyişmə məntəqələrinə basqın edən dəstə üzvləri yaxalanıb, onların arasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMI), Nərimanov rayon Polis Idarəsində və 18-ci polis bölməsinin rəisi vəzifəsində çalışmış Mehdi Əmirəliyev, Şuşa ŞPŞ-də və BMCMI-də əməliyyat müvəkkili işləmiş İrac Nəsrullayev, polis əməkdaşları Ceyhun Qarayev, Seyran Bağırov və İsmayıl Feyziyev var.

   Bundan başqa MTN başqa bir keçirdiyi əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhərində 6 il açıq-aşkar heroin satmış, narkotik alveri ilə məşğul olan 20 nəfərlik dəstədə onlardan 2-si iri rütbəli polis zabiti olub. Polislər narkobaronun heroini rahat şəkildə satdırması üçün ona “krışa”lıq ediblərmiş.

   Artıq resedevislər yalan olub, cinayətlə mübarizə aparmaq əvəzinə, bir çox polis işçiləri pul qazanmaq üçün cinayət törətmək yolunu seçiblər.

   Belə məlumatları oxuyan və 8 il saysız qətl, adam oğurluğu, mənzillərə, müxtəlif şəxslərə, silahlı basqınlar törədən mütəşəkkil cinayətkar dəstə üzvləri nazirlikdə mühim vəzifə tutursa yazıq jurnalist sizi necə müsbət xarakterizə etsin? Bunları oxuyan hər kəs DİN-ni nəinki cinayətkar yetişdirən yuva kimi, hətta hər bir polis işçisini cinayətkar kimi qiymətləndirə bilər.

    Hüquq-mühafizə orqanlarında cinayətkar dəstələrin olması, onların kriminallaşması, avtoritar rejimli ölkələrdə adi hal kimi qiymətləndirmək olar. Bu baxımdanda, Azərbaycanın hüquq-mühafizə orqanlarınıda istisna saymaq mümkün deyil.

    Əliyevlər hakimiyyəti daim Daxili İşlər Nazirliyinin əməkdaşlarını peşəkarlığı və fəaliyyəti ilə yox, iqtildara sədaqət faktoru ilə qiymətləndirərək, önə çəkmişdir. Bu da təbii ki, bu qurumun rəhbərinə və onun üzvlərinə cinayət törətməyə və bu yolla qazanc əldə etməyə imkan yaradır.

    Ramil Usubov polisin peşə bayramlarından birində deməsinə görə, keçirdikləri rəy sorğusunda əhalinin 67 faizi bildirib ki, polisə etimad göstərirlər.  Hansı etimaddan danışmaq olar əgər polis insanları soymaqdan, işgəncə verməkdən və qanunsuz həbslərdən başqa heç nəyi bacarmırsa! Korrupsiyanın baş aldığı orqanı cinayətkar hazırlayan orqandan başqa necə adlandırmaq olar? Məgər korrupsiya əməli cinayət deyilmi? Hörmətli Usubov siz düz buyurursuz,  keçmiş polis polkovnik-leytenantı Hacı Məmmədov kimi qanqsterin qarşısında korrupsiya əməli çox cılız bir cinayətdir. 

    Ramil Usubovun fikrincə, vətəndaşların daxili işlər orqanları ilə bağlı əsas narahatlığı ayrı-ayrı əməkdaşların ünsiyyətdə kobudluğa yol vermələrindən irəli gəlir. Nazir həmin müsahibəsində son illər daxili işlər orqanlarının maddi-texnika bazalarının yaxşılaşdırılmasından və peşəkar mütəxəssislərin irəli çəkilməsindən də danışıb.

   R.Usubovun irəli çəkdiyi kadrlar və şəhər, rayon polis İdarələrin (Şöbələrin) rəislərinin 90%-dən çoxu Azərbaycan Respublikasının qanunlarından bixəbərdilər. Hər bir irəli çəkdiyi polis zabiti qəddarlığı, acımasızlığı ilə fərqlənir. 

   Ramil Usubov unudub ki, istər maddi texnika bazanın, istərsə də ali təhsillilərin sayının artımı polis orqanlarında peşəkarlığın artdığı demək deyil, vətəndaşlarldan işgəncə yolu ilə ifadələr alınmasına, korrupsiyaya, narazılıqlara və əsas da polisin siyasət alətinə çevirməsinə son qoyulmalıdır.

   Əgər həqiqətdən də hakimiyyətin mənbəyi xalqdırsa, polis hakimiyyətin yox, xalqın müdafiəsində durmalıdır.

   Daxili İşlər Nazirliyi hər şeydən əvvəl sırf polis orqanına çevrilməlidir. Lakin bu quruma nə qədər ki, Ramil Usubov kimi şəxs rəhbərlik edir, bu qurumda heç bir yöndə dəyişiklikdən söhbət belə gedə bilməz!

Məqaləni hazırladı: Tural Məhərrəmov

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 15.08.2011 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: